Icma.az
close
up
RU
Vaqif Aydınoğlu: Qarabağ və Şərqi Zəngəzurda görülən işlər Baş plana uyğun icra olunur

Vaqif Aydınoğlu: Qarabağ və Şərqi Zəngəzurda görülən işlər Baş plana uyğun icra olunur

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xocavənd 15 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Ümumilikdə, bizim fəaliyyətimiz Prezident İlham Əliyevin tapşırıqları əsasında davam etdirilir. İşğaldan azad olunmuş bütün rayonlarda layihələr həyata keçirilir. Köç prosesi ilə əlaqədar qarşımıza qoyulan bütün vəzifələr vaxtından əvvəl yerinə yetirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu jurnalistlərə açıqlamasında deyib.

"Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görülən bütün işlər şəhərlərin Baş planına uyğun şəkildə, digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə icra olunur. Gələcəkdə də qarşıya qoyulacaq hər bir tapşırığın - istər əhalinin köçü, istərsə də yeni yaşayış məntəqələrinin elektrik enerjisi ilə təminatı ilə bağlı işlərin vaxtında və keyfiyyətlə icra olunması üçün bütün imkanlara sahibik. Eyni zamanda qeyri-əhali sektoru ilə bağlı da mütəmadi işlər aparılır, yeni iaşə obyektləri, zavod və fabriklərin enerji təchizatı istiqamətində bütün tələblər digər qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. Biz istənilən gücü verməyə və ölkənin enerji təhlükəsizliyinə töhfə verməyə tam hazırıq", - deyə o bildirib.

Vaqif Aydınoğlu, həmçinin energetiklər arasında təşkil olunan müsabiqənin əhəmiyətindən də danışıb: "Bu tədbir respublikada energetiklərin bilik və iş təcrübələrinin bölüşdürülməsi, həmçinin fikir mübadiləsi aparılması üçün bir platformadır. Bu, eyni zamanda iştirakçılarının nəzəri biliklərinin yenilənməsinə xidmət edir. Bildiyimiz kimi, elektroenergetika daim inkişaf edən, yeniləşən bir sahədir. Bu istiqamətdə innovativ texnologiyalar, rəqəmsal həllər mütəmadi olaraq tətbiq olunur. Məhz bu müasirliyə və yeniliyə uyğunlaşmaq, rəqəmsal həlləri və innovativ yenilikləri vaxtında mənimsəmək məqsədilə əməkdaşlarımız üçün mütəmadi olaraq müxtəlif proqramlar və təlimlər təşkil edirik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see202

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see187

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see181

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see152

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see146

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see145

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see130

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see129

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see129

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see123

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see123

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see123

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see120

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri