Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Valideynlərin BSQ üsyanı: Nazirlik özü qoyduğu qaydaları niyə pozub?

Valideynlərin BSQ üsyanı: Nazirlik özü qoyduğu qaydaları niyə pozub?

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bəzi valideynlər dərslərin tam bitməməsi və yarımilliyin sonuna çatmaması səbəbindən orta məktəblərdə Böyük Summativ Qiymətləndirmənin (BSQ) keçirilməsindən narazıdır. Onlar təhsil prosesində qanunvericiliyin tələblərinə riayət olunmadığından şikayətlənirlər.

Bakupost.az xəbər verir ki, bununla bağlı narazılıq edən valideynlərdən biri Nərimanov rayonu 45 saylı orta məktəbin "4c" sinfində şagirdlərin hüquqlarının pozulduğu bildirib.

Onun sözlərinə görə, hələ -ci yarımillik başa çatmadan "Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" fənləri üzrə BSQ keçirilib. Halbuki, təhsil qanunvericiliyinə əsasən, summativ qiymətləndirmələr tamamlayıcı dərslərdən sonra, yarımilliyin sonuncu həftəsində keçirilməlidir:

“1-ci yarımillik hələ bitməyib. Tətil yanvarın 27-si başladığı üçün bu tarixdə bitmiş olacaq. Mən təhsil qanunlarını oxudum və dəqiqləşdirdim ki, orada BSQ tamamlayıcı dərsdən sonra və həmin yarımilliyin son həftəsində - sonuncu dərs günü olur. Amma Nərimanov rayonu 45 saylı orta məktəbin “4c” sinifində hələ keçən həftədən "Azərbaycan dili", "Riyaziyyat", "Həyat bilgisi" summativlərini yazıb bitiriblər”.

Valideyn qeyd edib ki, "Azərbaycan dili" fənnindən 14, "Riyaziyyat"dan isə16 dərs keçirilməli olduğu halda, summativ qiymətləndirmə artıq keçən həftədən aparılıb:

“Mən indi cədvələ baxıram ki, "Azərbaycan dili" fənnindən hələ 14 dərs keçməlidir, bu fənn bitməyib, amma keçən həftədən BSQ veriblər. "Riyaziyyat"dan BSQ-dən sonra hələ 16 dərs keçməlidirlər. Yəni 16 dərs keçmədən öncə müəllimin BSQ yazdırması nə dərəcədə doğrudur? Bu dərslərin keçirilmədən summativlərin yazdırılması təhsil qaydalarına nə dərəcədə uyğundur?"

Valideyn "Həyat bilgisi" fənnində də oxşar problemlər olduğunu qeyd edib:

“Bunların qanunsuzluqları bununla bitmir. "Həyat bilgisi"ndən hələ 4 dərs keçilməlidir, amma bunlar artıq həmin fənnin summativini yazıb bitiriblər. Üstəlik, "Həyat bilgisi" dərsi olmayan gün. Həftənin 1-ci günü üçün "Həyat bilgisi" dərsi yoxdur, bunlar gecə saat 11-də qəfil deyirlər ki, sabah filan fənnlərdən summativ olacaq. Mən müəllimə irad tutdum ki, ay müəllim, gecə saat 11-dir, mən hansı uşağı yuxudan oyadıb deyim ki, sabah sənin BSQ-n var, dur təkrarla? Deyir, 1 həftə öncədən bunu məlumatlandırmışdım. Mən də deyirəm, axı uşaq arxayındır ki, son dərs günü gələn həftənin 5-ci günüdür, yəni ən tezi həftənin 3-cü gününə summativ ola bilər. Bunlar hansı qanunla işləyirlər, mən başa düşə bilmirəm?!”

Məsələ ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, BSQ 1-ci və 2-ci yarımilin sonunda keçirilməlidir:

“Əslində qaydalara görə, BSQ 1-ci yarımilin və 2-ci yarımilin sonunda, sonuncu dərsdən sonra keçirilməlidir. Amma dekabrın sonunda Elm və Təhsil Nazirliyi, Məktəbəqədər Ümumi Təhsil üzrə Agentlik (MÜTDA) və ya təhsil yerli idarəetmə orqanları tərəfindən bütün məktəblərə təlimat göndəriblər ki, qiymətləndirmə yanvarın 16-dan başlayır".


Ekspertin sözlərinə görə, bu vəziyyət məktəblərin öz qərarlarının deyil, onlara verilən qanunsuz təlimatın nəticəsidir:

“Burada məsələ məktəblərdə deyil. Məktəblər tabe olduqları orqanların qanunsuz və özlərinin yazdıqları qaydaları pozan təlimat məktubuna əsasən, addım atırlar. Dediyim kimi, bütün məktəblərə yazılı təlimat gəlib ki, yanvarın 16-dan başlayaraq, qiymətləndirməni keçirdin. Məktəblərdə həmin təlimata uyğun olaraq, yanvarın 16-dan başlayaraq BSQ keçirirlər”.

Elşən Qafarov əlavə edib ki, BSQ keçirildikdən sonra kiçik summativ qiymətləndirmə (KSQ) keçirilməsi qadağandır:

"Hazırda məktəblər qiymətləri qeyd etmədən BSQ keçirirlər, lakin qiymətlər yalnız yanvarın 26-sında yazılacaq.

Son 10 gündə tədris proqramlarında KSQ var. Orada göstərilib ki, BSQ keçirildikdən sonra ksq keçirmək olmaz. İndi məktəblər qiymət yazmırlar. Qiyməti ayın 26-sı, sonuncu dərs üçün yazacaqlar.”

Ekspert bu qiymətləndirmə metodunun şagird nailiyyətlərini düzgün şəkildə əks etdirmədiyini və müəllimlərin, məktəbin nüfuzunu zədələdiyini bildirib:

“Biz illərdir təklif edirik ki, bu qiymətləndirmə metodu ləğv edilsin, əvvəlki kimi rəqəmlərlə olan qiymətləndirmə tətbiq edilsin. Ümumiyyətlə, bu qiymətləndirmə müəllimin, məktəbin nüfuzunu aşağı salan və şagird nailiyyətlərini doğru-düzgün ortaya qoymayan bir qiymətləndirmədir”.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanladığınız sorğuya cavab olaraq bildirildi ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edir: "20 yanvar tarixi Ümumxalq hüzn günü, 25-26 yanvar tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyi üçün böyük summativ qiymətləndirmənin 16 yanvar tarixindən başlanması məqsədəuyğundur".

Lalə Novruz, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Yanvar 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri