Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Üzgüçülüyün sağlamlığımıza nə kimi faydaları var? İdman və Biz

Üzgüçülüyün sağlamlığımıza nə kimi faydaları var? İdman və Biz

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Üzgüçülüklə həm həvəskarlar, həm də peşəkar idmançılar məşğul olurlar. Bəs görəsən, üzgüçülüyün sağlamlığımıza nə kimi faydaları var?

İdman.biz xəbər verir ki, Gencexeber.az mövzu ilə bağlı yazı hazırlayıb.

açıqlama verən həkim-terapevt Abbas Bağırovun sözlərinə görə, insan orqanizminin 66 faizi sudan ibarətdir:

“Bəlkə də elə ona görədir ki, insan su ilə təmasda olduqda pozitiv, ritmik və harmonik notlara yüklənmiş olur. Əlbəttə ki, üzgüçülük populyar idman növlərindən biri olmaqla bərabər həm də bir çox xəstəliklər üçün ən effektiv müalicədir.

Suyun içərisində orqanizm vakuum şəraitində olduğuna görə, bütün özünü tənzimləmə mexanizmi sistemləri adekvat şəkildə işləməyə başlayır. Bu da sinir sistemində mərkəzi və periferik tipli bütün gərginliklərin aradan qalxmasına səbəb olur”.

A.Bağırov qeyd edib ki, üzgüçülük ürək-damar sistemini gücləndirir: “Üzgüçülük ürək-damar və tənəffüs sisteminin fəaliyyətinə, oynaq sistemində olan bütün xəstəliklərə və yuxusuzluğa müsbət təsir göstərir. Üzgüçülüklə proqram şəklində məşğul olduqda ürək döyüntüsü, habelə nəbzin ritmi normallaşır, qan dövranı yaxşılaşır bu da ürək xəstəlikləri riskini azaldır. Üzgüçülük tənəffüs sistemini gücləndirir, ağciyərlərin daha çox hava tutmasına kömək edir. Bu, astma və digər tənəffüs problemləri olan insanlar üçün faydalıdır. Həmçinin üzgüçülük nəfəs almanı təkmilləşdirərək bədənə oksigenin daha yaxşı paylanmasına imkan verir. Bunun fonunda da həm həzm sistemindən, həm də sidik ifrazı sistemlərindən toksinlərin, sərbəst radikalların və ifrazat maddələrinin orqanizmdən xaric olmasını sürətləndirməklə orqanizmin drenaj funksiyasını yerinə yetirən ən mühüm vasitələrdən biri kimi özünü təsdiqləyir.

Yuxusuzluqdan əziyyət çəkən insanlar üzgüçülük ilə məşğul olduqda xroniki yorğunluq yüngülləşir və yuxu tənzimlənlənməsi təbii xarakter alır.

Üzmə zamanı suyun müqaviməti ilə üzləşərkən bütün bədən əzələləri işləyir, bu da həm üst, həm də alt bədən əzələlərini inkişaf etdirir, beləliklə əzələlərin daha tonuslu və güclü olmasına kömək edir. Oynaqlarında problem yaşayan və ya artrozdan əziyyət çəkən insanlar üçün üzgüçülük faydalıdır. Suyun üzərində bədən ağırlığının çəkisizlik vəziyyətinə uyğunlaşdırıldığı halda olunan hərəkətlərlə oynaq zədələnmələrinin bərpası istiqamətində gedən biokimyəvi proseslərin sürəti artır və əlavə travma riski da azalır.

Sinir gərginlikləri tamamən aradan qalxır. Sinir sistemi nə qədər sakit vəziyyətdə olsa, orqanizmin xəstəliklərə qarşı o qədər müqaviməti çox olur. Üzgüçülük qığırdaq və oynaqda hərəkəti artırır. Qidalandırıcı maddələrin oynağa axımını sürətləndirir. Toxumalar özünü tez bərpa edir”.

Həvəskar üzgüçülərdən biri Gültəkin Kərimova üzə bilməyən şəxslərə məsləhət verib.

O, bildirib ki, sudan qorxmaq lazım deyil: “Mənim hazırda 34 yaşım var. Doqquz yaşımdan üzgüçülüklə məşğulam. Anam üzgüçülük üzrə məşqçidir, üzməyi mənə uşaq yaşlarımdan öyrədib. Üzgüçülüklə ancaq bir həvəskar olaraq məşğul olmuşam. İndiyə qədər iki yarışda iştirak etmişəm. Hər ikisi də “Kürü keçək” layihəsi olub. İlk yarışda 3-cü yerə, ikinci yarışda isə 2-ci yerə sahib olmuşam. Başqa idman növlərindən fərqli olaraq, üzgüçülükdə travma riskləri minimuma enir. Üzə bilməyən şəxslərə məsləhətim odur ki, sudan qorxmasınlar. O qorxunun üzərinə gəlməlidirlər”.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Yanvar 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri