Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materialların hazırlanması davam edir

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materialların hazırlanması davam edir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Bu il Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Prezident İlham Əliyevin dahi bəstəkarın 140 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında mütəmadi olaraq materiallar hazırlanır.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, istifadəçilərə təqdim edilən növbəti materiallar kitabxananın rəsmi saytında yer alan videomaterial və təqvimdir. “Üzeyir Hacıbəyli 140” adlı təqvimdə “İlk mədəniyyət nümunələrinin yaradıcısı” başlığı altında bəstəkarın həyat və fəaliyyəti haqqında məlumat, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərin tam mətni yer alır. Təqvimdə dahi bəstəkarın layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, müəllifi olduğu operaları, musiqili komediyaları, instrumental müşayiətli xor əsərləri haqqında da məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda “Musiqi dühası”, “Milli Musiqi Günü və Beynəlxalq Musiqi Festivalı”, “Tələbələr”, “Xatirəsinin əbədiləşdirilməsi” kimi bölmələr də sərgilənir.

“Üzeyir Hacıbəyli 140” adlı təqvim kitabxananın rəsmi saytında yerləşdirilib.

Kitabxanada dahi bəstəkarın 140 illik yubileyi münasibətilə "Musiqi dühası Üzeyir Hacıbəyli" adlı videomaterial da hazırlanıb. Materialda Ulu Öndər Heydər Əliyevin Üzeyir bəy haqqında söylədiyi dəyərli fikirlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşada bəstəkarın büstü qarşısında söylədiyi tarixi çıxışın videogörüntüləri təqdim edilir. Kitabxananın rəsmi saytında yerləşdirilən materialda Üzeyir bəyin dünya musiqisi tarixində tutduğu mövqedən, musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərindən, Azərbaycan xalq musiqisinin nota salınaraq elmi əsaslarla tədqiq edilməsindən, 1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” operası ilə ölkəmizdə professional bəstəkarlıq məktəbinin, müsəlman Şərqində isə opera sənətinin əsasının qoyulmasından bəhs edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri