Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

“Valeri Briusovun portreti” ​​​​​​​“Bir rəsmin dedikləri”

“Valeri Briusovun portreti” ​​​​​​​“Bir rəsmin dedikləri”

Icma.az bildirir, 525.az portalına istinadən.

“Bir rəsmin dedikləri” rubrikasının budəfəki qonağı Mirzə Xosrov Axundzadə adına 102 saylı tam orta məktəbin təsviri sənət müəllimi Günay Həsənovadır. Onunla tanınmış rus rəssamı Mixael Aleksandroviç Vrubelin “Valeri Briusovun portreti” əsərindən danışmışıq.

Mixael Aleksandroviç Vrubel (1856-1910) rus simvolizmi və modern üslubunun görkəmli nümayəndəsi olub. Onun yaradıcılığında fantastik və mistik mövzular, dərin psixoloji emosiya və fərdi duyum xüsusi yer tutur. Vrubel akademik realizmdən uzaqlaşaraq insanın daxili dünyasına enməyə, mənəviyyat və ideya qatını təsvir etməyə can atırdı. Onun rəsm texnikası mozaika estetikasına, dekorativ plastikalara yaxın idi; bu da onu öz dövründə digər rəssamlardan kəskin şəkildə fərqləndirirdi.

- “Valeri Briusovun portreti” rəssamın yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Bu əsər 1906-cı ildə çəkilib. Bu dövr Vrubelin yaradıcılığında gec, lakin məhsuldar bir mərhələ idi. Rəssamın psixoloji vəziyyəti artıq pisləşmişdi, lakin o hələ də portret janrında maraqlı, dərin məzmunlu əsərlər yaradırdı.

Portretin qəhrəmanı Valeri Yakovleviç Briusov (1873-1924) - rus ədəbiyyatında simvolist cərəyanın əsas nümayəndələrindən biri olub. Şair, yazıçı, tənqidçi və tərcüməçi kimi tanınan Briusov rus mədəniyyətində intellektual və estetik dəyişikliklərə səbəb olan şəxsiyyətlərdəndir. Onun poeziyasında mistika, qədim mədəniyyətə maraq, mənəvi axtarış və intellektual tənhalıq mövzuları üstünlük təşkil edirdi. Vrubel bu xüsusiyyətləri hiss etmiş və portretdə məhz bu xarakterik cizgiləri əks etdirməyə çalışmışdı.

- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Portret kompozisiya baxımından sadə, lakin dərin məna daşıyır. Briusov ön planda, frontal vəziyyətdə oturub. O, sadə, klassik tərzdə geyinib. Onun sifətinə fokuslanmış işıq, obrazı ətraf mühitdən ayıraraq düşüncəli bir auranın formalaşmasına səbəb olub.

- Bəs rəng koloriti necədir?

- Əsərdə tünd, dumanlı boz, mavi, qəhvəyi və göy rənglər üstünlük təşkil edir. Bu rənglər intellektual soyuqluq, daxili gərginlik və poetik dərinlik təsiri yaradır.

Faktura və texnikaya gəldikdə isə deyə bilərik ki, fırça vuruşları sərt və mozaikavari hiss olunur. Vrubel bu texnika ilə obrazın zahiri bənzərliyindən çox, onun emosional və mənəvi atmosferini yaratmağa çalışır.

Vrubelin bu əsəri təkcə portret deyil, psixoloji portretdir. Briusovun baxışlarında müəyyən narahatlıq, düşüncəyə qərq olmuş hal müşahidə edilir. Sanki o, portret çəkilən anda iç dünyasında hansısa fəlsəfi məsələləri düşünür, bəlkə də öz poeziyasında qaldırdığı məqamlara qapılıb.

- Tabloda simvolik yanaşma özünü necə göstərir?

- Briusov obrazı - simvolist ruhun təcəssümüdür. Onun qeyri-müəyyən fon qarşısında təqdim olunması, reallıqla əlaqəsinin qırıldığı hissini verir. Bu, şairin ideya dünyasına keçidi simvollaşdırır.

Portretdə hər bir detal - sifətin ciddi ifadəsi, qapalı dodaqlar, uzağa baxış - insanın daxilində baş verən gərginliyin, tənhalığın və intellektual yükün göstəricisidir. Vrubel burada Briusovun daxili aləmini bir güzgü kimi təqdim edir.

- Tablo hazırda harada saxlanılır?

- Bu portret hazırda Moskvadakı Dövlət Tretyakov Qalereyasında saxlanılır. Əsər orada Vrubelin digər portret əsərləri ilə birlikdə nümayiş olunur və rus portret sənətinin mühüm nümunələrindən biri hesab edilir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Vrubel bu portret vasitəsilə bizə bir fikri çatdırmaq istəyir: insanın mənəvi aləmi, onun içindəki ziddiyyətlər, narahatlıqlar və intellektual dərinlik onun görünüşündən daha vacib və daha dəyərli ola bilər. Bu baxımdan portret, öz dövrünü və dövrünün insanlarını daha yaxşı anlamağa çalışan sənətkarın səmimi bir təşəbbüsüdür.

O, Briusovu yalnız simvolist ədəbiyyatın nümayəndəsi kimi deyil, insan düşüncəsinin təcəssümü kimi təqdim edir. Vrubel demək istəyir ki, həqiqi sənət yalnız zahiri gözəlliklə deyil, daxili dolğunluqla ölçülür.

Aytac SAHƏD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri