Icma.az
close
up
RU
ABŞ da zənginlərin üsyanı

ABŞ da zənginlərin üsyanı

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-da zənginlərin üsyanı


Turbulent bazarlar və tənəzzül qorxuları gözlənilməz bir koalisiyanı bir araya gətirdi: bir vaxtlar Donald Trampı dəstəkləyən milyarderlər indi həyəcan təbili çalırlar. Səbəb onun “dəlilik” kimi təsvir edilən yeni tarif siyasətidir, “Financial Times” (FT) yazır.
“Home Depot”-un həmtəsisçisi və veteran Respublikaçı donor Ken Lenqon, FT-yə verdiyi müsahibədə Trampın ticarət tariflərini pislədi: "Vyetnama 46%? Deyəsən, vyetnamlılara "daha bura zəng etməyin" deyirsiniz.
O hesab edir ki, prezidentə “zəif məsləhət görülür” və siyasət “çox aqressivdir, hər şey çox tələsik qərara alınıb, ciddi danışıqlar şansı yoxdur”.
Yeni tarif sisteminə bütün ölkələr üçün 10% , kompleks və tənqidçilərin fikrincə, absurd düsturla hesablanmış fərdi tariflər daxildir. Nəticə: S&P 500 bir həftə ərzində 10% dəyər itirir, bazarlar çaxnaşmada, investorlar şokdadır.
Bir neçə başqa maqnat dərhal Lenqona qoşuldu. Milyarder Stenli Drakenmiller deyib: "Mən 10%-dən yuxarı tarifləri dəstəkləmirəm". Maliyyəçi və 2024-cü il seçki kampaniyasında Trampın tərəfdarı olan Bill Akman bu siyasəti “kobud səhv” adlandırıb.
Hətta Trampın ən böyük donoru olan İlon Mask da buna qarşı çıxıb: “ABŞ və Avropa arasında tarifsiz zonaya ehtiyacımız var”. Maskdan Trampın ən yaxşı ticarət müşaviri və tarif müharibəsinin arxasında duran əsas şəxs hesab edilən Piter Navarro haqqında nə düşündüyünü soruşduqda, “Tesla” rəhbəri belə cavab verib: "O, heç bir şey qurmayıb".
“JPMorgan”-dan Jeymi Daymon xəbərdarlıq edir ki, tariflər inflyasiyanı artıracaq və iqtisadiyyatı tənəzzülə sürükləyə bilər. İlk Tramp administrasiyasının keçmiş ticarət naziri Uilbur Ross, təsirin "gözləniləndən daha dağıdıcı" olduğunu etiraf edib.
Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 08 Aprel 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see366

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see347

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see326

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see326

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see291

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see287

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see276

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see270

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see226

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see212

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see211

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see207

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see205

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see199

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see196

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see188

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see187

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri