Valideyn diqqət etməlidir ki, övladı fast food lardan uzaq olsun Pediatrdan XƏBƏRDARLIQ
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Hava dəyişkənliyi uşaqlarda qrip, soyuqdəymə və sair xəstəliklərlə müşahidə olunur.
Uşaqları xəstəliklərdən qorumaq üçün immunitetlətini necə gücləndirməliyik?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Pediatriya Cəmiyyətinin həqiqi üzvü, 5 saylı uşaq poliklinikasının Pediatriya şöbəsinin müdiri Mahirə Tahir qızı Eyniyeva bildirdi ki, uşaqlara sağlam vərdişlərin öyrədilməsi vacibdir.
"Yuxu rejiminə, gigiyena qaydalarına nəzarət etmək vacibdir. Uşaqların immun sistemini gücləndirmək üçün qidalanmaya diqqət önəmlidir. Gündəlik qida rasionunda təzə meyvə və tərəvəzlərə yer vermək lazımdır. Meyvə və tərəvəzlərin qəbulu uşaqlarda immun sistemini gücləndirir. Valideyn diqqət etməlidir ki, övladı "fast food"lardan uzaq olsun. Yuxu rejimi isə o səbəbdən önəmlidir ki, yuxu zamanı immunitet hüceyrələri aktivləşir. Daimi idman etmək və açıq havada gəzmək də məsləhətlidir. Hərəkət etmək bədənin qan dövranını gücləndirir. Gigiyena vərdişlərinə əməl etmək, infeksiya keçməməsi üçün vacib sayılır. Uşaqlara əl yuma vərdişi də düzgün formada öyrədilməlidir", - deyə həkim qeyd etdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 22 Sentyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















