Icma.az
close
up
RU
Valideynlər övladlarına görə məsuliyyətə cəlb oluna bilər?

Valideynlər övladlarına görə məsuliyyətə cəlb oluna bilər?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda yerləşən apteklərdən birində insident baş verib.

Hadisə aptekin müşahidə kameraları tərəfindən qeydə alınıb. Aptek sahibinin sözlərinə görə, bir qrup qaraçı aptekdə oğurluq etməyə cəhd göstərib.

Onların işçiyə məxsus çantadan 500 manat pul və mobil telefonun oğurlandığı iddia olunur.Məsələ artıq dilənçilik yox, Cinayət Məcəlləsinin oğurluq maddəsi çərçivəsində qiymətləndirilir. 

Xüsusilə hadisədə azyaşlıların iştirak etməsi cəmiyyətdə narahatlıq doğurur. Belə ki, əksər hallarda yaşı 18-dən aşağı olan şəxslər barəsində cəza tədbirləri tətbiq edilmir. Bəs azyaşlılar tərəfindən törədilən oğurluqlara hüquqi qiymət necə verilir? Belə hallarda məsuliyyət azyaşlının özünə, yoxsa valideynlərinə düşür?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən hüquqşünas Elşad İsayev bildirib ki, məlum hadisəyə hüquqi qiymət verərkən incə məqamlara diqqət etmək vacibdir:

"Burada, qeyd etdiyiniz məsələ ilə bağlı bir incə məqam var. Əvvəla, bu əmələ hüquqi qiymət verərkən onun oğurluq olub-olmadığını müəyyən etmək lazımdır. İlk baxışdan görünən odur ki, bu oğurluq deyil. Bu hal oğurluqdan daha çox soyğunçuluq əlamətləri daşıyır. Hesab edirəm ki, bu əməl soyğunçuluq kimi qiymətləndirilməlidir. Çünki burada özgənin əmlakı gizli deyil, açıq şəkildə talan edilir".

Hüquqşünas qeyd edib ki, oğurluğu, quldurluğu və soyğunçuluğu bir-birindən incə məqamlar ayırır:

"Bu cinayətlərin hər birində özgənin əmlakının talanmasından söhbət gedir. Oğurluq özgənin əmlakının gizli şəkildə talanmasıdır. Soyğunçuluq açıq talama halını əhatə edir. 

Quldurluq isə talama ilə yanaşı, silah və ya silah qismində istifadə olunan əşyaların tətbiqi ilə müşayiət olunur. Düşünürəm ki, sözügedən əməl soyğunçuluq kimi qiymətləndirilməlidir".

Elşad İsayev əlavə edib ki, soyğunçuluq cinayəti üzrə məsuliyyətin yaranması üçün 18 yaşın tamam olması mütləq şərt deyil:

"Soyğunçuluq üçün 18 yaşın tamam olması mütləq deyil. Bu cinayətlərdə 14 və ya 16 yaşından da cinayət məsuliyyəti yarana bilər. Çünki ağır cinayət hesab olunur. Ona görə də yaş kateqoriyasına uyğun olaraq müvafiq hüquqi məsuliyyət müəyyən edilir.

Yəni bu cinayətdə 18 yaşın tamam olması şərt deyil. 14 və ya 16 yaşdan da müvafiq olaraq cinayət məsuliyyəti yarana bilər. Əgər belə olacaqsa, onda valideynlər cəlb olunmur.

Soyğunçuluq cinayətini törədən şəxslər arasında 14 yaşdan aşağı uşaqlar varsa, artıq orada tərbiyə müəssisələrinə yerləşdirilmə məsələsi ola bilər. Belə uşaqlar qapalı və ya açıq tipli xüsusi tərbiyə müəssisələrinə yerləşdirilə bilər. Valideynlər isə dəymiş maddi ziyanın ödənilməsi məsələsi ilə bağlı hüquqi məsuliyyət daşıya bilərlər”.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Yanvar 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri