Icma.az
close
up
RU
Vaqif Cavadov: “Elə belə transferlər etmək istəmirik” İdmanXəbər

Vaqif Cavadov: “Elə belə transferlər etmək istəmirik” İdmanXəbər

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Məğlub olduq, bu, normaldır. Rəqib sonuncu pillədə gedir. Onlarda istək daha çox idi. Ona görə də qalib gəldilər. Biz öz şanslarımızdan istifadə etmədik. Rəqib isə əlinə düşən şanslardan yaxşı istifadə edib qollar vurdu. Belə oyunlar olacaq. Bəzi futbolçuların təklifləri var. Bu da normaldır. Qış transfer pəncərəsi bitməyib deyə bu söz-söhbətlər bəzi futbolçulara təsir edir. Yenə də oyuna görə uşaqlara təşəkkür edirəm. Heç nə itirilməyib. Rəqibi təbrik edirəm. Növbəti matça hazırlaşacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov “Səbail” məğlubiyyəti (0:2) barədə danışarkən deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Hansı mövqelərə transfer planlaşdırırsız?

– Hücuma. İki hücumameyilli futbolçu gələcək.

– Transferə gecikdiyinizi düşünmürsüz?

– Bilirəm ki, gecikirik. Amma bu, məndən asılı olmayan bir şeydir. Yaxşı futbolçu gətirmək üçün əlimizdən gələni edirik. Bir oyunçu bu gecə Bakıda olacaq. Hücumçudur. Elə-belə transferlər etmək istəmirik. Lazımlı futbolçunu tapmaq və bura gətirmək çox çətindir. Elə bir oyunçunu tapmışıq. Çalışacağıq ki, onu növbəti matça hazır edək.

– Rövlan Muradovun start heyətində olmaması ona gələn təkliflərlə bağlıdır?

– Sərtan Taşkın məşqlərdə daha aktiv iştirak edir, daha yaxşı formadadır deyə əsas heyətdə meydana çıxdı. Sırf bununla bağlıdır.

– Səbuhi Abdullazadənin start heyətində olmaması nə ile bağlı idi?

– Əzələsində ikinci dərəcəli yırtıq var idi. Ona görə də risk etmədik. Amma ikinci hissədə onu meydana buraxmağa məcbur oldum. Heyət geniş olmasa da, gileylənməyəcəm. Bu futbolçularla başlamışam. Bunlarla da yaxşı yerlər uğrunda mübarizə aparacağıq. Futbolçulara təkliflər olanda oyuna yaxşı köklənə bilmirlər. Mən onları başa düşürəm. Amma onlar da məni başa düşsünlər. Çünki, digər oyunçular onlara görə əziyyət çəkir. İnanıram ki, növbəti oyuna qədər bu problem aradan qalxacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 18 Yanvar 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri