Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəkidə V Beynəlxalq Teatr Festivalı keçirilir. Festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri iştirak edir.

Nazirlikdən XQ-ə verilən məlumata əsasən, “Festivallar şəhəri” kimi tanınan qədim Şəki növbəti beynəlxalq sənət tədbirinə ev sahibliyi edir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının dəstəyi və iştirakı ilə 1-5 oktyabr tarixlərində V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir.

Oktyabrın 1-də Şəki Dövlət Dram Teatrında festivalın açılış mərasimi keçirilib. Tədbirdə təşkilatçı qurumların nümayəndələri, tanınmış teatr və incəsənət xadimləri, festival iştirakçıları və qonaqları, eləcə də Şəki sakinləri iştirak ediblər.

Açılış mərasimindən əvvəl festival iştirakçıları Şəkidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra festivalın qonaqları Şəki Dövlət Dram Teatrında təntənəli şəkildə qarşılanıb. Qonaqlar teatrın tarixini əks etdirən “Şəki teatrı: dünən və bu gün” adlı sərgi ilə tanış olublar. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şəki Beynəlxalq Teatr Festivalının tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında festivalın şəhərin mədəni həyatında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxışında Şəkini “sənətkarlar diyarı” adlandırıb. O, Azərbaycan Teatr Xadimləri İttifaqının adından festivalın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə xatirə hədiyyəsi təqdim edib.

Açılış gününün bədii proqramı Şəki Dövlət Dram Teatrının təqdim etdiyi “Uçqun” tamaşası ilə davam edib. Türkiyə dramaturqu Tuncer Cücenoğlunun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.

Tamaşada insanın daxilindəki qorxu hissinə qalib gəlməsi mövzusu ön plana çəkilir.

Tamaşadan sonra festivalın yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkür ifadə olunub. Ölkədə teatr sənətinin inkişafına verdiyi töhfələrə və V Şəki Beynəlxalq Teatr Festivalının təşkilindəki xidmətlərinə görə Şəki Dövlət Dram Teatrına da təşəkkür bildirilib.

Tədbir çərçivəsində Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbovaya, Şəki Dövlət Dram Teatrına və Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.

Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən isə Qazaxıstan, Özbəkistan və İran teatr kollektivlərinin rəhbərləri təltif olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Oktyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri