Icma.az
close
up
RU
Valideyni həbsdə olan uşaqlara dövlət dəstəyi varmı? RƏYLƏR

Valideyni həbsdə olan uşaqlara dövlət dəstəyi varmı? RƏYLƏR

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Valideyni həbsdə olan uşaqlar xüsusi diqqət və dəstəyə ehtiyac duyurlar. Bu uşaqlar həm sosial, həm psixoloji, həm də maddi çətinliklərlə üzləşə bilirlər.

Uşaqların vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif dövlət təşəbbüsləri mövcuddur.

Bəs valideyni həbsdə olan uşaqlar üçün hər hansı dövlət dəstək proqramı və ya layihə mövcuddurmu?

Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Gununsesi.info-ya açıqlamasında bildirib ki, hazırda belə bir proqram mövcud deyil:

“Bəlkə də var, ancaq olmalıdır. Çünki ailə başçısı olmadığı halda bütün məsuliyyət ananın üzərinə düşür və uşaqlara baxmaq çox çətin olur. Əgər uşaqlar 16 yaşına qədərdirsə, onlara atalarını itirmiş uşaqlar kimi pensiya təyin olunmalıdır. Həmçinin, həbsdə olan valideyn üçün iş yerləri açılmalıdır.

Mən həmişə deyirəm ki, dövlət proqramları çərçivəsində həbsxanalarda iş yerləri yaradılmalıdır — məsələn, mebel düzəltmək, xalça toxumaq, məktəb paltarları tikmək və s. Bu işlər həm qadınlar, həm də kişilər üçün nəzərdə tutula bilər. Beləliklə, onların qazandıqları gəlir həm ailəyə, həm də həbsdə olduqları dövrdə onlara dəstək üçün istifadə edilə bilər.

Uşağın günahı yoxdur ki, valideyni hanısa pis yola düşüb. Onun gələcəyinin düzgün formalaşması, əxlaqlı və vətəndaş kimi böyüməsi üçün ailəyə dəstək göstərilməlidir”.

Gununsesi.info-ya danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mövzunu belə şərh edib:

“Uşaqların sosial vəziyyəti onların valideynlərinin vəziyyətindən asılıdır. Əgər uşağın valideynlərindən biri həbsdədirsə, uşaq mütləq qəyyumlardan birinə verilə bilər — ya digər qohumlarının qəyyumluluğuna, ya da dövlət tərəfindən təyin edilmiş qəyyuma. Qəyyumlara isə dövlət tərəfindən müvafiq müavinətlər verilir ki, uşağa baxa bilsinlər.

Əgər uşağın hər iki valideyni varsa və onlardan biri həbsdə, digəri isə azadlıqda olarsa, uşağın sosial vəziyyəti ilə bağlı İcra Hakimiyyətinə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək mümkündür. Bu müraciət vasitəsilə ailənin mövcud sosial vəziyyəti nəzərə alınır və uşağın yararlana biləcəyi sosial dəstək layihələrindən istifadə imkanı təmin olunur.

Əgər uşağın qəyyumu varsa, İcra Hakimiyyətində Uşaq Hüquqlarının Müdafiəsi üzrə xüsusi komissiyaya müraciət edilərək qəyyumluluq rəsmi qaydada müəyyən edilir və müvafiq müavinət uşağa yönləndirilir ki, qəeyyum onun qayğısına qalmaq imkanına malik olsun. Əsas məqsəd uşağın rifahının təmin edilməsidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Avqust 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri