Icma.az
close
up
RU
Vaqif Cavadov: Başqa məşqçilərə belə suallar verə bilirsiz?

Vaqif Cavadov: Başqa məşqçilərə belə suallar verə bilirsiz?

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XXXII turunun "Sumqayıt" - "Neftçi" matçından (2:2) sonra meydan sahiblərinin baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.

"Bəlkə də iki komanda da çoxdandır meydana belə qələbə əzmi ilə çıxmamışdı. Hər iki tərəf qalib gəlmək istəyirdi. Bu da meydanda görünürdü. Komandama təşəkkürümü bildirirəm. Futbolçularımdan razıyam. Öz səhvlərimizdən qollar buraxdıq. Amma oyundan, xüsusən də birinci hissədən çox razıyam. "Neftçi" çox yaxşı rəqibdir, güclü futbolçuları var. Növbəti matça hazırlaşacağıq". 

- 2:0-dan sonra nə baş verdi ki, rəqib üstünlüyü ələ aldı?
- Kənardan elə görünə bilər. Fərdi səhvlərimiz, "Neftçi"nin adı, oyunçularının ustalıq səviyyəsi futbolçularımda həyəcan yaradırdı. Bu da normaldır. Belə komandaya qarşı bu cür oynadıqlarına görə futbolçularıma alqış düşür.

- 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
- Əlbəttə məyusam ki, qalib gələ bilmədik. Rəqib "Neftçi"dir, güclü komandaya qarşı oynamışıq. İki səhv bizim üçün kritik oldu. Öz səhvlərimizə görə qol buraxdıq. Üzücü olan budur.

- Giorgi Karaişvilinin səhvinə görə qol buraxdız. Onu meydana buraxdığınıza görə özünüzü günahkar hiss edirsiniz?
- Əgər bunu mənim üstümə yükləmək istəyirsinizsə, problem yoxdur. Digər 9 klubun baş məşqçilərinə də belə suallar versəz, yaxşı olar. 

- Qapıda Xəyal Fərzullayevə şans verdiyinizə görə peşmansınız?
- Xəyal Tovuzda qurtarışlar edəndə yaxşı qapıçı idi, indi 2 top buraxıb deyə pis qapıçıdır? Gənc futbolçudur, mən ona güvənirəm. Ümidvaram ki, Xəyal növbəti oyunlarda da öz sözünü deyəcək.

- Mətbuatın sizə qarşı qərəzli olduğunu düşünürsünüz?
- Xeyr, düşünmürəm. Əksinə, hər zaman sizin dəstəyinizi istəmişəm. Bəzən haqqımda xoş olmayan ifadələri oxuyanda məyusluq yaşayıram. Bir gənc məşqçi olaraq komandanı çətin vəziyyətdə götürmüşəm. Amma təcrübəli məşqçilərə başqa suallar verilir, başqa şeylər yazılır. Belə olanda məcburam ki, bunu sizə deyim. Əlimdən gələni edirəm. İstəməzdim ki, bu gün komandam xal itirsin. Amma bu, futboldur.

- Rövlan Muradov öz mövqeyinin ən yaxşılarındandır. Onu oynatmamağınızın səbəbi nədir?
- Biz 11 oyun qol vurmamışdıq. Həmin matçlarda Rövlan əsas heyətdə idi. Ondan qabaqkı oyunlarda da start heyətində olub. Bir qol ötürməsi belə yox idi. Sərtan Taşkının isə oynadığı matçlarda qol ötürmələri var. Bu futbolçunu mən necə oynatmayım? Rövlan da öz şansını gözləməlidir. Onu 10-15 dəqiqə oynatmaqdansa cavan oyunçuya şans verməyi daha üstün tuturam. Rövlanla heç bir problemimiz yoxdur. Məşqlərdə canla-başla çalışır. Növbəti oyunlarda onu meydanda görə bilərik. Hazırda Sərtan Taşkın həmin mövqedə daha yaxşı çıxış edir.

“Qızlar Futzal Kuboku”nun qalibi məlum olub Aydın Bayramov: "Bizim üçün heç də asan olmayacaq" - Müsahibə Asif Məmmədov: "Karyeramı sonlandırmaq barədə fikirləşirəm" "Sabah" çempionluğunu darmadağınla rəsmiləşdirib - 14:0! “Neftçi”də kütləvi ayrılıq: Bu oyunçulardan başqa...
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://apasport.az
archiveBu xəbər 28 Aprel 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri