Icma.az
close
up
RU
VALİDEYNLƏRİN NƏZƏRİNƏ: Müddət uzadıldı

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: Müddət uzadıldı

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çoxsaylı müraciətlər nəzərə alınaraq lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti 21 iyun saat 15:00-dək uzadılıb.

Bu barədə Ölkə.az-a Təhsil İstitutundan məlumat verilib.

Bildirilib ki, qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində "Sorğu yerləşdir" bölməsinə daxil olaraq öncə "Mərkəzi imtahanla qəbul" düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul ildə bir dəfə – tədris ili başlamazdan əvvəl "Şagirdlərin elektron yerdəyişməsi" (sy.edu.az) sistemi vasitəsilə qeydiyyatdan keçmiş və imtahanda iştirak hüququ qazanmış şagirdlər üçün təşkil olunur.

İmtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim edilir. Müvafiq bal toplayan şagirdlər seçim mərhələsinə buraxılır. Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılır və sənəd qəbulu prosesi aparılır. Lisey seçimi 2 mərhələdə, ehtiyac olduqda isə 3 mərhələdə həyata keçirilir.

Mərkəzləşdirilmiş qaydada qəbul aparılacaq lisey və gimnaziyaların siyahısı:

Bakı şəhəri Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası; Bakı şəhəri Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya; Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi; Bakı şəhəri Kimya və biologiya təmayüllü respublika liseyi; Bakı şəhəri Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya; Bakı şəhəri texniki-humanitar lisey; Bakı şəhəri 147 nömrəli texniki və humanitar fənlər liseyi; Bakı şəhəri 16 nömrəli texniki və humanitar fənlər liseyi; Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyi; Bakı şəhəri Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar lisey; Bakı şəhəri Rəqəmsal biliklər liseyi; Bakı şəhəri Anton Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası; Ağstafa şəhəri texniki və humanitar fənlər təmayüllü lisey; Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü lisey; Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey; Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey; Şəki şəhəri kimya və biologiya təmayüllü lisey; Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey; Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey; Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey; Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-lisey; Şirvan şəhəri kimya və biologiya təmayüllü lisey; Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü lisey; Gəncə şəhər Fizika-Riyaziyyat və İnformatika Təmayüllü lisey" publik hüquqi şəxsi; Gəncə şəhəri internat tipli xarici dillər təmayüllü gimnaziya; Şəmkir şəhəri kimya və biologiya təmayüllü lisey; Sumqayıt şəhəri Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi; Sumqayıt şəhəri "Təfəkkür" liseyi; Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya; Sumqayıt şəhəri humanitar və təbiət-riyaziyyat təmayüllü ‘İstedad" liseyi; Beyləqan şəhəri humanitar fənlər təmayüllü lisey; Ağdaş şəhər Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya; Lənkəran şəhəri Səidəli Kazımbəyov adına 6 nömrəli lisey; Lənkəran şəhəri internat tipli humanitar fənlər təmayüllü gimnaziya; Masallı şəhəri "Dəfinə" texniki-riyaziyyat təmayüllü lisey; Şamaxı rayonu texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli lisey; İsmayıllı şəhəri internat tipli "Talıstan" liseyi; Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey; Şərur şəhər fizika-riyaziyyat təmayüllü lisey; Naxçıvan Qızlar liseyi.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 İyun 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri