Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

2027 ci ildən Bakıya köç daha da artacaq?

Valideynlərə ÇAĞIRIŞ “Bunu məhdudlaşdırmaq olmaz” KONKRET

Valideynlərə ÇAĞIRIŞ “Bunu məhdudlaşdırmaq olmaz” KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rəqəmsal zorakılıq çağımızın mühüm probleminə çevrilir. Bu gün bir çox ailələr uşaqlarını sosial medianın mənfi təsirlərindən qorumaq üçün onlara istifadə məhdudiyyətləri qoyur. Lakin bugünkü şəraitdə sosial medianın məhdudlaşdırılması və ya qadağan edilməsi konstruktiv və faydalı həll yolu deyil”.

KONKRET.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.

Onun sözlərinə görə, uşaq və gənclərin sosial mediadan istifadə etməsi haqqında maarifləndirmə aparmaq lazımdır:

“Xüsusilə 2020-ci ildə həyatımıza daxil olan pandemiya şərtləri ilə bütün dünyada sosial mediadan istifadə tezliyi artdı. Sosial mediadan ünsiyyət qurmaqla yanaşı, özünü ifadə etmək, reklam etmək, inandırmaq və təsir etmək vasitəsi kimi də istifadə olunur. Mütləqdir ki, uşaq və gənclərin sosial mediadan istifadəsinə nəzarət etmək və faydalı istifadə haqqında məlumatlar vermək lazımdır. Günümüzdə gənclərin zamanının əhəmiyyətli bir hissəsi sosial şəbəkələrdə və internetdə keçir. Buna görə də, xüsusilə emosional ehtiyaclar baxımından, gənclər burada incidilməyə və ya incinməyə həssasdırlar. Rəqəmsal zorakılıq çağımızın mühüm probleminə çevrilir. Bu gün bir çox ailələr uşaqlarını sosial medianın mənfi təsirlərindən qorumaq üçün onlara istifadə məhdudiyyətləri qoyur. Lakin bugünkü şəraitdə sosial medianın məhdudlaşdırılması və ya qadağan edilməsi konstruktiv və faydalı həll yolu deyil. Bunu məhdudlaşdırmaq əvəzinə onlara  ondan daha sağlam, səmərəli və şüurlu şəkildə istifadə etməyin yolları öyrədilməlidir. Sosial mediadan istifadənin zərərlərindən danışmazdan əvvəl onun səmərəli şəkildə istifadə edildiyi təqdirdə gənclərə verdiyi faydalardan danışsaq görərik ki, tələbələr görüntülü platformalarda dərslərini öyrənə və öz bilik və ideyalarını paylaşa bilər,müəllimləri tərəfindən sosial mediada paylaşılan canlı yayımlara daxil ola bilərlər. Bu yolla gənclər təkcə öz ətraflarından olan insanlarla deyil, həm də dünyanın müxtəlif yerlərindəki insanlarla ünsiyyət yaradırlar. Bu da onlara həm xarici dil öyrənmə baxımından həm də müxtəlif mədəniyyətlərlə tanış olma istiqamətində mühüm imkanlar yaradır. Sosial olmayan və bu səbəbdən ünsiyyət qurmaqda çətinlik çəkən insanlar da bu vasitə ilə sosial və ünsiyyətcil ola bilirlər. Onlar həmçinin öz maraq və ehtiyaclarına uyğun olaraq peşəkarların faydalı videolarını və məzmununu izləyərək faydalı məlumatlar əldə edə bilirlər”.

Ekspert sosial medianın həm də bir çox gənc üçün dünya haqqında məlumat mənbəyi olduğunu deyir.

“Başqa sözlə, rəqəmsal mühitdə gənclər dünya ilə eyni vaxtda cari hadisələri, iqtisadiyyatı, siyasəti, elm və texnologiyanı izləyə bilirlər.Bir sözlə sosial media səmərəli istifadə edildiyi müddətdə gənclərimiz üçün daha faydalı bir platforma təşkil edir.Lakin bildiyimiz kimi gənclərimizi düzgün istiqamətləndirməyəcəyimiz təqdirdə sosial medianın yetəri qədər zərərləri də mövcuddur. Sosial mediadan istifadə zamanı fiziki paylaşımların olmaması fərdlərin bir-birlərinə qarşı daha mənfi ifadə və münasibət sərgiləməsinə səbəb ola bilər. İnsanlar sosial media hesablarından güc alaraq real həyatda başqalarına deyə bilmədikləri söyüş, təhdid və ya təhqiredici şərhlər, mesajlar və s. kimi mənfiləri rahatlıqla yaza bilərlər. Bu davranışları nümayiş etdirən insanlar qarşı tərəfin imicinə xələl yetirməklə yanaşı, həm də öz gələcəkləri üçün pis reputasiya yaradırlar. Hətta son zamanlar “TikTok” platformasında bir sıra gənclərin diqqət mərkəzində qalmaq üçün məhrəmiyyətləri ilə bağlı da paylaşımlarının şahidi oluruq. Daha sonra onun şəkil və videoları başqaları tərəfindən oğurlana və saxta hesablar açılaraq gələcəkdə əleyhlərinə də istifadə oluna bilər. Eyni zamanda sosial mediadan istifadə gündəlik həyatda sosial bacarıqların olmamasına səbəb olaraq, onlarda asosiallıq da yaradır”, deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, gənclərin normal ünsiyyətdən qaçması sosial mediada daha çox keçirdiyi zamana görədir.

“Gənclər normal ünsiyyət qurmaqda da müəyyən qədər çətinlik çəkirlər. Çünki daimi ekranlara məruz qalmaq diqqətin yayınmasına və fiziki yorğunluğa səbəb ola bilir. Araşdırmalar nəticəsində məlum olur ki, gənclərin gün içində ilk və son olaraq baxdıqları onların mobil telefonlarıdır. Bu, əslində çox ciddi bir problemdir. Lakin biz sosial mediadan istifadəni tamamilə qadağan və ya tam sərbəst şəkildə öz başına buraxa bilmərik. Burada ailələrə böyük məsuliyyət düşməkdədir. Ailələr övladlarının sosial mediadan istifadəsini məqsədyönlü, məhdud və nəzarətli istifadəyə diqqət etməlidirlər. Övladlarını daha faydalı istifadə istiqamətində məlumatlandırmalıdırlar. Çünki ailələri tərəfindən nəzarət olunan gənclər daha az aslılıq göstərirlər. Valideynlərin övladlarına sosial şəbəkələrdən düzgün istifadə etməyəcəkləri təqdirdə, onun gələcəyi üçün özünə, özünü inkişaf etdirməsinə və başqalarına zərər verə biləcəyini izah etmələri zəruridir”, F.Əliyev öz növbəsində valideynlərə çağırış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see358

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see314

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see299

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see279

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see278

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see275

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see274

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see253

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see247

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see247

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see246

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see241

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see235

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see223

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see220

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see219

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see188

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri