Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Babək üsyanı ​​​​​​​ Bir rəsmin dedikləri

Babək üsyanı ​​​​​​​ Bir rəsmin dedikləri

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nurlan Əbilovdur. Onunla Xalq rəssamı Səttar Bəhlulzadənin "Babək üsyanı" əsərindən danışmışıq.

Səttar Bəhlulzadə 1909-cu ildə Bakının Əmircan qəsəbəsində anadan olub. O, 1933-cü ildə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1939-1940-cı illərdə diplom işi kimi "Babək üsyanı" və "Bəzz qalasının müdafiəsi" adlı əsərləri yaradıb. Lakin bu zaman İkinci Dünya müharibəsi səbəbi ilə onun diplom müdafiəsi etməyə imkanı olmayıb. Sonradan rəssama dəfələrlə diplom müdafiəsi üçün təkliflər edilsə də, bunu rədd edib və cavabında deyib ki, "Məgər diplomsuz rəssam olmur?" Sonrakı yaradıcılıq mərhələsində Səttar Bəhlulzadə Azərbaycan təbiətini romantikcəsinə təsvir edib. Bu əsərlər sırasına "Torpağın arzusu", "Xəzər gözəli", "Qızbənövşəyə gedən yol", "Kəpəzin göz yaşları" kimi nümunələr daxildir.

- Səttar Bəhlulzadə yaradıcılığında tarixi janr. İstərdim söhbətimizə buradan başlayaq.

- Tarixin bütün dövrlərində müharibə və döyüşlər təkcə insan həyatına deyil, incəsənətin müxtəlif sahələrində də dərin iz qoyub. Antik dövrdən etibarən bu mövzu heykəllər, relyeflər, təsviri sənətdə isə mozaika və cızma texnikaları ilə əks olunub. Təsviri sənətdə döyüş səhnələri, qəhrəmanlıq və qələbələr batal janrında təsvir edilir. Azərbaycan təsviri sənətində də batal janrı qədim dövrdən mühüm yer tutub. Qobustan qayalarında ibtidai insanın cızdığı ov və döyüş səhnələri buna örnəkdir. Orta əsr miniatürlərində və XVIII əsr Şəki xanlarının saray rəsmlərində döyüş səhnələri mövcuddur. Tahir Salahovun "416-cı diviziya döyüşdə", N.Vidadinin "Böyük Vətənim", Əbdülxalıqın Babəkə həsr etdiyi "Xalq qəhrəmanı", Səttar Bəhlulzadənin "Babək", Cahangir Rüstəmovun "Müharibə illəri" kimi əsərləri bu janrın nümunələrindəndir. Məhz Səttar Bəhlulzadə də 1939-1940-cı illərdə diplom işi kimi "Babək üsyanı" və "Bəzz qalasının müdafiəsi" adlı əsərləri yaratmışdı. Bu tablo müəllimləri tərəfindən yüksək qiymətləndirilmiş və ona tarixi mövzularda çalışmağı tövsiyə etmişdilər. Moskvadakı təhsil illərində tələbə yoldaşları və institutin professorları onun gələcəkdə böyük tarixi əsərlər müəllifi olacağına inanırmış. Ancaq rəssam qeyd edir ki, mən onların ümidlərini doğrultmadım və təhsil sonrası Qubaya ilk yaradıcılıq səfərim sanki gözlərimi açdı. Burada Azərbaycan təbiətinin ecazkarlığını gördüm və ona vuruldum. Dərk etdim ki, hələ doğma yurdu yaxşı tanıya bilməmişəm. Odur ki, yaradıcılığımı onun vəsfinə həsr etməyə qərar verdim..." Buna baxmayaraq, Səttar Bəhlulzadənin bu qısa müddət ərzində yaratdığı tarixi janrdakı əsərlər diqqətə layiqdir.

- Əsərin rəng həlli necədir?

- Bu tabloda simalar dəqiq ifadə edilməyib. İnsanları bir-birindən ayıran kontrast rənglər və işıq-kölgədir. Tablo statikdir və müəyyən bir anı təsvir edir. Rəng çalarlarında əsasən soyuq tonlardan istifadə edilsə də, bəzi yerlərdə isti rənglər işlənib ki, bu da kompozisiyada kontrast yaradır. Babəkin sağındakı obraz buna misaldır. O, qırmızı rəngli paltarı ilə diqqəti cəlb edir. Əsərdə tünd boz rənglərdən istifadə olunub. Qəhvəyi, boz, torpaq rəngləri və solğun mavi tonlar əsas yer tutur. Rənglər bir-birinə ahəngsiz şəkildə keçid edir ki, bu da xaotik vəziyyət yaradır. Rənglərin bir keçidi, uğurlu şəkildə yerinə yetirilib. Fikrimcə, tünd rənglərin əsərdə üstünlük təşkil etməsinin əsas səbəbi Babək üsyanın məğlubiyyətidir.

- Kompozisiya haqqında nə deyə bilərsiniz?

- Əsər məşhur Azərbaycan sərkərdəsi Babək Xürrəminin rəhbərlik etdiyi üsyanı təsvir edir. Rəsm döyüş səhnəsini və xalqın azadlıq uğrunda mübarizəsini ifadə edir. Mərkəzdə qılınc tutaraq üsyançılara yol göstərən Babək təsvir olunub. Ətrafında isə döyüşçülər və xalq var. Obrazların simaları seçilmir və dəqiq deyil. Bununla da, rəssam ayrı-ayrı obrazların psixoloji vəziyyətlərini deyil, mövcud gərginliyi bizə çatdırmağa çalışır. Babəki izləyən əsgərləri isə ona tərəf baxır. Həmçinin demək lazımdır ki, tablonun mərkəzi hissəsini tutan insan təsvirlərini arxa planda tamamlayan müxtəlif təbiət motivlərinin ustalıqla işlənilməsi haradasa S.Bəhlulzadənin gələcəkdə mənzərəçi rəssam kimi formalaşacağını göstərir.  Ümumiyyətlə, Səttar Bəhlulzadə yaradıcılığının ilk illərində tarixi janrda işləsə də, sonrakı illərdə mənzərə janrında əsərlər yaradıb. Tarixi janrda yaratdığı "Qubalı Fətəlixanın portreti", "Babək üsyanı", "Bəzz qalasının müdafiəsi" kimi əsərləri bu qəbildəndir. Sonrakı illərdə o, əsasən Azərbaycan təbiətinin təsviri ilə məşğul olub. Təsvirlərdəki, fırça zərblərində Səttarın dəsti xətti hiss olunur.

- Tablo harada saxlanılır?

- Hazırda Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənən bu əsər kətan üzərində yağlı boya texnikası ilə çəkilib.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Səttar Bəhlulzadənin bu tablosu Azərbaycan xalqının mübarizə ruhunu, Babəkin qəhrəmanlığını və tarixdəki yerini əks etdirən önəmli tarixi-fəlsəfi əsərlərdəndir. Rəssamın fırça texnikası, ifadəli üslubu və rəng seçimləri anın dinamikasını və dramatizmini daha da vurğulayır. Rəssam burada Azərbaycan xalqının mübariz ruhunu, əzmkarlığını, azadlığa olan sevgisini təsvir edib. Babək və Xürrəmilər məğlub olsa da, Azərbaycan xalqının mübariz ruhu heç vaxt buxovlara vurulmayıb.

Aytac SAHƏD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://525.az
archiveBu xəbər 29 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri