Icma.az
close
up
RU
Xalqların uzunmüddətli dostluğuna töhfə

Xalqların uzunmüddətli dostluğuna töhfə

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlər Balkan regionu Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib və ölkəmiz də bu bölgə üçün xüsusi əhəmiyyətə malikdir. Hazırda Azərbaycanın Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur, o cümlədən bu bölgənin bir parçası olan Şimali Makedoniya ilə əməkdaşlığı dinamik şəkildə inkişaf edir. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə etdiyi səfər də bunu təsdiq edir.

Son aylarda Azərbaycan ilə Şimali Makedoniya arasında energetika sahəsində əməkdaşlığın qurulması ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli addım hesab olunur. Azərbaycan qazı artıq bu ölkənin bazarına çatdırılmış və ikitərəfli əməkdaşlıq müntəzəm xarakter almağa başlamışdır. Bu əməkdaşlıq təkcə iqtisadi baxımdan deyil, regionda sabitliyin və dayanıqlı inkişafın qorunması baxımından da mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı cari ildə Azərbaycan və Şimali Makedoniya arasındakı ticarət dövriyyəsinin iki dəfə artacağı da gözlənilir. Kənd təsərrüfatı, nəqliyyat və texnologiya sahələrində geniş potensial mövcuddur və hər iki ölkə qarşılıqlı investisiyaları təşviq etməyə hazırdır. Azərbaycan şirkətləri Şimali Makedoniyada yeni layihələrə maraq göstərir, xüsusilə enerji və logistika sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilir.
Xalqlar arasında humanitar əməkdaşlıq da ikitərəfli münasibətlərin vacib istiqamətlərindəndir. Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın zəruriliyini vurğulamış, Şimali Makedoniya Prezidentinin mədəni tədbirlərdə iştirakını yüksək dəyərləndirmişdir: “Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm”.
İki xalq arasında yaxınlaşmanı sürətləndirən əsas amillərdən biri də mədəni və humanitar əlaqələrdir. Hazırda 100-dən çox tələbə iki ölkənin universitetləri arasında mübadilə proqramlarında iştirak edir. Bakı və Skopyedə təşkil edilən mədəniyyət festivalları, sərgilər və musiqi tədbirləri xalqlar arasında dostluq körpüsünü daha da gücləndirir.
Bu mədəni əlaqələr, xalqların bir-birini daha yaxşı tanımasına və ortaq dəyərlər ətrafında birləşməsinə şərait yaradır. Azərbaycan və Şimali Makedoniya arasındakı mədəni əlaqələr diplomatik münasibətləri daha da möhkəmləndirərək xalqların uzunmüddətli dostluğuna töhfə verir. Beləliklə, əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri Bakı ilə Skopye arasında əlaqələrimizin genişlənməsinə mühüm təkan verəcək.

Anar Məmmədov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Mart 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri