Icma.az
close
up
RU
Uzunmüddətli qaz müqavilələri nə vəd edir? Ekspert açıqladı

Uzunmüddətli qaz müqavilələri nə vəd edir? Ekspert açıqladı

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib ki, Azərbaycan və Avropa istehlakçıları arasında uzunmüddətli qaz müqavilələri imzalana bilər.
Enerji məsələləri üzrə ekspert İlham Şaban Demokrat.az-a açıqlamasında qeyd edib ki, bu, olduqca önəmli və vacib məsələdir:
“Azərbaycan Prezidenti İlham Əliyev öz giriş nitqində də bu məsələyə xüsusilə toxundu. Bu, Azərbaycanda hazırda işlənməyən qaz yataqlarının və yaxud da növbəti fazasının daha böyük qaz həcimlərini çıxartmaq üçün qaz hasilatçılarına bir stimul olar.  Yəni onlar bilərlər ki, çıxartdıqları qazı uzun müddət ərzində satıb, onu kapitala çevirə biləcəklər. Bu kapitalın da bir hissəsi həmin yataqların işləməsi üçün ayrılan xərcləri qarşılayacaq, digər hissəsi isə onlara mənfəət gətirəcək. “Abşeron”  yatağının ikinci hissəsi “Şahdəniz”dən də dərin hissəsində idi. Haradasa 600 metrə qədər olan hissədə yerləşir. Qaz layları isə 7000 metr dərinlikdə yerləşir. Bu qədər vəsaəti qoyub, cəmi bir neçə illik müqavilələr bağlayanda hasilatçılar heç bir şey qazanmırlar. Ona görə də Azərbaycan üçün vacibdir ki, uzunmüddətli dövr yəni, heç olmasa 2040-cı ilə qədər qazın alqı-satqısına dair müqavilələri olsun. Bu, önəmli bir məsələdir”. 
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri