Icma.az
close
up
RU
Vahiməli geyimlər, qorxu saçan SS formaları və dünya brendi “Hugo Boss”un faşistlərlə əməkdaşlığı O özü də nasist idi Araşdırma KONKRET

Vahiməli geyimlər, qorxu saçan SS formaları və dünya brendi “Hugo Boss”un faşistlərlə əməkdaşlığı O özü də nasist idi Araşdırma KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bir neçə il əvvəl  məşhur “Hugo Boss” brendinin Vermaxt əsgər və zabitləri üçün hərbi geyimlərin yaradılmasında iştirakı ilə bağlı dərc edilmiş faktlar ətrafında qalmaqal yaranmışdı. Məşhur dizayner Huqo Boss nasistlərlə əməkdaşlıqda və Hitlerlə şəxsi əlaqələrdə ittiham olunurdu. Şirkət hətta bu məsələni anlamaq üçün tarixçilərə müraciət də edib. Elmi tədqiqatların nəticələri dizayner haqqında  miflərin çoxunu təkzib etsə də, şirkət faşist geyimlərinin yaradılması faktını etiraf etməklə yanaşı,  əsirlərin  fabriklərdə istismarına görə üzr də istəyib.

O zaman “Hugo Boss” hələ tanınmış brend deyildi. Peşəkar fəaliyyətinə 1902-ci ildə tikiş fabrikində fəhlə kimi başlayan Hugo Bossa  6 il sonra  valideynlərindən toxuculuq dükanı miras qalmışdı.  1923-cü ildə isə o, öz tikiş şirkətini yaradıb.  1930-cu ildə şirkəti müflis olanda aldığı yeni təkliflər Huqo Bossu xilas etdi.  Bu dəfə onun müştəriləri  daha ciddi adamlar idi. Ona Vermaxt  formalarını tikmək təklif olunmuşdu.

Dünya brendi “Hugo Boss” şirkətinin nasistlərlə əməkdaşlıqdan qazanc əldə etməsi ilə bağlı söhbətlər 1990-cı illərin sonlarında ortaya çıxıb.  Yalnız 1997-ci ildə şirkət nasistlərlə əməkdaşlıq etdiyini etiraf edib. Bu, brendin imicinə mənfi təsir göstərdiyi üçün şirkət  tarixçi Roman Kesterin faktlara söykənən araşdırmalarına  sponsorluq etdi. Kestnerin  2012-ci ildə çap olunan “Hugo Boss Veymar Respublikası ilə Üçüncü Reyx arasında  tikiş fabriki” kitabında maraqlı faktlar qeyd edilmişdi.  Məlum oldu ki, “Hugo Boss” əslində Vermaxt üçün hərbi forma tikməklə məşğul olub və bu sifarişlərdən böyük gəlir əldə edib. Zavod Polşadan olan 140 mühacirin və 40 fransız məhbusun məcburi əməyindən istifadə edib.

Bununla belə, “Hugo Boss” Adolf Hitlerin şəxsi paltarlarını da hazırlayıb.  Bundan əlavə, dizayner eskizlərin işlənib hazırlanması və naxışların yaradılmasında iştirak edib. Eyni zamanda bu fabrik forma tikişi ilə məşğul olan ən böyük şirkət idi.  Əslində qara SS formasının dizayneri Hugo Boss deyil, alman rəssamı, dizayneri və SS zabiti Karl Diebitç  idi. İki Sieg runes şəklində olan SS embleminin dizaynını qrafika rəssamı Valter Hek hazırlamışdı. SS zabitlərinin formasının qara rəngi hörmət və qorxu oyatmaq üçün nəzərdə tutulmuşdu.  Lakin tezliklə məlum oldu ki, bu rəngin əhəmiyyətli çatışmazlığı var. Yayda o, günəş radiasiyasını udur və tərləməyə səbəb olurdu. Buna görə də, qara rəng tezliklə boz rənglə əvəz olundu. Buna  baxmayaraq  qara rəng   SS zabitlərinin təntənəli geyimində istifadə olunmağa davam etdi. “Hugo Boss” fabriki yalnız Karl Diebitç tərəfindən hazırlanmış formalar istehsal edirdi.

Amma Hüqo Bossun nasistlərlə məcburiyyətdən deyil, şəxsi inamından dolayı əməkdaşlığını  oğlu da  təsdiqləyib.  2007-ci ildə Siegfried Boss atasının Nasist Partiyasının üzvü olduğunu açıq şəkildə etiraf etdi: “ O zaman kim üzv deyildi? Bütün sənaye nasistlər üçün çalışırdı “. Hələ 1931-ci ildə dizayner könüllü olaraq NSDAP-ın Milli Sosialist İşçi Partiyasına qoşulmuşdu və özü də qatı nasist idi. Bu, onun fabrikinin mühüm hərbi müəssisə kimi qeydiyyata alınmasında və Vermaxt formalarının tikilməsi üçün böyük sifariş almasında böyük rol oynayırdı.  Alman tarixçisi Henning Kober iddia edir ki, “Hugo Boss” şirkətinin rəhbərliyinin bütün nümayəndələri nasistlər və Hitlerin tərəfdarları olublar.

Müharibə başa çatdıqdan sonra fabrik yenidən poçtalyonlar, polislər və dəmiryolçular üçün işçi geyimləri istehsal etməyə başladı. Sahibi mühakimə olunsa da, həbsdən yayındı və canını  100 min marka cərimə ödəməklə qurtardı.  Düzdür, “Hugo Boss” sonradan qismən öz statusunu dəyişdi.  Dizayner 1948-ci ildə  63 yaşında vəfat etdi. Onun şirkəti ölümündən sonra dünyada  məşhur brendə çevrildi.

Roman Kesterin kitabı işıq üzü görəndən sonra “Hugo Boss” şirkəti öz internet səhifəsində “ Hugo Boss fabrikində nasistlərin zülmü  altında işləmək məcburiyyətində qalanların çəkdiyi əzablara görə dərin təəssüf hissini ” ifadə edən etiraf yer alıb.

 Tamaşaçılar “Baharın on yeddi anı” filmindən qara SS formasını yəqin ki, xatırlayırlar.

Moda dünyasında isə Hugo Bossun yaratdığı Üçüncü Reyxin formaları ən gözəl və dəbli hərbi formalar hesab olunur.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Dekabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri