Vadim Vasilyev Azərbaycanın II Liqa klubu üçün futbolçu seçir
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vadim Vasilyev Azərbaycanın II Liqa klubu "Şəfa" üçün futbolçu seçir.
Bu barədə “Report”a keçmiş hücumçu özü bildirib.
V.Vasilyev aşağı dəstə təmsilçisində məsləhətçi kimi çalışdığını söyləyib:
“II Liqada çıxış edən “Şəfa”da məsləhətçi kimi çalışıram. Baş məşqçiyə məsləhətlər verirəm, futbolçu seçimlərində iştirak edirəm. Komandanın artıq bir oyununu izləmişəm. Sabah “Füzuli” ilə baş tutacaq matçına da baxacağam. Ümumiyyətlə, II Liqanın oyunlarını izləyirdim. Daha əvvəl “Baku Sportinq”in oyunlarına baxırdım. Onlar rəqiblərini Binədə qəbul edirdi. Demək olar işə başlamışam”.
“Şəfa” komandası hazırda II Liqanın turnir cədvəlində 31 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 16 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















