Üzüm və Şərab Festivalına hazırlıqlar başladı Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Sentyabrın 19-20-də Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində baş tutacaq.
Artıq 5-ci dəfədir ki, təşkil olunacaq festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.
Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festivala müxtəlif şərab brendləri qatılaraq öz məhsullarını təqdim edəcəklər.
Ziyarətçilər iki gün ərzində üzümçülük və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanacaq, müxtəlif əyləncə və şou proqramları izləyəcəklər. Tədbirin əyləncə proqramı yaxın günlərdə açıqlanacaq.
Festivala giriş üçün biletləri iTicket.az saytı vasitəsilə əldə etmək olar.
Yenilənən məlumatlar üçün mənbə: www.instagram.com/winefest.official
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 04 Sentyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















