Icma.az
close
up
RU
Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq… FOTO

Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq… FOTO

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

“Mən ARB-yə baxıram arada. Qız hava haqqında veriliş aparır. Danışa bilmir. Nəvəm ondan təmiz danışır. Sən 1970-ci illərdə televiziyaya çıxa bilərdin? Yox. Amma indi açıq qapıdır. Uşaq onlardan nə götürəcək? Bizim bir Xalq Artistimiz var – Röya Ayxan. Hansı səviyyənin adamıdır? Ataların bir sözü var, atan soğan, anan sarımsaq, sən haradan gülməşəkər oldun? Röya bizim dəyərli sənətkarımız Ayaz Salayevə hörmətsizlik etdi. Sən nə vaxt sənətkar oldun?”

Tribunainfo.az xəbər verir ki, bu sözləri Lent.az-a müsahibəsində Əməkdar artist Vahid Əliyev deyib.

Əməkdar artistin sözügedən müsahibəsini təqdim edirik.

– Vahid müəllim, xəstəxanadan bir neçə gündür çıxmısız, özünüzü necə hiss edirsiz?

– Pis deyiləm, şükür Allaha. Haradasa 2 ay yarım xəstəxanada yatdım. Bu müddətdə iki dəfə ölümdən qayıtdım. Biri aprelin 4-ü, biri də mayın 14-də. Bəlğəm boğurdu məni. Nəfəs ala bilmirdim. Axı, 2023-cü ildə açıq ürək əməliyyatı keçirmişəm. Bu il mart ayının əvvəlində qar yağanda çox soyuqladım.

Televiziyada verilişə çağırılıram. Xəstəxanadan çıxan kimi zəng elədilər, dedim, həkim icazə vermir. Axı mən televiziyanı, teatrı yaxşı bilirəm. 1-ci sinifdən səhnədəyəm.

– Necə?

– Qonşumuz dram dərnəyinə gedirdi. Bir gün dedim, məni də apar. 1 həftə sonra məni kluba çağırdı. Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri səhnələşdirilirdi. O tamaşada oynadım və teatrla “xəstələndim” (gülür). Artıq 2-ci sinifdə məktəbdə teatr dərnəyi yaratdım. 6-cı sinifdə Yaşar Nuri ilə televiziyada uşaq verilişlərinin aparıcısı idim. Daha sonra radioya keçdim.

– İki aydan çox xəstəxanada qalmısız. Azərbaycan səhiyyəsini necə qiymətləndirirsiz?

– Azərbaycan səhiyyəsi dirçəlmək üzrədir. 10 il bundan əvvəl azərbaycanlılar müalicə üçün ya İrana, ya Türkiyəyə, ya da Almaniyaya gedirdilər. Lakin bu gün ağıllı cavan kadrlarımız var. Azərbaycan xalqı çox istedadlı xalqdır. Lakin nə fayda, bir-birimizin qədrini bilmirik. Nizami, Füzuli, Nəsimi, Sabir kimdə var? O “mənəm-mənəm” deyən Avropada var bunlar? Bizdə meyxana janrı olanda hələ Avropa repin nə olduğunu bilmirdi.

– Meyxanaya qulaq asırsız?

– Əlbəttə. Həm dinləyirəm, həm də yazıram. Mən bakılıyam. Bir dəfə bakılı olduğumu sınamaq üçün qafiyə verdilər. Necə cavab verdimsə, dedilər ki, Vahid, bizim daha sözümüz yoxdur. Mənim şeirlərimə mahnı yazılıb.

– Teatr fəaliyyəti necə gedir?

– Xəstələnənə qədər teatrda oynayırdım. Özü də çox nadir hallarda dublyorum olub. Aktyorlar deyirdilər ki, Vahid səhnədə elə şeylər edəcək ki, biz qalacağıq kənarda. Azərbaycan televiziyasında ilk reklama çəkilən aktyor mən olmuşam. Artıq hər şeyə çox adi baxıram. 46 yaşım olanda kliniki ölüm keçirmişəm.

– Nə gördüz, necə bir şey idi?

– Qaranlıq bir borunun içində uçurdum. Borunun digər tərəfində iynə ucu boyda işıq var idi. Kosmonavtlar kimi uçurdum. Lakin qulağım evdəki bütün səsləri eşidirdi. Sonradan ayıldım. Yoldaşıma dedim ki, Əliyeva, orada hər şey yaxşı idi, niyə məni qaytardız?

– Teatrdakı vəziyyət necədir?

– Xəstələnəndən sonra mənə dublyor verilməsini istədim artıq… 2023-cü ildə tamaşam var idi, 8-9 saat qalmış xəstəxanaya düşdüm.

– Ümumi Azərbaycan teatrı ilə bağlı vəziyyət necədir?

– Azərbaycanda teatr yox dərəcəsindədir. Bəlkə, kimsə üçün var, amma mənə görə yoxdur. Axı mən nəhəng müəllimlər görmüşəm. Bu elə sahədir ki, gərək hər şeydən məlumatın olsun, ciddi mütaliə lazımdır. Mən tələbə vaxtı saatlarla kitab oxuyurdum, ingilis, fransız ədəbiyyatını mütaliə edirdim. Sonra keçdim fəlsəfəyə, daha sonra dinə…

– Sizə görə, din nədir?

– Oxuyandan sonra dindən uzaqlaşdım. Çünki özümə bir sual verdim: din nədir? – Din barbar insanları xof altında saxlamaq üçün düşünülmüş vasitədir. Sənin mollaların demir ki, Allahı sevirsənsə, günah etmə. Deyirlər ki, Allahdan qorx, günah işləmə. Bir dəfə yas məclisində idim. Mollaya dedim ki, bayaqdan adını çəkdiyiniz Allahı mənə göstərin. Üzüm talvarının altında oturmuşduq. Dedi, yuxarı bax, yarpaqlara. Orada ən yaşıl yarpaq necədir? Dedim, çox gözəl. Dedi, bax, harada gözəllik varsa, orada yaradanın siması var. Qalxıb mollanın alnından öpdüm, dedim, çox sağ ol, mən də belə fikirləşirdim.

– Azərbaycanda nəyi ciddi problem hesab edirsiz?

– Bizim ən böyük problemlərimizdən biri savadsızlığımızdır. Mütaliə etmirik. Açıb televiziyalara baxın. Guya komediya oynayırlar. Bu bədbəxt hələ bilmir ki, komediyanın hansı janrını oynayır. Sən bunu bilmədən, necə oynayırsan? Bizim cəmiyyət təbəqələrdən ibarətdir. Birinci kasıb təbəqə, ikinci orta, üçüncü isə ziyalı təbəqəsi sayılır. Orta təbəqə ziyalıları udub, öz gününə qoyub.

– Kimdir bu orta təbəqə?

– Savadsız və öz cibini güdən adamlar. Bir dəfə metroda məndən soruşdular ki, Vahid müəllim, bu millət haqqında nə deyə bilərsən? Dedim, heç nə. Dedi, necə yəni, siz axı ziyalısız… Dedim, bir millətin ki, atalar sözü “Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli” ola, mən nə deyə bilərəm ki? Peyğəmbər deyib ki, çox millət çox şeyin düşkünüdür. Lakin mənim hümmətim bir var-dövlət, bir də qadın hərisidir.

– Neynəmək lazımdır?

– Ziyalı təbəqə ayağa qalxmalıdır. Bilirsiz, bu haçan baş verdi? 1988-ci ildə Qərbi Azərbaycandan, Qarabağdan axın oldu Bakıya. Gələnlərin hər biri öz psixologiyasını gətirdi şəhərə. Mən şəhər mühitini də, kəndi də görmüşəm. Qaçqınlar öz yerlərində o psixologiya ilə yaşayırdılar, lakin Bakıya gələndə başladılar özlərini təsdiq eləməyə.

Onlarda günah yox idi, evini, yurdunu qoyub gəlmişdi. Məcbur idi ki, özünə çörək qazansın. Əvvəla, gərək ziyalı orta təbəqənin səviyyəsinə enməsin. Bizim deputatlarımızın çoxu əyalət leksikonu ilə danışır. Özünü azca dərk edən insan baxıb deyir, budurmu mənim deputatım? Ziyalının danışdıq tərzi, duruşu çox önəmlidir. İnsanlar səndən örnək götürürlər.

– Siz özünüz də tez-tez televiziyalara çıxırsız. Televiziyaların şoulaşması, bayağı səviyyəyə gəlir… Bununla bağlı fikir bildirmisiz?

–  Mən ARB-yə baxıram arada. Qız hava haqqında veriliş aparır. Danışa bilmir. Nəvəm ondan təmiz danışır. Sən 1970-ci illərdə televiziyaya çıxa bilərdin? Yox. Amma indi açıq qapıdır. Uşaq onlardan nə götürəcək? Bizim bir Xalq Artistimiz var – Röya Ayxan. Hansı səviyyənin adamıdır? Ataların bir sözü var, atan soğan, anan sarımsaq, sən haradan gülməşəkər oldun? Röya bizim dəyərli sənətkarımız Ayaz Salayevə hörmətsizlik etdi. Sən nə vaxt sənətkar oldun?

– Müasirləşən, Avropalaşan dünya ilə aranız necədir?

– “Tesla”nın qurucusu İlon Mask öz oğlundan imtina edib. Bilirsiz niyə?

– Bəli, cinsiyyətini dəyişmişdi.

– Bir gün Zaurun verilişində idim. Zaur dedi, avropalaşmaq-filan. Dedim, Zaur, bəsdi. Nə avropalaşmaq salmısız. Dədə-babalarımızdan nə gözəl adətlər qalıb. 5 yaşlı oğlan uşağına bağçada yubka geyindirirlər ki, böyüyəndə arvadının qədrini bilsin. O uşaq nə olacaq? Böyüyənə qədər özü anabala olacaq. Mirmövsüm Nəvvab ailədə kişi necə olmalıdır, onu çox gözəl izah edib.

– Sizə görə, ailədə kişi necə olmalıdır?

– Kişi ailədə hər şeyə öz dəyərini verməlidir. Mən öz həyat yoldaşımı nişan günü görmüşəm.

– Sizcə, bu doğrudur?

– Mən öz xarakterimi erkən yaşlardan bilirəm. Məndə konkret insana yox, insaniyyətə sevgi var. Ona görə də, kiminlə evlənsəm, onu sevəcəyimi bilirdim.

– İndiyə qədər ürəyiniz istəyən tamaşanı oynamısız?

– Bəli, oynamışam. Haqverdiyevin “Bəxtsiz cavan” əsəri. Çox sağ olsun, yaxşı yoldaşlar onu Azərbaycan Televiziyası arxivindən yox elədilər. O tamaşa mənə bir gündə populyarlıq gətirmişdi. Gözü götürməyənlər oldu.

– Bəs hansı rolları oynamaq istəyərdiz?

– “Paris Notr-Dam” əsərindəki Kvazimodonu oynamaq istəyərdim. Bir də Romeo obrazını. Nə deyim, həyatdır da. 1978-ci ildə məni Moskvada teatrda saxlamaq istəyirdilər. Anamın sözünə görə qayıdıb gəldim.

– Teatrda hazırkı vəziyyət necədir?

– Hazırda tamaşalar hazırlanır. Rəhbərlik çalışır ki, dirçəltsin teatrı.

– Yaşlı nəsil, adətən, gəncləri tənqid edir, bəyənmir. Siz gənclər barədə nə düşünürsüz?

– Gənclər çox savadsızdır. Əllərindən telefon düşmür. Savadsız da olmalıdır.

– Niyə?

– Orta məktəbdə oxuyanda mənə desəydilər ki, müəllimə pul ver, səni öyrətsin, gülərdim. Deyərdim, başınız xarabdır, müəllimə necə pul verə bilərəm? Amma indi repetitor yanına gedir hamısı. Ona görə də, savadsızlıq baş alıb gedir. Televiziyalarda da belədir. Bayaq dediyim kimi, hava məlumatı verir, açıq-saçıq geyinib çıxır. Bu normal geyinib çıxa bilmir? Uşaqlar bundan nə götürsün? Ona görə də, Hüseyn Cavid yazmışdı:
“Dərdə bax, millətə bax, niyyətə bax
Ölülərdən ölülər feyz alacaq…”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 İyun 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see251

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see211

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see173

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see137

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see136

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see135

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see135

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see124

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see123

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see121

Atletikin baş məşqçisi: Qarabağ bizə qol vuranda bunu sakit qarşıladım

23 Oktyabr 2025 00:04see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri