Icma.az
close
up
RU
Uzunmüddətli əməkdaşlığın konsepsiyasi

Uzunmüddətli əməkdaşlığın konsepsiyasi

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Çin arasında imzalanan Birgə Bəyanat iqtisadi tərəfdaşlığı ən yüksək zirvəyə çatdıracaq

Cənubi Qafqazın lideri Azərbaycanla Asiyanın və dünyanın iqtisadi-siyasi güc mərkəzlərindən biri olan Çin arasında münasibətlər son illərdə ən yaxın dostluq zirvəsinə qalxaraq region üçün nümunəvi formalardan birinə çevrilib. Dünyada baş verən  yeni siyasi-iqtisadi proseslər və digər amillər, xüsusən də nəqliyyat-tranzit qovşaqlarındakı farqmentasiyalar, digər mühüm kommunikativ faktorlar hər iki ölkənin bir sıra ortaq baxış və strateji maraqlarını tamamlayır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) dövlət səfəri isə münasibətlərin tamamilə yeni keyfiyyət çalarlarını zənginləşdirən mühüm amil kimi səciyyələndirilə bilər.

2030-cu ilə qədər hədəflər

Səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” əhatə dairəsinə, siyasi və iqtisadi əhəmiyyətinə görə xüsusi strateji çəkiyə malikdir. Strateji məzmun və əhəmiyyəti ilə seçilən bu sənəd iki ölkə arasında uzunmüddətli gələcək əməkdaşlığın konsepsiyası hesab edilə bilər. Bəyanatın 3-cü maddəsi nəqliyyat-logistika zəncirlərində bərabərtərəfli əlaqələrin inkişafını və geniş regional hab alyansının qurulmasını təşviq edir. 

Belə ki, tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdırıb.

“Bir kəmər, bir yol” konsepti üzrə niyyətlər

Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” konsepti nəhəng nəqliyyat arteriyası kimi Asiyadan Avropaya genişşaxəli daşınma və ticarət qovşaqlarının coğrafi inteqrasiya körpüsüdür. Bu layihənin həmmüəllifləri kimi Çin və Azərbaycan uzun illərdir ki, iradəli siyasi addımlar ataraq bu kommunikasiyanı irəliyə aparır. 10 il əvvəl Pekin və Bakı nəqliyyat və tranzit sahəsində də əməkdaşlığın əsasını qoyaraq niyyətlərini ifadə edib. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun imzalanmasından sonra ölkəmiz bu marşrutda öz layiqli yerini alıb.

2019-cu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən Azərbaycanın dövlət başçısı Asiya ilə Avropa arasında körpülərin qurulmasına, gələcək rifaha xidmət edən nəqliyyat-logistika qovşaqlarına tinvestisiya yatırdığımızı bəyan edib. Azərbaycan Şərq-Qərb dəhlizi olan “Bir kəmər, bir yol” layihəsinin ən strateji halqası olan Trans-Xəzər (Orta Dəhliz) nəqliyyat dəhlizi ailəsinin fəal üzvü kimi son illər ərzində bu layihədə strateji rolunu və mövqeyini daha da möhkəmləndirib.

Azərbaycan Orta Dəhlizdə regional birliyi artırmaq və digər tərəfdaşları vahid kommunikasiya alyansına cəlb etmək üçün davamlı addımlar atıb, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələri də dəhlizdə infrastrukturlarını yeniləməyə təşviq edib. Bütün bunlar dəhlizdə iştirakçı ölkələr arasında daşınmaların dinamikasını və qarşılıqlı dövriyyələri intensiv yüksəldib. Xüsusən də Azərbaycanın Orta Dəhlizin axıcılığının yüksəlməsinə verdiyi töhfə Çinlə yükdaşınmaların həcmini son 2 ildə bir neçə də yüksəldib. 2024-cü ildə Azərbaycan və Çin arasında tranzit daşımalarının həcmi 86 faiz (378 min ton) artıb. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı layihələr - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər nəqliyyat dəhlizləri Çindən Avropaya və əks istiqamətə ən qısa və səmərəli marşrutu təşkil edir.

Orta Dəhlizin tərkib hissəsi kimi dəyərləndirilən Zəngəzur dəhlizinin reallaşması isə regionun nəqliyyat-kommunikasiya sisteminin bərpasının böyük perspektiv vəd etməklə, sülhə və təhlükəsizliyə xidmət göstərəcək, Çinin “Bir Kəmər, Bir Yol” proqramını tamamlayacaq.

Ticari mübadiləni artıran təşviqlər

Azərbaycan və Çinin imzaladığı Bəyanatın ən mühüm bəndlərindən biri də ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mexanizminin əlaqələndirici və rəhbər rolunun gücləndirilməsidir. Komissiyanın ticarət, investisiyalar, “yaşıl enerji” və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə verməsi üçün əlavə addımlar atması nəzərdə tutulur. Bu məqsədlə iqtisadi-investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar qəbul olunub. Məqsəd ikitərəfli ticari dövriyyələri daha da artırmaqdır.

Hazırda ölkələr arasında ticarət dövriyyəsi 4 milyard dollara yaxındır. 2024-cü ildə mal mübadiləsinin  həcmi 3 milyard 744 milyon dollar təşkil edib və Çin xarici ticarət balansında idxalın həcminə görə, Azərbaycanın birinci tərəfdaşı olub. 2025-ci ilin birinci rübündə ticari dinamika daha da artıb və ötən ilin eyni dövrünə nisbətən 37 faiz çoxalaraq 1,02 milyard dollar təşkil edib. Bu dinamika əmtəə dövriyyəsinin ilin sonunda 4 milyard dollara çatmasına əsas verir.

İmkanlar isə daha böyükdür. Bu məqsədlə tərəflər dayanmadan intensiv şəkildə iqtisadi dialoq və qarşılıqlı biznes tədbirləri təşkil edir, investisiya və ticari təşviqləri artıran təşəbbüslərlə çıxış edir. Bəyanatda qarşıya qoyulan prioritetlərin reallaşması isə iqtisadi mübadilənin 5 milyard dollara çatmasını təşviq edəcək.

Tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər.

Tərəflər ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün institusional zəmanətlərin yüksək səviyyəsinin təmin edilməsi məqsədilə azad ticarətə dair sazişlə bağlı danışıqlara başlamağa hazır olduqlarını ifadə ediblər.

Rəsmi Pekin, Çin Beynəlxalq İdxal Məhsulları Sərgisi, Çin İxrac və İdxal Məhsulları Yarmarkası, Çin Beynəlxalq Xidmətlər Ticarəti Yarmarkası, o cümlədən Çin Beynəlxalq İnvestisiya və Ticarət Forumu daxil olmaqla, Azərbaycanın Çində keçirilən böyük sərgi tədbirlərində fəal iştirakını alqışlayır, Azərbaycan tərəfindən Çin ərazisində açılan ticarət mərkəzləri və milli pavilyonlar platformasında, eləcə də Çin elektron ticarət şəbəkələrində tematik təqdimatların keçirilməsini və əlaqələrin qurulmasını dəstəkləyir.

Yeni sərmayə portfeli nəyi əhatə edir?

İqtisadi-ticari təşviqlərə dərin əsaslar yaradan hüquqi mexanizmlərdən biri də tərəflərin birgə sənaye sahəsində əməkdaşlığın daim dərinləşdirilməsi və sənayenin rəqəmsal transformasiyasını fəal şəkildə irəlilədilməsidir. Tərəflər neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrini kommersiya əsaslı əməkdaşlığın möhkəmləndirilməsində, dərinləşdirilməsində və genişləndirilməsində dəstəkləyirlər. Bütün bunlar qarşılıqlı investisiya portfellərinin də tərkibini böyüdəcək. Qeyd edək ki, Çin Cənubi Qafqazda ən çox sərmayələri Azərbaycana yönəldib, investisiyaların həcmi 1 milyard dollara çatıb. Eyni zamanda, Azərbaycan özü də potensial sərmayədar dövlət kimi Asiyanın maliyyə sektorunda öz mövqeyini gücləndirir və Dövlət Neft Fondunun investisiya portfelinin 2,1 milyard dolları Çinin maliyyə-investisiya sektorlarını əhatə etməkdədir.

Beləliklə, Bəyanatın iqtisadi xarakterli bəndləri Azərbaycanla Çin arasında davam edən dostluq münasibətlərinin iqtisadi ruhunu daha da möhkəmləndirəcək, hərtərəfli investisiya-ticari strateji tərəfdaşlığı yeni pilləyə yüksəldəcək.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Aprel 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri