Vaqif Sadıqov: “Qarabağ” “Olimpiakos”a qarşı ən yaxşı oyunlarından birini göstərəcək”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bugünkü oyun gərgin və maraqlı keçəcək”.
Bunu İdman.biz-ə AFFA-nın sabiq vitse-prezidenti Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının Liqa mərhələsinin VIII turunun “Olimpiakos” – “Qarabağ” oyunundan gözləntilərini açıqlayıb. O bildirib ki, axşamkı matçda Azərbaycan çempionun qələbəsinə inanır: “Qarabağ” növbəti mərhələ şansını itirdiyindən çoxları bu oyunun formal xarakter daşıyacağını düşünə bilər. Ancaq biz çempionumuzu yaxşı tanıyırıq. Onların genində bu cür mübarizə olmadığına üçün qələbəyə köklənib, azarkeşləri sevindirməyə çalışacaqlar. Düşünürəm ki, Ağdam təmsilçisi bu qarşılaşmaya yüksək motivasiya ilə çıxacaq”.
Sadıqov rəqibin güclü olduğunu da vurğulayıb: “Olimpiakos” kifayət qədər iddialı və yüksək hədəfləri olan komandadır. Məlum məsələdir ki, yunanlar ilk “səkkizlik”də yer almaq üçün bütün gücünü bugünkü oyunda sərf edəcəklər. Ancaq bu heç nəyi dəyişmir. Çünki “Qarabağ” rəqibdən asılı olmayaraq öz komanda ruhuna və oyun tərzinə sadiqdir. İnanırıq ki, Qurban Qurbanovun komandası məhz son qarşılaşmada ən yaxşı oyunlarından birini göstərəcək”.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 30 Yanvar 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















