Icma.az
close
up
RU
Vahid Ələkbərovun oğlu yenidən Rusiyanın ən varlı varisləri siyahısında birinci oldu FOTO KONKRET

Vahid Ələkbərovun oğlu yenidən Rusiyanın ən varlı varisləri siyahısında birinci oldu FOTO KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın Forbes jurnalı rusiyalı milyarderlərin ən varlı varislərinin növbəti reytinqini tərtib edib. Siyahıya bu dəfə də Rusiyada yaşayan azərbaycanlı iş adamı Vahid Ələkbərovun oğlu – Yusif Ələkbərov başçılıq edir. Reytinqə əsasən, ikinci nəsli təmsil edən 53 nəfərin ümumi miras dəyəri 283 milyard dollar təşkil edir.

KONKRET.az xəbər verir ki, Forbes-in 7 mart 2025-ci il tarixinə olan məlumatına görə, 146 nəfər rusiyalı milyarder mövcuddur və onların ümumi sərvəti 625,5 milyard dollardır. Bu sərvət, milyarderlərin 440 övladına bərabər şəkildə bölünsəydi, hər biri təxminən 1,4 milyard dollar sahib olardı.

Reytinqə daxil edilən 20 ailədə isə hər bir varisə düşən sərvət ən azı 2,9 milyard dollar təşkil edir. Bu 20 ailənin ümumilikdə 53 övladı var və onların valideynlərinin ümumi sərvəti yuxarıda qeyd edilən 283 milyard dollardır.

Forbes vurğulayır ki, reytinqin hazırlanma metodikası dəyişməyib: milyarderin sərvəti rəsmi tanınmış bütün övladlarına bölünür və həyat yoldaşlarının payı nəzərə alınmır.
Yusif Ələkbərov artıq 10 ildir ki, reytinqin birincisidir. Onun 2025-ci il üzrə potensial miras payı 28,7 milyard dollardır. Forbes-in məlumatına görə, 34 yaşlı Yusifin şəxsi sərvəti artıq 200 milyon dollardan çoxdur. O, atası tərəfindən yaradılan “Lukoyl” şirkətinin 0,2% səhminə sahibdir və bu payın 2025-ci ilin mayında dəyəri 110 milyon dollar olub. 2024-cü ildə bu səhmlərdən 14,5 milyon dollar divident əldə edib.

Yusifin öz şəxsi biznesi də var – “Ekto” holdinqi, hansı ki, 94 milyon dollar kapitalla fəaliyyət göstərir. “Ekto” markası altında “Lukoyl” innovativ yanacaq istehsal edir. Holdinq tərkibində artıq 12 şirkət fəaliyyət göstərir və 2024-cü ilin sonunda son üç şirkət qeydiyyatdan keçib:

“İnsotex” MMC – sürtgü və təmizləyici vasitələrin istehsalı,

“KZPT” MMC – polimer boruların istehsalı,

“Babbles” MMC – istirahət və əyləncə təşkilatı, uşaq təhsili və baxım xidmətləri sahəsində fəaliyyət göstərir.

Forbes 2024-cü ildə Yusif Ələkbərovun ikinci dəfə evləndiyini də açıqlayıb. Onun həyat yoldaşının adı Olqadır. Cütlüyün uşaqları olub-olmadığı isə hələ ki, məlum deyil. Lakin 2024-cü ilin sonunda Yusifin holdinqində qeydiyyatdan keçmiş “Babbles” adlı şirkət, uşaq yönümlü fəaliyyət sahəsinə əsaslanaraq, cütlüyün valideyn olduqları ehtimalını artırır.

Beləliklə, Yusif Ələkbərov atasının qurduğu imperiyanı davam etdirərək həm şəxsi sərvəti, həm də işgüzar fəallığı ilə Rusiyanın ən nüfuzlu varislərindən biri olmağa davam edir.

Günel Mikayılova,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri