Icma.az
close
up
RU
Vaqif Cavadov: Atam sağ olsaydı, “Neftçi” üzərində qələbəyə görə məni öpübqucaqlayardı MÜSAHİBƏ AZƏRTAC

Vaqif Cavadov: Atam sağ olsaydı, “Neftçi” üzərində qələbəyə görə məni öpübqucaqlayardı MÜSAHİBƏ AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı,10 dekabr, AZƏRTAC “Sumqayıt” futbol klubunun baş məşqçisi Vaqif Cavadov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- “Sumqayıt” sizin başçılığınız altında 8 oyunda 5 qələbə və 3 məğlubiyyətlə yadda qalıb. İşinizi necə qiymətləndirirsiniz?

- İki aya yaxın olan işimə özüm qiymət verə bilmərəm. Bu barədə rəhbərlik və azarkeşlər fikir söyləyə bilərlər. Mən öz işimi görürəm. Məqsədim hər oyunda xallar qazanmaqdır.

- Premyer Liqada ilk baş məşqçi təcrübənizi yaşayırsınız. Bəlkə də bir çoxları sizdən belə uğurlu start gözləmirdi...

- Məndən birdən-birə nəticə gözləməyənlər bəlkə də haqlıdır. Bunu da təcrübəsizlik baxımından deyə bilərlər. Lakin gənc mütəxəssislər də hansısa nöqtədən başlamalıdırlar. Onlar göydən düşmürlər. İşləyərək biliklərimizi artırırıq. Mənə bu cür şans yaratdığı üçün “Sumqayıt” klubunun rəhbərliyinə təşəkkür edirəm.

- Bəs, rəhbərlik sizin işinizi necə qiymətləndirir?

- Hələlik bununla bağlı söhbət olmayıb. Onlar mənə güvənirlər.

- Misli Premyer Liqanın XVI turunda “Neftçi” üzərində 2:0 hesablı qələbə qazandınız. Nəticə sizin üçün gözlənilməz olmadı?

- Mənim rəhbərlik etdiyim komanda meydana hər zaman qələbə əzmi ilə çıxır. Fərqi yoxdur, bu, “Neftçi” və ya başqa komanda olsun. Futboldur, istənilən nəticə ilə qarşılaşırıq.

- Oyundan sonra təşkil olunan mətbuat konfransında atanız Füzuli Cavadovla bağlı nüansa toxunduğunuz zaman kövrəldiniz. O da uzun illər “Neftçi”nin şərəfini qoruyub. Necə düşünürsünüz, atanız sağ olsaydı, “Neftçi” üzərində əldə etdiyiniz qələbəyə görə sizə ilk sözü nə olardı?

- Atam hər zaman mənim yanımda olub. İlk sözü “Oğlum, təbrik edirəm” olardı. Daha sonra isə öpüb-qucaqlayar, bu qələbəni süfrə arxasında qeyd edərdi.

- Hazırda komandanız 19 xalla 6-cı pillədə qərarlaşıb. Azərbaycan Kubokunda da mübarizəni davam etdirirsiniz. “Sumqayıt” üçün avrokuboklara ölkə çempionatı, yoxsa kubok vasitəsilə vəsiqə qazanmaq daha rahat olar?

- Avrokuboklar barədə düşünmürük. Qarşıdakı oyunları fikirləşirik. Hər şeyi zaman göstərəcək. Sadəcə, hazırkı əhval-ruhiyyəni davam etdirib, gələcək matçlarda uğurlu nəticələr qazanmaq istəyirik.

- Siz “Sumqayıt”a müvəqqəti baş məşqçi təyin olunmusunuz. Yəqin ki, uğurlu nəticələr davam edərsə, bu status dəyişəcək...

- Bunu klub rəhbərliyi daha yaxşı bilər. Bütün fikrimi işimə yönəltmişəm.

- Qış transfer pəncərəsində komandada nə kimi dəyişikliklər gözlənilir?

- Acığı, hələlik ciddi dəyişiklik yoxdur. Sadəcə, Fernando Medeyros zədə səbəbindən iki həftədir bizimlə deyil. Nələrin olacağını zaman göstərəcək.

- Futbolçu kimi legioner həyatı yaşamısınız. Məşqçilik karyeranızda da bunu təkrarlamaq istərdiniz?

- Əvvəlcə özümü məşqçi kimi formalaşdırmaq və nəticə vermək istəyirəm. Bundan sonra həmin suala daha rahat cavab vermək olar. Hazırkı arzum “Sumqayıt”ın yaxşı yerlərdə olmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see311

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri