Icma.az
close
up
RU
Vahid müəllim forması: xeyri olar, zərəri yox

Vahid müəllim forması: xeyri olar, zərəri yox

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan məktəbləri həm müəllim, həm də şagirdlərin vahid forma geyindiyi və geyinmədiyi dövrləri görüb. Vaxt var idi ki, məktəblərdə nə müəllim, nə şagird vahid forma geyinirdi. Vaxt var idi ki, şagirdlər geyinirdi, müəllimlər yox. Hazırda isə şagirdlər geyinir, müəllimlər yox. Bəs vahid müəllim geyimi lazımdırmı? Bu sual bütün dövrlərdə müzakirə obyekti olub. Kimi müəllim üçün bunun əhəmiyyəti olmadığını, kimi vacib olduğunu, kimi vahid geyim formasının yalnız uşaqlara gərək olduğunu öz baxış bucağından müzakirə edib. Lakin məsələyə şüurlu şəkildə yanaşdıqda vahid geyim formasının məktəblərdə şagird kimi, müəllim üçün də əhəmiyyətli olduğunu görmək asandır. Yeni dərs ilinin başlanmasına sayılı günlər qalmış Samux rayonu Qarayeri qəsəbə 2 saylı tam orta məktəbində müəllimlərin vahid forma geyinmək üçün qərar qəbul etdikləri və bunun da müzakirələrə səbəb olduğu bir vaxtda vahid formanın əhəmiyyətindən bir qədər danışaq. Danışdıqca, düşünürəm ki, bunun faydalı tərəfləri öz-özlüyündə ortaya çıxacaq.

Müəllimlərin geyimindən başlayaq...

Son 4-5 ilə kimi Naxçıvanda məktəblərin hər birində şagirdlər kimi, müəllimlər də vahid geyim geyinirdilər. Bunun böyük əhəmiyyətə malik olduğunun şahidi olduğum üçün bu barədə danışmaq istəyirəm. Vaxtilə mən orta məktəbdə təhsil alarkən müəllimlərin vahid forması yox idi. Kişi müəllimlər ağ-qara, göy rənglərdən daha çox istifadə edir, kostyumla bu rənglərdə köynəklər geyinirdilər. Lakin qadın müəllimlər müxtəlif rənglərdə paltarlar geyinirdi. Biz yuxarı siniflərə qalxdıqca, artıq qadın müəllimlərin geyimlərini də müzakirə edirdik: yaraşmayıb, burası dardır, orası gendir. Bu rəngdə paltarla məktəbə gələrlər? Bu paltardan anamın da var, ona daha gözəl yaraşır. Bunun başqa rəngindən filan qohumda da var.

Bu paltarı müəllimin rayona gələn, yalnız xüsusi adamların ala biləcəyi xarici paltarlar anbarından, yoxsa univermaqdan aldığı, tikdirdiyi və yaxud hazır paltar olduğu belə aramızda müzakirə olunurdu. Müəllim lövhədə yazı yazanda paltarının arxa hissədən darlığı, əyiləndə qarşı tərəfdən azacıq sinəsinin görünməsi, hətta ətəyinin yırtmacından astarın görünməsi belə müzakirələrimizdə yer alırdı.

Kişi müəllimlər isti aylarda şalvar-köynək, havalar soyuyanda isə şalvar-pencək geyinirdilər. Ona görə də bizim müzakirələrimiz yalnız qadın müəllimlərin geyimləri üzərində qurulurdu. Hətta bu, dərs prosesinə də təsir göstərirdi. Dərsin qızğın yerində biz artıq müəllimin geyindiyi yeni paltarı müzakirə edir, bunu yaxınlıqdakı qızlarla pıçıldaşır, uzaqdakılara kiçik kağızlarda yazıb atırdıq.

Tək biz deyil, qadın müəllimlərin də dəhlizdə, müəllimlər otağında bir-birinin geyimini müzakirə etdiklərini eşidirdik. Hansı müəllimin həyat yoldaşının vəzifədə işlədiyi, paltarlarını haradan və hansı qiymətə aldığı, hansı müəllimin paltarını səliqəli, hansının səliqəsiz geyindiyi, yaraşıb-yaraşmaması məsələlərinədək hər biri həm müəllimlər, həm də qızlar arasında uzun-uzadı müzakirə olunurdu.

Hələ böyüdükcə biz də müəllimlər kimi görünməyə çalışırdıq. Yadımdadır, bizə rus dili müəllimi gəlmişdi, gənc qız idi, yenicə universiteti bitirmişdi. Çox dəbli geyinirdi. Hətta onun geyiminin rayon yerinə uyğun olmadığı barədə söhbətlər də gəzirdi. Lakin bu günün prizmasından baxdıqda onun geyimində bir qüsur görmürəm. Sadəcə gənc idi, ətəyini bir qədər dar geyinirdi, köynəkləri əl-əlvan olurdu, yəni sözün həqiqi mənasında, gəncliyi ilə geyimi gözəl bir harmoniya yaradırdı. Biz nə edirdik? Artıq o cür geyinmək, gözəl görünmək istəyirdik.

11-ci sinifdə oxuyarkən artıq biz qızlar məktəbə elə geyinib gedirdik ki, tanımayan olsaydı, müəllim olduğumuzu hesab edərdi. Gənc müəllimlərin geyimindən ilhamlanıb onlar kimi görünməyə can atırdıq. Bu dəfə isə artıq bizim geyimimiz həm müəllimlər, həm də digər qızlar arasında müzakirə olunurdu. Artıq müəllimlərin bizim geyimlərdən narahat olduqları da diqqətimizdən yayınmırdı. Çünki artıq biz onlardan fərqli görünmürdük. Yadımdadır, hələ onlardan bizi sinifdə saxlayıb geyindiyimiz ətəyimi, köynəyimi, donumu haradan aldığımızı soruşanlar da olurdu. Paltarımızın dar olduğuna və yaxud da çox geniş olduğuna münasibət bildirən müəllimlər də var idi.

İstər müəllimin, istər şagirdin məktəbə istədiyi kimi geyinib gəlməsində böyük qüsur olduğunu görmək heç də çətin deyil. Çünki bu geyimlər dərs prosesinə böyük maneçilik törədir. Elə bizim də 3-5 dəqiqəlik tənəffüs vaxtımızı belə əlimizdən alırdı. Bufetə bir stəkan çay içməyə getmək əvəzinə, müəllimlərin geyimlərinin müzakirəsini aparırdıq.

Şagirdlər vahid forma geyindi

Sovet ittifaqının dağılması ilə müstəqilliyimizin bərpası arasında olan boşluq illərindən sonra, 90-ların axırından etibarən artıq məktəblərdə şagirdlər üçün vahid forma sisteminə keçilməyə başlandı. Düzdür, bu, Azərbaycanın bütün regionlarında eyni zamanda baş vermədi, mərhələ-mərhələ həyata keçirildi. Bu proses valideynləri çoxsaylı problemlərdən xilas etdi. Gündə bir paltar geyinmək istəyi, xüsusilə də yuxarı siniflərə qalxdıqca uşaqların geyim arzularının da artması vahid forma sisteminin tətbiq olunması ilə geridə qalmağa başladı. Hər bir məktəbli eyni formanı geyindi. O vaxtdan bu günədək artıq bütün ölkə məktəblərində məktəbli formaları tətbiq olundu, aradabir dəyişdirilsə də, lakin hər bir region, məktəb üçün hazırda ümumi məktəbli geyiminin olması həqiqətən də təhsil sistemində üstün cəhətlərdəndir. Çünki bu sistemdə hər şey ən birinci geyimdən, davranışdan başlanır.

Geyim həm də məsuliyyətdir. Vahid formaya keçid hər bir valideynin və şagirdin üzərinə böyük məsuliyyət qoydu. Eyni paltarı almaq, eyni cür geyinmək məsuliyyəti. Belə olan təqdirdə yuxarıda qeyd etdiyim boşluq illərində varlı-kasıb uşaqlarının geyim fərqi aradan qalxdı. Hər məktəblinin eyni formanı geyinməsi ilə fikir ayrılıqlarına, sənin paltarın, mənim paltarım, məninki daha gözəldir, məndə var, səndə yoxdur kimi söz-söhbətə də son qoyuldu.

Nəticə etibarilə həqiqətən də vahid geyim forması şagirdlərin dərs prosesində fikirlərinin dağılmasına, yersiz söhbətlərə, hətta bir-biriləri arasında mübahisələrdən doğan dava-dalaşa, paxıllıq, kiminsə kimə yuxarıdan aşağı baxmaq hissinə son qoydu. Çünki hər kəs məktəbə eyni paltarda, eyni görünüşdə gəldi. Üstəlik valideynin də, müəllimin də, şagirdin də işi asanlaşmış oldu. Valideyn çoxsaylı paltar almaq problemindən, müəllim uşaqlar arasındakı fikir ayrılığından xilas oldu, şagird isə vaxtını geyim müzakirələrindən azad etməklə daha çox dərs prosesinə ayırdı.

Belə isə müəllimlərin vahid forma geyimi də əlverişli ola bilər

Bu gün müzakirəsi aparılan, lakin çoxsaylı fikir ayrılıqları ilə müşahidə olunan müəllimlərin ümumi geyim məsələsi ilə dünəndən bu günə xeyli xatırlamalar etdik. Nəticə etibarilə çoxları razılaşar ki, müəllimlərin də vahid forma geyinməsi təhsilin inkişafına, təlim-tərbiyəyə fayda verər, nəinki ziyan.

Yuxarıda da qeyd etdiyim kimi, qadın müəllimlərin geyimi hər zaman məktəbli qızların diqqətini cəlb edir, onların müzakirəsinə, özlərini onlara bənzətmək hissinə səbəb olur. Müasir dövrdə hər bir müəllimin də məktəbə uyğun geyinmədiyini nəzərə alsaq, vahid müəllim formasının nəyi pis ola bilər ki?..

Həm də müəllimlər bir sıra problemdən azad ola bilərlər. Müəllim var ki, məktəbə geyinmək üçün xüsusi geyim seçir. Dəfələrlə şahidi olmuşuq ki, müəllim dərziyə gəlir, özünə bir neçə ətək, jilet tikdirir ki, bunu məktəbə-işə geyinə. Və yaxud da geyiminin necə olduğunu nəzərə almayan müəllimlər də var. Belə müəllimlər isə nə istəyirsə, onu da geyinir və məktəbə yollanır.

Şagirdlər isə dediyim kimi, dərsdən çox onların paltarlarının müzakirəsinə vaxt ayırır. Müqayisələr, qiymətvermələr, yaraşdı-yaraşmadı kimi söz-söhbət və sair qız məktəblilərin gündəlik müzakirə mövzusu olur.

Eləcə də müəllimlərin özü də qadın müəllimlərlə öz geyimini müzakirə edir. Və ya qadın müəllimlər birlikdə başqa bir müəllimin geyimi haqqında söhbət edirlər. Kimin yaxşı, kimin pis geyindiyi, kimin zövqlü, kimin zövqsüz, kimin paltarının keyfiyyətli-keyfiyyətsiz olduğu bu müzakirələrin əsas obyekti olur.

Təbii ki, məktəblilər də bu söhbətlərə qarşı qulaqlarına pambıq tıxmır. Həm özlərinin müzakirəsi, həm müəllimlərdən qulaqlarının çaldığı fikirlər t6əbii ki, məktəbə, təlim-tərbiyə ocağına dəxli olmayan söhbətlərdir. Lakin şagirdlər kimi, müəllimlərin də vahid forma geyinməsi həm onları xeyli maliyyə problemindən, həm hər gün “nə geyinim” kimi vaxt aparan məsələdən və ən əsası bir-birinin paltarını müzakirə etməkdən azad edər.

Ümumi nəticə isə belə ola bilər ki, müəllimlər üçün vahid formaya keçid məktəblərdə ciddiyyəti daha da artırar, müəllim-şagird münasibətlərinə daha da rəsmilik gətirər, təlim-tərbiyyədə yüksək uğur əldə olunar.

Belə isə bu qərarı tətbiq edən məktəbləri təqdir edərək, digər məktəblərdə də müəllimlərin vahid formaya keçəsini görmək arzusunda olan yüzlərlə insanın olduğunu inamla söyləmək olar. Düşünürəm ki, mənim kimi çoxsaylı ziyalı da bu fikirdədir ki, vahid geyim formasının məktəblərimiz, uşaqlarımız, onların təhsili təlim-tərbiyəsi üçün xeyri olar, zərəri yox.

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see166

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see137

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see133

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see121

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see116

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see116

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see115

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see114

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114

Lissabondan Vladivostoka velosiped sürərkən Rusiyada həbs edilib

08 Sentyabr 2025 00:45see113

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri