Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

İran rejimi legitimliyini itirir ŞƏRH

ASF Konfransı 2025: Üzgüçülüyün inkişafı və yeni hədəflər müzakirə olundu

ASF Konfransı 2025: Üzgüçülüyün inkişafı və yeni hədəflər müzakirə olundu

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün “ASF Konfransı 2025” adlı tədbir keçirilib. 

News24.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, media nümayəndələri, dəvətli qonaqlar və digər rəsmi şəxslər iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti Zaur Əliyev açılış nitqində media nümayəndələrini milli mətbuatın 150 illiyi münasibətilə təbrik edib, medianın idmanın inkişafında və təbliğində oynadığı əhəmiyyətli rolu vurğulayıb. O, həmçinin bildirib ki, üzgüçülük təkcə idman növü deyil, həm də insan sağlamlığına müsbət təsir edən vacib fəaliyyət növüdür.

Zaur Əliyev qeyd edib ki, Gənclər və İdman Nazirliyi tərəfindən bir müddət əvvəl məktəblilər arasında üzgüçülüyün təbliği məqsədilə layihə həyata keçirilib. Federasiya bu təşəbbüsün davamı olaraq Elm və Təhsil Nazirliyi ilə birlikdə üzgüçülüyün məktəb proqramına inteqrasiyası üçün ilkin müzakirələrə başlayıb.

Konfransda çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov da media nümayəndələrini yubiley münasibətilə təbrik edib və federasiyanın fəaliyyətini müsbət qiymətləndirib. Bununla belə, üzgüçülük sahəsində inkişafın hələ arzuolunan səviyyədə olmadığını qeyd edən nazir, bu sahədə daha böyük uğurların mümkünlüyünü vurğulayıb. O, Mingəçevirdə Kür çayı üzərində keçirilən yarışlara olan marağın artmasının federasiyanın apardığı maarifləndirmə işi ilə bağlı olduğunu bildirib.

Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev isə çıxışında təşkilatın fəaliyyətində həyata keçirilən yeniliklərə diqqət çəkib. O bildirib ki, ötən il federasiyanın idarəetməsində islahatlar aparılıb, şəffaflıq və çeviklik prinsipləri əsas götürülüb. İdmançıların rifahının yaxşılaşdırılması üçün maaş sistemi tətbiq edilib və müasir idman geyimləri ilə təmin olunublar.

Baş katib həmçinin federasiyanın rəqəmsal transformasiya istiqamətindəki addımlarını da təqdim edib. Onun sözlərinə görə, yenilənmiş veb-sayt vasitəsilə ictimaiyyət federasiya haqqında informasiyalara daha rahat çıxış əldə edə bilir. Loqonun təkmilləşdirilməsi, korporativ imicin gücləndirilməsi və onlayn platformalarda aktiv iştirak da prioritetlər sırasında yer alır.

Konfransda səsləndirilən fikirlər federasiyanın gələcək planlarını və üzgüçülük sahəsində görüləcək işləri ortaya qoyaraq, bu idman növünün ölkədə daha geniş şəkildə yayılması üçün atılacaq addımların əsasını təşkil edib.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 İyul 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri