Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

İSİ əməkdaşları beynəlxalq seminarda iştirak ediblər FOTO

İSİ əməkdaşları beynəlxalq seminarda iştirak ediblər FOTO

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1-12 dekabr 2025-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Standartlarından İstifadə Edərək Şərqi Avropa və SPECA-da Ticarətin Asanlaşdırılması və Multimodal İnformasiya Mübadiləsinin Rəqəmsal Transformasiyası adlı Ticarət və Nəqliyyatda Prosedurların  Asanlaşdırılması üzrə Potensialın Gücləndirilməsi üzrə 20-ci beynəlxalq seminar keçirilmişdir.

"Unikal" xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Avropa Regionunda Potensialın Gücləndirilməsi üzrə Regional Bürosunda baş tutan seminar BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (SPECA), Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA), AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu və digər partnyor müəssisələr tərəfindən təşkil edilmişdir. Tədbirə SPECA və TRACECA ölkələrindən, o cümlədən Azərbaycan, Gürcüstan, İran, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan və digər ölkələrdən nümayəndələr qatılıblar. Seminarda, həmçinin İSİ-nin baş direktoru, akademik Əli Abbasov və Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev iştirak ediblər.

Seminarın əsas məqsədi TRACECA ilə əməkdaşlıq çərçivəsində Trans-Xəzər Dəhlizi boyunca CIM/SMGS dəmir yolu yük daşıma sənədinin rəqəmsallaşdırılması, Xəzər dənizi limanları arasında məlumat mübadiləsi, təchizat zəncirindəki digər nəqliyyat növləri və BMT/CEFACT standartlarından istifadə edərək Xəzər dənizi boyunca dəhliz daxilində məlumat mübadiləsinin rəqəmsallaşdırılması metodologiyası problemlərinin araşdırılması və təcrübə mübadiləsi olub.

Plenar iclasda AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi İlham Namazov, TRACECA-nın baş katibi Aset Asavbayev, İSİ-nin baş direktoru, akademik Əli Abbasov, Ümumdünya Gömrük Təşkilatının Avropa Regionunda Potensialın Gücləndirilməsi üzrə Regional Bürosunun direktoru Antonio Lo Parto çıxış ediblər.

Ə.Abbasov iştirakçıları salamlayaraq aktual mövzuya həsr olunan seminarın önəmindən bəhs edib. Qeyd edib ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, həmçinin yeni Zəngəzur nəqliyyat dəhlizinin yaradılması ölkəmizin beynəlxalq nəqliyyat xabı kimi fəaliyyət göstərməsini gələcək inkişafın əsas istiqamətlərindən birinə çevirir. Bildirib ki, Şərqi Avropa, Orta Asiya və daha geniş SPECA regionunun iqtisadiyyatları malların, məlumatların və xidmətlərin sərhədlərdən keçməsində böyük dəyişikliklərə məruz qalır ki, bu da səmərəli, şəffaf və qarşılıqlı fəaliyyət göstərən multimodal nəqliyyat sistemlərinə tələbatı artırır. Bu transformasiyaların mərkəzində isə BMT-nin standartları - BMT/CEFACT, istinad məlumat modelləri və qlobal qarşılıqlı fəaliyyəti mümkün edən rəqəmsallaşdırma vasitələri dayanır. Sözügedən prosesin xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi multimodal dəhlizlər üçün xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan Ə.Abbasov burada uğurlu ticarətin asanlaşdırılmasının dəmir yolları, limanlar, avtomobil nəqliyyatı, gəmiçilik, gömrük və logistika operatorları arasında qarşılıqlı fəaliyyətdən asılı olduğunu bildirib. Azərbaycanın bu istiqaməti tam şəkildə dəstəklədiyini qeyd edən akademik rəqəmsal dəhlizlərin qurulması və beynəlxalq səviyyədə razılaşdırılmış istinad modellərinə əsaslanan sərhəd sistemlərindən söz açıb.

Çıxışının sonunda İdarəetmə Sistemləri İnstitutunun BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) seminarlarını dəstəkləməkdən və SPECA regionunda ticarət və nəqliyyatın rəqəmsal transformasiyasında fəal iştirak etməkdən qürur duyduğunu bildirən Ə.Abbasov EU4Digital: eTrade və eLogistics ekspert şəbəkəsində uzunmüddətli iştirakın məntiqi davamı olaraq Nəqliyyat və Logistika Proseslərinin Rəqəmsallaşdırılması üzrə Beynəlxalq Laboratoriyanın yaradılacağını bildirib. Laboratoriyanın BMT-nin standartlarına əsaslanaraq multimodal nəqliyyat dəhlizləri üçün uyğunlaşdırılmış konsepsiyaların və texniki həllərin hazırlanmasına töhfə verəcəyini vurğulayıb.

Seminar çərçivəsində Ə.Abbasov Ümumdünya Gömrük Təşkilatının Avropa Regionunda Potensialın Gücləndirilməsi üzrə Regional Bürosunun direktoru Antonio Lo Parto ilə görüşmüşdür. Görüşdə WCO ROCB ilə İSİ arasında 2026-cı il üçün əməkdaşlıq  imkanları müzakirə edilib, 52 ölkənin üzv olduğu regionda İSİ-nin beynəlxalq laboratoriyası tərəfindən gömrük rəsmiləri üçün hazırlanmış milli rəqəmsal logistika platformaları və rəqəmsal nəqliyyat dəhlizləri üzrə xüsusi pilot kursların təşkili üzrə ilkin razılıq əldə edilmişdir.

Seminarın növbəti günü baş tutan BMT/CEFACT standartlarından istifadə edərək regional iqtisadi ticarət və nəqliyyat dəhlizi boyunca problemsiz multimodal rəqəmsal məlumat mübadiləsinin həyata keçirilməsinə dair panel müzakirədə çıxış edən T.Babayev SPECA ölkələrində multimodal yük daşımalarının rəqəmsallaşdırılması üçün effektiv strategiya kimi milli eLogistika sistemlərinin yaradılması mövzusunda təqdimatla çıxış edib, mövzu ətrafında müxtəlif suallar cavablandırılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Dekabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see230

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see223

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see172

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see170

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see157

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri