Valdas Dambrauskas: “Futbolun gücü dağların zirvəsində belə hiss olunur” FOTO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sabah” komandasının baş məşqçisi Valdas Dambrauskas sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, mütəxəssis Şahdağ dağlarında keçirdiyi istirahət zamanı çəkdiyi fotoları izləyiciləri ilə bölüşüb.
O, təbiətin gözəlliyini və futbolun birləşdirici gücünü vurğulayıb.
“Şahdağ dağında nə qədər gözəl bir gündür! Dağ yürüşü və möhtəşəm mənzərələr... Amma bu qədər əlçatmaz bir yerdə futbol qapılarını görəcəyimi heç gözləməzdim. Demək olar ki, 2000 metr yüksəklikdədir və bura çatmaq az qala mümkünsüzdür. Futbolun nə qədər güclü və dünyanın hər yerində insanlar üçün nə qədər vacib bir oyun olduğunu bir daha hiss etdim. Bu oyuna xidmət etdiyim üçün özümü xoşbəxt hiss edirəm”, - deyə Dambrauskas bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 12 Noyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















