Vadim Vasilyev işlə təmin edilib
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın veteran futbolçusu Vadim Vasilyev II Liqa klubu "Şəfa"da seleksiyaçı-məşqçi kimi işə cəlb olunub.
Bu barədə Fanat.Az-a paytaxt təmsilçisinin idman direktoru Elvin Ələsgərov məlumat verib.
Klub rəsmisi bir müddət əvvəl səhhətində problem olan Vadimə dəstək məqsədilə onu işə cəlb etdiklərini bildirib:
"Vadim Vasilyevə klubda seleksiyaçı-məşqçi vəzifəsi vermişik. Onun üçün sərbəst qrafik qurulub ki, səhhətinə görə çətinlik çəkməsin, özünə uyğun vaxtda gəlib-getsin. Min manata yaxın maaş verilir. Vadim Azərbaycanın tanınmış futbolçularındandır və ona bu şəkildə dəstək olmağı lazım bildik".
“Şəfa” komandası hazırda II Liqanın turnir cədvəlində 34 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Dekabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















