Üzgüçülük üzrə Azərbaycan çempionatı başlayıb İdman və Biz
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Üzgüçülük üzrə Azərbaycanın açıq qış çempionatı start götürüb.
İdman.biz xəbər verir ki, Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən turnirdə 15 müxtəlif klub və idman cəmiyyətlərindən 150 FINA xalı olan 240-a yaxın idmançı gücünü sınayacaq.
Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst, 50,100, 200 metr məsafələrdə arxasıüstə, brass və batterfley üsullarda mübarizə aparacaqlar.
Bakı Su İdmanı Sarayında təşkil olunan yarış 4 gün davam edəcək. Açılış mərasimi noyabrın 28-də, saat 09:45-də başlayacaq.
Çempionatda Gürcüstanın "Tbilisi" komandasının idmançıları da çıxış edəcəklər.
İdman.biz
Baxış sayı:124
Bu xəbər 27 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















