Icma.az
close
up
RU
Üzeyir bəyi tanımayan, Sebestyan Baxı ağdamlı zənn edən musiqi müəllimləri...

Üzeyir bəyi tanımayan, Sebestyan Baxı ağdamlı zənn edən musiqi müəllimləri...

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.



Aslan Mustafazadə, Bakı Musiqi Akademiyasının dissertantı,

musiqişünas və pianoçu

Üzeyir Hacıbəylinin fiziki olaraq yaşadığını, İohann Sebastyan Baxın ağdamlı olduğunu zənn edən müəllimlərin Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyadan narazılıqları...

Öncə "attestasiya" sözündən başlayaq. Bəlkə də çoxları bu sözün mənasını tam anlamır. Attestasiya nədir?

Hər hansı bir şəxsin bilik göstəricilərinin yoxlanılması, onun biliyi haqqında xarakteristika, işçinin bilik və ixtisas səviyyəsinin ölçülməsi, bilik və ya bacarığını yoxlayan komissiyadan keçməsi, tutduğu vəzifəyə, tutmaq iddiasında olduğu yerə müvafiqliyinin, ən əsası, ixtisasına müvafiq olaraq ona əmək haqqı kateqoriyasının müəyyən edilməsi.

Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyadan narazı olan böyük bir müəllim heyəti var. Onlar bu məsələdə bilavasitə cənab nazir Adil Kərimlinin müşaviri Cəsarət Valehovu təqsirləndirirlər.

Görəsən, adı çəkilən şəxsin təqsiri nədir?

Qeyd edim ki, mən bu mövzuda heç kimin tərəfini tutmuram. Hadisələri kənardan müşahidə edən bir pedaqoq kimi obyektiv şəkildə öz fikirlərimi yazıram. Əvvəla, attestasiyanın keçirilməsi kiminsə şəxsi qərarı ilə baş verməyib. Hər bir nazirlikdə belə məsələlər dəfələrlə müzakirə olunur və sonra qərar qəbul edilir.

Əsas mətləbə gələk. Cəsarət Valehov ixtisasca musiqiçi deyil. Musiqi ilə əlaqəli heç bir məsələdə birbaşa cavabdeh şəxs hesab edilə bilməz. Cavabdehlər Attestasiya Komissiyasının üzvləridir.

Mən qəti şəkildə müəllimləri qınamram. Əgər doğrudan da haqsızlıqla üzləşən müəllimlər varsa, attestasiya zamanı videoqeydiyyat aparılıb. Hər bir şəxsin rəsmi şəkildə müraciət etmək hüququ var. Müraciət edin, öz ifanıza və yaxud cavablarınıza baxın. Sizə haqsızlıq edilibsə, buyurun, bunu ictimailəşdirin. Yoxsa kimisə hədəfə çevirməklə nə əldə etmək olar?

Doğrudan da haqsız yerə kəsilən bir müəllim varsa, şəxsən mən bir pedaqoq kimi sonuna qədər onun yanında durmağa hazıram. Özü də elmi şəkildə. Sadəcə, söz-söhbətlə yox.

Ancaq yenə də qeyd edirəm ki, attestasiya ilə bağlı tək bir nəfəri hədəfə almaq normal hal deyil. Mən şəxsən elə müəllimlər gördüm ki, doğrudan da dəhşətə gəldim. Buna görə də attestasiya zamanı acınacaqlı bir durumun yaşanacağını əvvəlcədən təxmin etmək çətin deyildi.

Lakin elə müəllimlər də gördüm ki, Baxın ən mürəkkəb polifonik əsərlərini ifa edirdilər. Eyni zamanda F.Mendelsonun, S.Raxmaninovun və b. bəstəkarların iri həcmli pyeslərini ifa edən müəllimlərə də rast gəldim.

Üzeyir bəyin hal-hazırda yaşadığını, Baxın ağdamlı olduğunu qeyd edən müəllimlər qorxuram ki, gələcəkdə Azərbaycanda konservatoriyanın banisinin Polad Alemdar olduğunu deyər. İnanın ki, bu, ironiya deyil. Acı da olsa, həqiqətdir. Mən neçə müəllim, hətta direktor tanıyıram ki, telefon zəngi “Kurdlar Vadisi” ya da başqa kriminal filmlərin soundtreklərindən götürülmüş musiqilərdir. Bu isə səviyyədən xəbər verir.

Gəlin əyri oturaq, düz danışaq. O müəllimlər vaxtilə dolayı yollarla musiqi kolleclərinə daxil olub, direktorların cibini bəsləməklə məşğul olmaq əvəzinə, Üzeyir bəyin 1948-ci ildə dünyasını dəyişdiyini, Baxın alman olduğunu öyrənsəydilər, bu gün belə faciəvi durumla qarşı-qarşıya qalmazdıq.

Hələ bu jurnaldır. Görün, Bakı məktəblərində belə bir vəziyyət varsa, bölgələrdən nələr eşidiləcək. Əslində mən buna da təəccüblənmirəm. "Niyə" sualınıza cavab verim.

Üzeyir bəyin "Sənsiz" romansından xəbəri olmayan şəxs hələ də musiqi kollecinin direktoru kimi fəaliyyət göstərirsə, təhsildən belə nəticələrin gəlməsi niyə sizləri təəccübləndirir ki?!

Heç kim dərk etmək istəmir ki, musiqi məktəblərindəki bu müəllimlərin diplomlarını Mədəniyyət Nazirliyi yox, Elm və Təhsil Nazirliyinin tabeçiliyində olan təhsil müəssisələri verib, başqa sözlə desək, satıb.

Yeri gəlmişkən, Baxın ağdamlı olduğunu deyən müəllimin ağlı bir anlıq diplomu alış-verişlə aldığı təhsil müəssisəsinə gedib...

Bilmirəm, bu qədər tarixi ironiya necə formalaşa bilər. Deməli, sizlərə təhsildə olan iki hadisə haqqında danışacam. Sirri nədir, bilmirəm, biri Üzeyir bəy, biri də Bax ilə əlaqədardır.

Şəki Musiqi Kollecində dövlət imtahanı gedirdi. Özü də direktorun otağında. Komissiya üzvü Azərbaycan Milli Konservatoriyasının professoru Vaqif Əbdülqasımov idi. Başda direktor oturub, sonra Vaqif müəllim və bizlər. Bir tələbə daxil oldu otağa. Xülasə, Vaqif müəllim hansı sualı verdisə, tələbə birinə belə cavab verə bilmədi. Vaqif müəllim direktora üzünü tutub soruşdu ki, bu uşaq IV kursa necə gəlib? Özü də bu sözü çox acıqlı şəkildə dedi....

Direktor hardan bilsin, necə gəlib? Onun nəyinə lazımdır necə gəlib? Ona lazım olan bu, deyil. Nəsə. Faciə hələ burada da bitmədi. Axırda Vaqif müəllim dedi ki, ay qızım, başını qaldır, o şəkildə olan şəxsin kim olduğunu mənə de. Şəkildəki şəxs isə öz ağırlığı Azərbaycan mədəniyyətindən ağır olan Üzeyir bəy idi.

Qız dedi, tanımıram. Bu sözü deyəndə kişini elə bil, "tok" vurdu. Dedi, tanımırsan, heç olmasa altında adı yazılıb, ordan da olsa, bax adını oxu da!!!

Qız yenə dinmədi... Bu zaman direktorun üzü bir az qızardı. Axı paxırının üstü açıldı... Vaqif müəllim dedi ki, mən bu qıza qiymət yaza bilmərəm... Vay-vay, iş oldu əngəlli. Axı qızın atası dövlət imtahanı adı ilə min bir hoqqa ilə yığılan pulu gətirib direktorun kassasına daxil edib... Xülasə direktor o qızın yerinə dil-ağız tökdü... Guya yenidən imtahan bileti çəkdi, bəzi suallara cavab verdi...

Nəhayət, həmin qıza direktor diplom da verdi, imza da atdı ki, sən gələcəyin müəllimisən... Çünki, onu özü o kollecə götürmüşdü, özü də cavabdeh idi... Həmin qız hal-hazırda musiqi məktəbində dərs deyir...

Keçək Bax məsələsinə...

Bir əlaçı tələbə bir gün mənə dedi ki, Baxı Amerika bəstəkarı bilirəm... Başa düşürsüz, bu gün baş verənlər haradan qaynaqlanır? İndi bu informasiyalara həmin direktor kimiləri evdə oturub qabağında bir fincan kofesilə TikTokda, nə bilim, İnstagramda, Facebookda baxır. Əminəm ki, heç vicdanı da sızıldamır. Öz-özünə deyir ki, bu Cəsarət müəllim necə insandır?

Tragikomediya bu tipli müəllimlərin attestasiyası zamanı olacaq. Sonra da yenə kimisə hədəfə alacaqlar. Bəli, ola bilər ki, hansısa müəllimə qarşı müəyyən qeyri-peşəkar davranış olub. Mən deyə bilmərəm, bəlkə kimsə belə bir halla qarşılaşıb. Hər işdə müəyyən qüsur ola bilər. Ancaq qeyd etdiyim kimi, videoqeydiyyat var. Açın və öz haqqınızı tələb edin... Bir də gedin, sizləri soğan kimi soyan, aldadan həmin o direktorların qapısını döyün. Aparıb onların cibini dolduranda bilmirdiniz ki, bir gün nəticələr belə olacaq? Hansı ki, musiqi kollecində direktor deyirdi ki, Mosartın "Türk marşı" hansı məqam üzərində yazılıb...

Bu gün bəzi müəllimlər öz rəhbərlərindən narazılıq edirlər. Bəli, musiqi məktəbini çox bərbad vəziyyətdə idarə edən direktorlar və onların müavinləri var. Bu, bir faktdır. Müəllimlərin bir qismi də deyirlər ki, onları təmizləmək lazımdır. Haqlısınız! Ancaq öz biliklərinizi ört-basdır etməklə və yaxud bir şəxsə hücüm çəkməklə doğru etmirsiniz. Şəxsən mənə sual verən müəllimlər var ki, bu qammada neçə işarə var? Ayıbdır... Bilməmək yox, öyrənməmək ayıbdır. Axı bir sinifdə oturub, uşaqları niyə kor etməyə razısınız? Bu məsələnin ağırlığını niyə kiminsə üstünə yıxırsınız? Bir daha qeyd edim ki, mən heç kimin tərəfini tutmuram. Haqlı olan müəllim öz haqqını tam şəkildə tələb etsin.

P.S. Hələ yaxşı ki, həmin müəllim Baxı maşın alverçisi zənn etməyib...


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Aprel 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see275

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see131

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see124

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see123

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see122

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri