Icma.az
close
up
RU
Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu

Icma.az bildirir, Apa.az portalına istinadən.

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı sayəsində SİMA yeni nəsil rəqəmsal imzanın İnternet Vergi İdarəsinə inteqrasiyası uğurla davam etdirilir.

“APA-Economics” xəbər verir ki, artıq sahibkarlar və hüquqi şəxslər üçün vahid vergi bəyannamələrinin göndərilməsi xidmətinə “SİMA İmza” ilə əlçatanlıq təmin olunub. Bununla da sahibkarların və təşkilatların dövlət büdcəsinə ödəməli olduqları bütün vergi öhdəliklərini vahid formada təqdim etməsi üçün nəzərdə tutulmuş rəsmi sənədin “SİMA İmza” ilə göndərilməsi mümkün olub. Qeyd edək ki, bu bəyannamə vasitəsilə vergi ödəyicisi öz fəaliyyətindən əldə etdiyi gəlir və xərclər barədə məlumat verir və həmin məlumat əsasında ödəniləcək vergilər hesablanır.

Bu imkandan faydalanmaq üçün new.e-taxes.gov.az veb-saytında giriş üsulu kimi “SİMA İmza”nı seçmək və mobil tətbiq vasitəsilə təqdim edilən QR kodu “SİMA İmza” tətbiqində skan etmək kifayətdir.

Qeyd edək ki, hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı ödənişsiz əldə etmək imkanına sahibdir. Bunun üçün “SİMA İmza” mobil tətbiqində qeydiyyatdan keçdikdən sonra fərdi sahibkar (hüquqi şəxs) imzasını əldə edərkən 6AYPULSUZ promokodunu daxil etmək kifayətdir. Qeydiyyatdan sonrakı 6 ay müddətində elektron imza üçün heç bir abunə haqqı tələb olunmayacaq.

“SİMA İmza”nın İnternet Vergi İdarəsinə inteqrasiyasına 2023-cü ildə başlanılıb və bu günədək 80-dən çox vergi xidmətinə əlçatanlıq təmin edilib.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 5 milyona yaxındır. Rəqəmsal imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib qeydiyyatdan keçə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Oktyabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri