Icma.az
close
up
RU
Valideynlərə ÇAĞIRIŞ Bunu məhdudlaşdırmaq əvəzinə...

Valideynlərə ÇAĞIRIŞ Bunu məhdudlaşdırmaq əvəzinə...

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Rəqəmsal zorakılıq çağımızın mühüm probleminə çevrilir. Bu gün bir çox ailələr uşaqlarını sosial medianın mənfi təsirlərindən qorumaq üçün onlara istifadə məhdudiyyətləri qoyur. Lakin bugünkü şəraitdə sosial medianın məhdudlaşdırılması və ya qadağan edilməsi konstruktiv və faydalı həll yolu deyil".

Bunu Milli.Az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.

Onun sözlərinə görə, uşaq və gənclərin sosial mediadan istifadə etməsi haqqında maarifləndirmə aparmaq lazımdır:

"Xüsusilə 2020-ci ildə həyatımıza daxil olan pandemiya şərtləri ilə bütün dünyada sosial mediadan istifadə tezliyi artdı. Sosial mediadan ünsiyyət qurmaqla yanaşı, özünü ifadə etmək, reklam etmək, inandırmaq və təsir etmək vasitəsi kimi də istifadə olunur. Mütləqdir ki, uşaq və gənclərin sosial mediadan istifadəsinə nəzarət etmək və faydalı istifadə haqqında məlumatlar vermək lazımdır. Günümüzdə gənclərin zamanının əhəmiyyətli bir hissəsi sosial şəbəkələrdə və internetdə keçir. Buna görə də, xüsusilə emosional ehtiyaclar baxımından, gənclər burada incidilməyə və ya incinməyə həssasdırlar. Rəqəmsal zorakılıq çağımızın mühüm probleminə çevrilir. Bu gün bir çox ailələr uşaqlarını sosial medianın mənfi təsirlərindən qorumaq üçün onlara istifadə məhdudiyyətləri qoyur. Lakin bugünkü şəraitdə sosial medianın məhdudlaşdırılması və ya qadağan edilməsi konstruktiv və faydalı həll yolu deyil. Bunu məhdudlaşdırmaq əvəzinə onlara  ondan daha sağlam, səmərəli və şüurlu şəkildə istifadə etməyin yolları öyrədilməlidir. Sosial mediadan istifadənin zərərlərindən danışmazdan əvvəl onun səmərəli şəkildə istifadə edildiyi təqdirdə gənclərə verdiyi faydalardan danışsaq görərik ki, tələbələr görüntülü platformalarda dərslərini öyrənə və öz bilik və ideyalarını paylaşa bilər,müəllimləri tərəfindən sosial mediada paylaşılan canlı yayımlara daxil ola bilərlər. Bu yolla gənclər təkcə öz ətraflarından olan insanlarla deyil, həm də dünyanın müxtəlif yerlərindəki insanlarla ünsiyyət yaradırlar. Bu da onlara həm xarici dil öyrənmə baxımından həm də müxtəlif mədəniyyətlərlə tanış olma istiqamətində mühüm imkanlar yaradır. Sosial olmayan və bu səbəbdən ünsiyyət qurmaqda çətinlik çəkən insanlar da bu vasitə ilə sosial və ünsiyyətcil ola bilirlər. Onlar həmçinin öz maraq və ehtiyaclarına uyğun olaraq peşəkarların faydalı videolarını və məzmununu izləyərək faydalı məlumatlar əldə edə bilirlər".

Ekspert sosial medianın həm də bir çox gənc üçün dünya haqqında məlumat mənbəyi olduğunu deyir.

"Başqa sözlə, rəqəmsal mühitdə gənclər dünya ilə eyni vaxtda cari hadisələri, iqtisadiyyatı, siyasəti, elm və texnologiyanı izləyə bilirlər.Bir sözlə sosial media səmərəli istifadə edildiyi müddətdə gənclərimiz üçün daha faydalı bir platforma təşkil edir.Lakin bildiyimiz kimi gənclərimizi düzgün istiqamətləndirməyəcəyimiz təqdirdə sosial medianın yetəri qədər zərərləri də mövcuddur. Sosial mediadan istifadə zamanı fiziki paylaşımların olmaması fərdlərin bir-birlərinə qarşı daha mənfi ifadə və münasibət sərgiləməsinə səbəb ola bilər. İnsanlar sosial media hesablarından güc alaraq real həyatda başqalarına deyə bilmədikləri söyüş, təhdid və ya təhqiredici şərhlər, mesajlar və s. kimi mənfiləri rahatlıqla yaza bilərlər. Bu davranışları nümayiş etdirən insanlar qarşı tərəfin imicinə xələl yetirməklə yanaşı, həm də öz gələcəkləri üçün pis reputasiya yaradırlar. Hətta son zamanlar "TikTok" platformasında bir sıra gənclərin diqqət mərkəzində qalmaq üçün məhrəmiyyətləri ilə bağlı da paylaşımlarının şahidi oluruq. Daha sonra onun şəkil və videoları başqaları tərəfindən oğurlana və saxta hesablar açılaraq gələcəkdə əleyhlərinə də istifadə oluna bilər. Eyni zamanda sosial mediadan istifadə gündəlik həyatda sosial bacarıqların olmamasına səbəb olaraq, onlarda asosiallıq da yaradır", deyə o bildirib. 

Mütəxəssis əlavə edib ki, gənclərin normal ünsiyyətdən qaçması sosial mediada daha çox keçirdiyi zamana görədir. 

"Gənclər normal ünsiyyət qurmaqda da müəyyən qədər çətinlik çəkirlər. Çünki daimi ekranlara məruz qalmaq diqqətin yayınmasına və fiziki yorğunluğa səbəb ola bilir. Araşdırmalar nəticəsində məlum olur ki, gənclərin gün içində ilk və son olaraq baxdıqları onların mobil telefonlarıdır. Bu, əslində çox ciddi bir problemdir. Lakin biz sosial mediadan istifadəni tamamilə qadağan və ya tam sərbəst şəkildə öz başına buraxa bilmərik. Burada ailələrə böyük məsuliyyət düşməkdədir. Ailələr övladlarının sosial mediadan istifadəsini məqsədyönlü, məhdud və nəzarətli istifadəyə diqqət etməlidirlər. Övladlarını daha faydalı istifadə istiqamətində məlumatlandırmalıdırlar. Çünki ailələri tərəfindən nəzarət olunan gənclər daha az aslılıq göstərirlər. Valideynlərin övladlarına sosial şəbəkələrdən düzgün istifadə etməyəcəkləri təqdirdə, onun gələcəyi üçün özünə, özünü inkişaf etdirməsinə və başqalarına zərər verə biləcəyini izah etmələri zəruridir", F.Əliyev öz növbəsində valideynlərə çağırış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see351

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see265

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see257

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see245

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see240

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see220

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see220

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see202

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see187

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see187

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see182

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see169

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see169

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see165

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see161

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see157

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see157

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see154

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see154

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri