Icma.az
close
up
RU
Vaqif poeziya günlərindən Molla Pənah Vaqifə MƏKTUB

Vaqif poeziya günlərindən Molla Pənah Vaqifə MƏKTUB

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əziz Molla Pənah Vaqif,

Sizə – Şərqin görkəmli söz ustadına, hikmətli şairinə, dövlət xadiminə, Qarabağın fəxri olan dahi şəxsiyyətinə bu məktubu 30 illik böyük ayrılıq, istirablı günlərdən sonra böyük ehtiram hissi ilə yazıram. Zaman bizi ayırsa da, Sizin qoyub getdiyiniz ədəbi irs, hikmətli sözlər, Şuşa şəhəri ilə bağlı tarixi yaddaş bu gün də yaşayır, yenidən doğulur.

Bizlərə ərmağan qoyduğunuz Suşa Azərbaycan xalqının mədəni irsində eləcə də milli yaddaşında xüsusi əhəmiyyəti  həmçinin  əvəzsiz  yeri  olaraq tarixi baxımdan böyük dəyərlərə malikdir. Xalqımız üçün o təkcə bir şəhər deyil, o, ruhumuzun bir hissəsi, mənəvi qidası, qürur mənbəyi, milli kimliyimizin canlı  simvoludur.

Siz Şuşada – Azərbaycanın mədəniyyət beşiyində, poeziyanın, sənətin taclandığı bir şəhərdə yaşayıb yaratdınız. Sizin qurduğunuz “Vaqif poeziya məktəbi” təkcə Qarabağda deyil, bütün Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdı. Real həyatı, xalqın duyğularını, təbiətin gözəlliyini sadə dillə ifadə edən şeirləriniz əsrlər boyu oxunur  və sevilir.

Şuşa mənim üçün Azərbaycan ədəbiyyatının beşiyi olaraq qısa müddət ərzində regionun mədəniyyət mərkəzinə çevrilən bir ocaq kimi uşaqlıqdan ata-babalarımın söylədikləri  xatirələrindən, eləcə də oxuduğum bədii ədəbiyyatlarda, kitablarda təsəvvürümdə canlanan ideal şəhər obrazına çevrilə bilib. Onun daş küçələri, dumanlı dağ mənzərələri, tarixi abidələri, ən əsası yetirdiyi söz ustadları bu torpağın hər qarışının ruhla dolu olduğunun bir daha sübutuna çevrilib. Ədəbiyyatımızın əvəzsiz söz incisi olan Xurşidbanu Natəvan, musiqi tariximizin qan yaddaşına çevrilən Üzeyir Hacıbəyli, Bülbül  həmçinin Süleyman Sani Axundov, Mir Möhsün Nəvvab kimi şəxsiyyətlər bu torpaqda doğularaq bu müqəddəs vətəndən ilhamlanıblar.

Əziz Molla Pənah,

Düşüncələrimdə həm də Şuşanın ədəbi irsi yalnız onun yetişdirdiyi sənətkarlarla deyil, həm də yaratdığı ədəbi ruhla ölçülür. Orada ədəbiyyat bir həyat tərzi olaraq sanki poeziya küçələrdə nəfəs alır. 

Bu gün isə, əsrlər sonra, Şuşa yenidən azaddır. Sizin vaxtilə yaşayıb yaratdığınız, hikmətli kəlamlarla bəzədiyiniz bu müqəddəs torpaq artıq azaddır. Bu  gün də düşmən tapdağından azad olunan bu əsraraəngiz şəhər, onun havası sanki Natəvanın misralarını pıçıldayır, Üzeyir bəyin notları isə dağlar arasında əks-səda verir.

1992-ci ildə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı təkcə torpaq itkisi deyildi. İnanın mənə əziz Molla Pənah, bu, mənim eləcə də milyonlarla azərbaycanlının qəlbində sağalmaz bir yara idi. O zaman hələ gənc olsam da, böyüklərin gözlərindəki ağrını, eşitdiyim acı xəbərləri heç unutmuram. Şuşa işğal olunduqdan sonra Azərbaycan ədəbiyyatı sanki bir ruhunu itirdi, səsi bir qədər də batdı, qələmlər bir müddət susdu. Onun işğalı mənəvi müstəvidə də dərin izlər buraxdı. Uzun illər boyu hər yeni nəsil bu şəhəri yalnız kitab səhifələrindən, köhnə videolardan və yaşlı nənə-babaların xatirələrindən tanıya bildi. Bu həsrət nə az nə çox düz 30 il çəkdi. Bu 30 ildə çox məqamlar dəyişdi. Çox arzular Xarı bülbül tək boynu bükük, gözü nəmli, qəmli qaldı.

Əziz Molla Pənah,

Lakin 2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi ilə bu acı tarix yeni bir tarixlə əvəzləndi. Şuşa coğrafi mövqeyinə görə Qarabağın yüksəkliyində yerləşdiyi üçün bölgəyə nəzarət baxımından hərbi cəhətdən olduqca vacib stateji mövqeyə malik idi. Bu baxımdan məhz Zəfər tarixli Zəfər Sərkərdəmin qətiyyəti, Vətən oğullarımın qəhrəmanlığı, sücayətilə Azərbaycanın rəşadətli Ordusu, şəhidlərin qanı, xalqın birliyi nəticəsində 8 noyabr 2020-ci ildə Şuşa şəhərini erməni şovinistlərindən azad etdi. Əlbəttə ki, bu xəbəri eşidəndə inanılmaz bir duyğu yaşadım, qürur, sevinc və göz yaşları bir-birinə qarışdı. Şuşanın azadlığı sanki içimizdəki 30 illik susqunluğu da özüylə birlikdə azad etdi. Şuşanın 30 ildən sonra  Zəfər sorağı həm də 30 illik işğal dövründə itirilmiş ədalətin bərpası, milli qürurun, ləyaqətin təntənəsi idi. Şuşanın geri qaytarılması xalqımızın birliyini, dövlətimizin gücünü, ordumuzun qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Həmçinin Şuşa Zəfəri təkcə hərbi uğur deyildi, bu, həm də mədəniyyətimizin qələbəsi idi. Çünki biz ədəbiyyatımızın beşiyini, Vaqifimin doğma elini, obasını geri qaytara bilmişdik.

Bu gün Şuşada “Vaqif poeziya günləri” yenidən keçirilir. Sizin məqbərəniz bərpa edilib, şeirləriniz səsləndirilir, adınızla bağlı o müqəddəs ruh yenidən doğur. Bu zəfər Sizin kimi söz adamlarının, torpaq və xalq uğrunda çalışan maarifçilərin ruhuna bir ehtiramdır. Natəvanın büstünün yenidən ucaldılması, Xarıbülbül Musiqi Festivalının bərpası bütün bunlar hamısı bir xalqın mədəni intibahının sübutudur.

Bu gün Şuşa yenidən canlanır. Mən özüm də tezliklə ora səfər etməyi arzulayıram. Natəvanın məclisinin keçdiyi yerləri gəzmək, Üzeyir Hacıbəylinin ev muzeyində dayanmaq, Bülbülün oxuduğu notları ruhumda bir daha qürurla, qalib xalqın qalib övladı olaraq eşitmək istəyirəm. Bir arzum da var. İşğaldan azad olunan Şuşamdan bir ovuc torpaq gətirərək 44 günlük Vətən müharibəsinin Gəncədən olan ilk Şəhid övladı, qardaşım oğlu İlqar Vüqar oğlu Burcəliyevin məzarı üstünə tökmək. 19 yaşlı körpə balamın qəlbi hər zaman Şuşanı görmək arzusu ilə çırpınırdı. Onun taleyinə nəsib olmuşdu Vətən müharibəsi. Torpaqlarımızın azadlığı üğrunda 2020-ci ilin sentyabr ayının 27-si günündə Talış kəndi, Talış yüksəkliyi, Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldiyi üçün Şuşanı azad görə bilmədi. Ancaq ruhu hər zaman azad olan bütün torpaqlarımızda dolanmaqla bu sevincin qürurunu bizim qədər yaşadığını  bilirəm. Elə bu sevincin qüruru da qəlbimdə Şuşa sevgisinin, Şuşa məhəbbətinin Vaqif şeir büsatının varlığında cəmlənməkdədir.

2022-ci ilin “Şuşa ili” elan edilməsi yalnız keçmişin yox, həm də gələcəyin şəhəri olaraq neçə-neçə gənc ədiblərin yetişməsində müstəsna xidmətlərini göstərəcəkdir. Onun hər daşında yeni bir tarix, hər küçəsində əbədi bir sönməz poeziya ruhu var. Bu şəhər bir daha sübut etdi ki, milli kimlik, mədəniyyət və ruh bir xalqın həqiqi dirəniş gücüdür.

 Şuşa zəfəri Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu şəhər artıq azadlıq, qürur, dirçəliş rəmzinə çevrilə bilib. Şuşanın azadlığı ilə başlayan yeni dövr, Qarabağın bərpası və inkişafı yolunda atılan möhkəm bir addımdır. Bu gün Şuşa yenidən Azərbaycanın mədəniyyət paytaxtı kimi dirçəlir və Zəfər tariximizin əbədi simvoluna çevrilir. Sizin poetik baxışınızdan can tapan Şuşa bu gün də mədəniyyətin qalası, Azərbaycanın mənəvi sütunu olaraq ucalır. Qələm dostlarının, el şairlərinin, muğam ustalarının səsi yenidən Şuşa dağlarında əks-səda verir. Bu səda Sizin sözünüzlə başlayıb, Zəfərlə tamamlanan bir xalq dastanına çevrilib.

Əziz Molla Pənah,

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Şuşanın ədəbi irsi, zəfər tariximizdəki əhəmiyyəti təkcə tarixçilər, ədəbiyyatçılar üçün deyil, həm də hər bir azərbaycanlı üçün önəmlidir. Şuşa – bizim kimliyimizin ayrılmaz parçasıdır. Onu sevmək, qorumaq, yaşatmaq hər birimizin borcudur. Bu məktubu da xalqımızın minnətdarlıq hissi ilə sevincini, Sizin ruhunuza olan dərin ehtiramın ifadəsi olaraq, böyük qürurla yazıram. Zaman sizi unutmadı. Biz unutmadıq. Şuşa yaşadıqca, Siz də yaşayacaqsınız. Şuşa yenidən bizimlədir – həm qəlbimizdə, həm də reallıqda!

Sizə ən dərin ehtiramla,

azərbaycanlı bir övladınız

Anar  Ərtoğrul Burcəliyev,

Teatrşünas-tənqidçi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 İyul 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see218

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see187

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see151

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see143

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see139

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see139

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see128

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see128

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see127

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

13 Sentyabr 2025 23:14see125

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see124

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see123

Ekspert: Aİ və NATO da heç kim Ukraynaya qoşun göndərməyə hazır deyil

13 Sentyabr 2025 08:37see121

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see120

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see118

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see118

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see116

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see115

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see115

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri