Icma.az
close
up
RU
Dövlət Bağçalı TDT Ağsaqqallar Şurasının başına gətirilir?..

Dövlət Bağçalı TDT Ağsaqqallar Şurasının başına gətirilir?..

Icma.az bildirir, Modern.az portalına istinadən.

Vahid məktəbli fomrası ilə bağlı Nazirlər Kabinetinin qərarından sonra, Türkiyədə  bəzi dairələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyası başladıldı. Hətta bu qruplar xeyli irəli gedərək Azərbaycan rəhbərliyi barədə hədyanlar yaydılar. Bütün bunlara Türkiyədə ilk və təsirli reaksiyanı Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı verdi. O, Azərbaycan Prezidentinə qarşı səsləndirilən təhqirlərə və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə sərt münasibət bildirərək ölkəmizi müdafiə etdi. Dövlət Bağçalının atdığı son addımları və çıxışları onun Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasına sədrliyi məsələsini də gündəmə gətirib. Bəziləri bu vəzifəni ən yaxşı onun yerinə yetirəcəyinə inanır. 

MHP daxilində də Dövlət Bağçalının Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasına sədrliyi ideyasına münasibət bildirilib. Modern.az-a danışan partiyanın Mərkəzi İdarə Heyətinin (MİH) üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı Abdurrahman Başkan bu təyinatın təşkilata yeni dəyər qazandıra biləcəyini deyib: “Dövlət bəy TDT-yə dəyər qatar, amma bu prosesin mexanizmini bilmirəm”.

MHP-dən olan digər deputatı Kamil Aydın isə bu ideyanın artıq ictimai rəydə də dəstək qazandığını ifadə edib: “Təbii ki, insanların ürəyində belədir”.

Məsələyə Azərbaycan Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı da münasibət bildirib. O, Modern.az-a deyib ki, Azərbaycan - Türkiyə münasibətlərində yaranan gərginliyin aradan qaldırılmasında hər iki ölkənin nüfuzlu şəxslərinin mövqeyi mühüm rol oynayıb:

"Həm Türkiyədə, həm də Azərbaycanda gərginliyin aradan qaldırılması, qardaşlığın əbədi davam etməsi üçün çalışan çoxsaylı tanınmış ziyalılar və ictimai xadimlər var idi. Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Türkiyədə bu gərginliyi yaradanlara qarşı açıq mövqe nümayiş etdirməsi, Türkiyədə Azərbaycana qarşı qətiyyən heç bir addım atıla bilməyəcəyini bəyan etməsi bir çoxlarının ağlını başına gətirdi. Dövlət Bağçalının Azərbaycana, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərə müraciəti, Türkiyə-Azərbaycan qardaşlığını heç kimin poza bilməyəcəyi ilə bağlı mövqeyi 2009-cu ildə ortaya qoyduğu mövqe ilə eynidir. O, həmişə türk birliyinə, türk millətinin gələcəyinə inanan ciddi məfkurənin daşıyıcısı olub. MHP sədri kimi siyasi, eyni zamanda, mütəfəkkir və mübariz insan olduğunu bir daha göstərdi. Dövlət Bağçalı hansısa vəzifədə gözü olan adam deyil. Onun üçün ən böyük məqam uğrunda mübarizə apardığı türk birliyidir. Türk birliyi davam etdikcə onun arzuları həyata keçir".

Deputat Dövlət Bağçalının Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasına sədr olması ehtimalına da münasibət bildirib. O, bu təşəbbüsü dəstəklədiyini vurğulayıb:

"Dövlət Bağçalı Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri olmasını çox istərdim. Əslində, ağsaqqallıq missiyasını Dövlət Baxçalı öz üzərinə götürdü və yerinə yetirdi. Azərbaycanda da vaz keçmədiyimiz Türkiyə - Azərbaycan qardaşlığının və bu birliyin daim mövcud olması üçün əlimizdən gələni etmişik və etməliyik. Türkiyədəki aydınlarımız, başda Kürşad Zorlu olmaqla, bu birliyin qorunması və gərginliyin aradan qaldırılması üçün çox böyük əmək sərf etdilər. Həm Türkiyəni, həm də Azərbaycanı öz dövləti bilən və bu məsələdə açıq mövqe ortaya qoyan hər kəsə təşəkkür edirəm. Mən həmişə dövlət ağlına inanmışam. Ölkələrimizin arasını vurmaq mümkün deyil. Atalarımızın belə bir misalı var: ətlə dırnaq arasına girən ilənib çıxar. İnşallah, belə cəhdlərin çoxunu görmüşük. Həmişə cənab Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın dövlət ağlını bir araya gətirəcək gücünə inanmışıq. Əminəm ki, sağlam təməl üzərində qardaşlığımız davam edəcək".

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Dövlət Bağçalının təkcə Türkiyədə deyil, bütövlükdə Türk dünyasında böyük nüfuzu var:

"Dövlət Bağçalının türk dövlətçiliyi, Türkiyə ilə digər dövlətlər arasında münasibətlərin qurulması, türk cəmiyyətində milli birliyin yaranması istiqamətində fəaliyyəti həmişə müsbət nəticələrini verib. Onun sözü, rəhbərlik etdiyi siyasi təşkilatın mövqeyi Türkiyədə bir sıra vacib dönəmlərdə həlledici rol oynayıb. Sonrakı proseslər də onların mövqeyinin düzgün olduğunu göstərib. Onun Azərbaycanla dostluğu, ölkəmizin ərazi bütövlüyü ilə bağlı verdiyi açıqlamalar Azərbaycan xalqı tərəfindən həmişə böyük hörmətlə qarşılanıb. Son günlər Türkiyə cəmiyyətində bəzi şəxslərin Azərbaycanla münasibətlərə xələl gətirə biləcək bəyanatlar verməsi, Azərbaycanın daxili işlərinə qarışmaq məzmunu daşıyan fikirlər səsləndirməsi ölkəmizdə ciddi narazılıqla qarşılanıb. Çünki Azərbaycan öz daxili məsələlərini özü həll etmək gücündədir və bu məsələdə kimlərinsə kənardan ona göstəriş verməsini heç zaman qəbul edə bilməz. Eyni zamanda, verilən göstərişlər dost məsləhətindən daha çox, Azərbaycanın daxili məsələlərini onun əvəzinə həll etmək cəhdi kimi görünürdü".

Deputat qeyd edib ki, Türkiyənin nüfuzlu siyasətçilərinin, ilk növbədə MHP sədrinin Azərbaycanla bağlı açıqlamaları Türkiyə cəmiyyətinə ciddi mesajlar verib:

"Türkiyə siyasətinin ağırçəkili, nüfuzlu siyasətçilərinin, ilk növbədə MHP sədrinin Azərbaycanla bağlı məsələlərə verdiyi açıqlamalar Türkiyə cəmiyyəti tərəfindən çox ciddi mesajlar kimi qəbul edildi. Onun bundan əvvəl də Azərbaycanla dostluq və qardaşlıq barədə daim fikirləri olub. Hazırda TDT Ağsaqqallar Şurasına Binali Yıldırım rəhbərlik edir. O da ilk gündən Azərbaycanın mövqeyini müdafiə etdi. Vəzifəsini yüksək səviyyədə həyata keçirir. Bununla belə, Dövlət Bağçalının Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri olması da, əlbəttə ki, çox önəmli hadisə olardı".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Noyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri