Icma.az
close
up
RU
Valideynlər və abituriyentlər niyə ali təhsilə köklənir? RƏY

Valideynlər və abituriyentlər niyə ali təhsilə köklənir? RƏY

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ali təhsil müəssisələrinə ixtisas seçimi artıq başa çatıb. Bununla belə, qəbul balı ali məktəblərdə mövcud ixtisaslara uyğun gəlməyən bir sıra abituriyentlər seçim mərhələsində iştirak edə bilməyib. Halbuki belə abituriyentlər üçün orta ixtisas və peşə təhsili müəssisələri alternativ imkanlar yaradır.

Təəssüf ki, Azərbaycanda bir çox hallarda həm abituriyentlər, həm də valideynlər əsas seçim kimi ali təhsilə üstünlük verirlər. Halbuki orta ixtisas və peşə təhsili də gənclərə konkret ixtisas əldə etmək və sonradan həmin sahə üzrə əmək fəaliyyətinə başlamaq imkanı verir.

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Afət Həsənova Redaktor.az-a bildirib ki, cəmiyyətdə peşə təhsilinə münasibətin dəyişdirilməsi və bu istiqamətə diqqətin artırılması vacibdir.

Deputatın sözlərinə görə, Azərbaycanda valideynlərin əksəriyyəti övladlarını ilk növbədə ali təhsil almağa yönəldir: “Bəzi hallarda isə gəncin bilik səviyyəsi, potensialı və fərdi imkanlarından çox, diplom sahibi olması əsas meyar kimi qəbul edilir”.

A.Həsənova hesab edir ki, valideynlər övladlarının gələcəkdə hansı sahədə uğur qazana biləcəyini daha düzgün qiymətləndirməlidirlər. Onun fikrincə, əsas məqsəd yalnız ali təhsil diplomu əldə etmək deyil, həm də gəncin əmək bazarında özünə uyğun yer tapa bilməsidir:

“Bu gün Azərbaycanda peşə təhsilinin inkişafı olduqca vacibdir. Peşə təhsili müasir dövrün çağırışlarından biridir. Çünki ölkədə bir sıra yeni ixtisaslara böyük ehtiyac yaranıb. İqtisadiyyatın müxtəlif istiqamətlərində, xüsusilə xidmət və ictimai iaşə sahələrində peşə təhsilli mütəxəssislərə tələbat yüksəkdir”.

A.Həsənova qeyd edib ki, son illərdə ölkənin iqtisadi inkişafı müxtəlif sahələrdə ixtisaslı kadrlara olan ehtiyacı daha da artırıb: “Lakin əmək bazarında vakansiyaların mövcudluğuna baxmayaraq, bəzi insanlar müvafiq peşə və bacarıqlara malik olmadıqları üçün həmin işlərdə çalışa bilmirlər”.

Deputatın sözlərinə görə, bu vəziyyət həm müəssisələrin ehtiyac duyduğu kadrları tapa bilməməsinə, həm də insanların işsiz qalmasına səbəb olur.

A.Həsənova peşə təhsilinə marağın artırılması üçün cəmiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Avqust 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri