Icma.az
close
up
RU
Üzeyir Hacıbəyovun evində yaşayan Xalq artisti Onun əsərləri niyə qadağan olunmuşdu?

Üzeyir Hacıbəyovun evində yaşayan Xalq artisti Onun əsərləri niyə qadağan olunmuşdu?

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Bu gün Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor, SSRİ Xalq artisti Soltan Hacıbəyovun anım günüdür.

Kulis.az onun həyat və yaradıcılığı haqqında materialı təqdim edir.

Bəstəkar, pedaqoq, ictimai xadim Soltan Hacıbəyov 8 may 1919-cu ildə Şuşa şəhərində anadan olub.

***

1930-cu ilin payızında Soltan Hacıbəyov Şuşadan Bakıya köçüb, burada əvvəlcə öz bacısının yanında, 1936-cı ildən isə onun tərbiyəsində böyük rol oynamış – Azərbaycan bəstəkarı, öz əmisi Üzeyir Hacıbəyovun evində yaşayıb.


Üzeyir bəyin soyadını daşıyan bəstəkarlar, dirijorlar da musiqimizin inkişafına layiqli töhfələrini veriblər: Zülfüqar Hacıbəyov, Niyazi, Çingiz Hacıbəyov, İsmayıl Hacıbəyov.

Orta məktəbi bitirdikdən sonra Soltan Hacıbəyov Bakı Musiqi Məktəbinə - A.Kolpinskinin nəfəs alətləri sinifinə daxil olub.

Elə ilk bəstəkarlıq nümunələrini də bu məktəbdə oxuduğu zaman yaradıb.

***

1938-1940-cı illərdə Hacıbəyov Bakı Musiqili Komediya Teatrının dirijoru, 1940-1942-ci illərdə isə qadınlardan ibarət sazçılar ansamblının bədii rəhbəri olub. Hacıbəyovun ilk əsəri, ona böyük şöhrət gətirmiş “Qızıl gül” operettası olub (1940).

1939-1946-cı illərdə Hacıbəyov Azərbaycan Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsil alıb.

***

Keçən əsrin 30-cu - 40-cı illəri Azərbaycan musiqi mədəniyyətində dirçəliş dövrü hesab olunur. Bu illərdə respublikada Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov, Tofiq Quliyev və digər gənc və istedadlı bəstəkarlar yetişməkdə idi.

1944-cü ildə Soltan Hacıbəyov İkinci Dünya müharibəsinə həsr olunmuş 1-ci simfoniyanı (1939-1945) yazıb. Bu əsər Azərbaycanın klassik musiqisi tarixində ilk simfoniyalardan biridir.

Böyük Vətən müharibəsi illərində Soltan Hacıbəyov qəhrəmanlıq mövzusunda bir sıra əsərlərlə yanaşı, ona şöhrət gətirəcək bir əsəri – “Karvan” simfonik lövhəsini yaradıb. Türkmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə “Kəminə və Qazi” adlı operası üzərində işləyən bəstəkar “Şur” muğamı əsasında bəstələnmiş simfonik parçanı yeni bir əsərə çevirərək ona həyat verib.


1955-ci ildə bəstəkar əsəri yeni redaksiyada işləyib hazırlayıb və Niyazinin dirijorluğu ilə böyük orkestr tərəfindən ifa olunub. Sonralar “Karvan” simfonik lövhəsi bir çox sovet dirijorunun repertuarında başlıca yer tutub. Əsər qısa müddət ərzində dünyaya səs salıb, ABŞ-də val firmasında lentə alınıb, Macarıstan, Yaponiya, Bolqarıstan və digər ölkələrdə ifa olunub.

***

Bəstəkarın sağlığında bu əsər, demək olar ki, dünyanın ən böyük salonlarında səsləndirilib. Amerikanın məşhur skripkaçısı Sidney Hort istedadlı Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun bu əsərini dinlədikdən sonra ona göndərdiyi məktubunda yazırdı:

“Sizin “Karvan”ınız çox cazibədardır. Bu gözəl əsərin gözəl instrumentovkası da müəllifə layiqdir. Həyat eşqi ilə dolu, dərin məzmunlu bu əsəri Çikaqo şəhərində Evanston orkestri böyük məharətlə ifa etmişdir”.

***

Dahi rus bəstəkar Dmitri Şostakoviç Soltan Hacıbəyovun bu əsəri ilə bağlı demişdir:

“Əsərdə nurlu bir nikbinlik, ritm, məqsədəuyğunluq Motsartın bəzi opera uvertüralarını və ya Qlinkanın “Ruslan” uvertürasını xatırladır".

***

Rus bəstəkarı Reinqold Qliyer Soltan Hacıbəyovu belə qiymətləndirirdi:

“Hər şey onu deməyə əsas verir ki, zaman keçdikcə, bəlkə də çox tezliklə Soltan Hacıbəyov əsl böyük bəstəkar olacaqdır. Onun istedadı şübhəsizdir, zövqə malikdir, texniki-bəstəkarlıq xüsusiyyətləri göz qabağındadır. Ən başlıcası isə odur ki, Soltan Hacıbəyov öz doğma milli torpağını yaxşı hiss edir”.

***

Konservatoriya təhsilini başa vurduqdan sonra orada 1 il də müəllim işləyən Soltan bəy Moskva konservatoriyasının aspiranturasına, dahi bəstəkar Dmitriy Şostakoviçin sinfinə daxil olur.

Bir il sonra - 1948-ci ildə kommunist partiyasının ədəbiyyat və incəsənət haqqında bədnam qərarı ilə repressiyaların başlanması əksər işıqlı gənclər kimi, onun da yolunda sipərə çevrilib. D.Şostakoviç kimi böyük sənətkar və müəllim konservatoriyadan qovulub; bir sıra bəstəkarlarla yanaşı, S.Hacıbəyovun "Karvan"ı da daxil olmaqla, bütün əsərlərinə qadağa qoyulub.

***

1948-1958-ci illərdə Hacıbəyov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər kimi işləyib, 1955-1962-ci illərdə isə filarmoniyanın direktoru olub.

1947 (1948) – 1974-cü illərdə Soltan Hacıbəyov, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) müəllimi, dosenti, professoru (1964\1965) və rektoru (1969) olub.

***

30 dekabr 1950-ci ildə Bakıda, müasir mövzuda ilk Azərbaycan baleti olan Soltan Hacıbəyovun “Gülşən” baletinin premyerası olub. 1952-ci ildə bu baletə görə Soltan Hacıbəyov SSRİ-nin Dövlət mükafatına layiq görülüb. “Gülşən” baletindən simfonik süita, həmçinin ABŞ-da plastinkalara yazılıb.

Azərbaycanda ilk dəfə bu janra Əfrasiyab Bədəlbəyli müraciət edib. Onun “Tərlan” (1939) və “Qız qalası” (1940) baletləri Azərbaycan milli balet sənətinin ilk nümunələri hesab olunur. İkinci Dünya müharibəsindən sonra Azərbaycanda bu janra ilk müraciət edən bəstəkar Soltan Hacıbəyov olub. Onun 1950-ci ildə yaratdığı "Gülşən" baleti Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində oynanılan ikinci balet tamaşası idi. Müasir həyatdan bəhs edən əsərdə insanların sevgi hissləri ilə əməksevərliyi vəhdət təşkil etməkdədir. Əsərin liberettosu görkəmli balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadə və sovet teatrşünası, balet ssenaristi Pyotr Fyodoroviç Abolimovundur. Moskvada keçirilən II Azərbaycan ədəbiyyat və incəsənəti dekadasında “Gülşən” baletindən bəzi parçalar oynanılıb.

***

Hacıbəyovun “Karvan” simfonik mənzərəsi də ABŞ-da plastinkalara yazılıb və Macarıstanda, Yaponiyada, Bolqarıstanda ifa edilib.

***

Soltan Hacıbəyov yaradıcılıq işi ilə əlaqədar ittifaq respublikalarında və xarici ölkələrdə səfərdə olub, həmin yerlərin bəstəkar və musiqiçiləri ilə dostluq münasibətləri yaradıb. Hər dəfə vətənə döndükdən sonra gəzdiyi yerlərin insanları haqqında musiqi əsəri yaratmağı səfərinin nəticəsi kimi görüb. "Bolqar süitası", "Çex rəqsi", “Salam Ukrayna” nəğməsi, “Hind süitası” belə səfərlərin məhsuldar nəticəsidir.

***

1953-1968-ci illərdə Hacıbəyov Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi vəzifəsini tutub, 1958-ci (1963) ildən vəfatına qədər (1974) SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü olub. 1973-cü ildə Hacıbəyov Azərbaycan Bəstəkarlar İttifaqının katibi seçilib.

1962-ci ilin aprelində Soltan Hacıbəyovun uvertürası ilk dəfə olaraq Çikaqo şəhərində (ABŞ) Boston Simfonik Orkestri tərəfindən, 6-7 noyabr 1962-ci ildə isə Moraviya Filarmoniyasının orkestri tərəfindən (indiki Çexiya) Çexoslovakiya-Sovet dostluğunun qeyd edilməsi münasibətilə ictimai tədbirlər zamanı ifa edilib.

1973-cü ildə Soltan Hacıbəyova SSRİ xalq artisti adı verilib.
Hacıbəyov Bakı şəhər komitəsinin, Azərbaycan Kommunist Partiyası Nəsimi rayon komitəsinin üzvü və Bakı şəhər Xalq deputatları sovetinin deputatı seçilib.

***

O, 19 sentyabr 1974-cü ildə qəflətən vəfat edib. Bakıda, Birinci Fəxri xiyabanda dəfn edilib..

İƏT Mədəniyyət Festivalının tarixi dəyişib Tanınmış reper xəstəxanadan açıqlama yaydı Yarın yatar hər axşam qoynunda yaylığınla... – Mir Kamilin şeirləri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri