Icma.az
close
up
RU
Valideynlərə niyə bu sənəd göndərilir? FOTO

Valideynlərə niyə bu sənəd göndərilir? FOTO

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial mediada Bakıda liseydə valideynlərə “iltizam qaydaları” göndərildiyi barədə paylaşım edilib. Bəs bu nə dərəcədə doğrudur?

Təhsil eksperti Məzahir Məmmədli Metbuat.az-a açıqlamasında bildirib ki, bu, daxili intizam qaydalarının reqlamentinə oxşayır. Hər bir ümumtəhsil məktəbinin pedaqoji şurası istənilən səviyyəli qərar verə bilər:

"Yəni “istənilən” o deməkdir ki, bu qərarlar Elm və Təhsil Nazirliyi və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olmalıdır. Məsələn, artıq iki ildir ki, şagird davranış qaydaları ilə bağlı nizamnamə tətbiq olunur. Bu, əvvəlcə pilot layihə kimi Bakı şəhərinin bir çox məktəblərində sınaqdan keçirilib, indi isə bütün respublika üzrə əhatə olunub. Belə olan halda, burada sadalanan bəndlərə ehtiyac yoxdur, çünki həmin nizamnamədə bu hallar artıq öz əksini tapıb. Yəni qayda pozuntusu edənlər “qırmızı kart”, müsbət davranış göstərənlər isə “yaşıl kart” alırlar. Bütün bunlar şagirdin şəxsi işinə əlavə olunur. Yeni qaydalara görə, bu məsələlərin tətbiqi də həmin çərçivədə tənzimlənir".

M.Məmmədli qeyd edib ki, iltizamda yazılan “məktəb rəhbərliyinin övladın barəsində verdiyi bütün qərarlara qarşı etiraz etmirəm” ifadəsi ağır səslənir:

"Çünki belə çıxır ki, məktəb hətta şagirdi məktəbdən xaric etməyə qədər addım ata bilər. Halbuki, bilirsiniz ki, 9-cu sinifə qədər təhsil icbaridir və şagirdi məhkəmə qərarı olmadan məktəbdən kənarlaşdırmaq olmaz. Bu baxımdan düşünürəm ki, tərtib olunan iltizam bəlkə də Pedaqoji Şuranın qərarına uyğunlaşdırılıb. Amma bütün hallarda bu bənd heç bir nizamnamə ilə uyğun gəlmir. Digər bəndlər isə əsaslandırıla bilər, çünki etik və davranış qaydaları ilə bağlı orada kifayət qədər faktlar sadalanıb və bu iltizamda da həmin məqamlar özünü göstərir. Sonuncu bənddəki “övladı tərəfindən məktəbin əmlakına vurulan bütün zərəri qarşılayıram” hissəsi isə normaldır, lakin “bütün qərarlara qarşı etiraz etmirəm” ifadəsi həm ağır, həm də uyğunsuz seçilib".

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Oktyabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri