Vaqif Sadıqovdan “Sabah”a məsləhət
Icma.az, sport24.az saytına istinadən bildirir.
"İlk oyunda əldə olunan 1:0 hesablı qələbə "Sabah"a müəyyən üstünlük qazandırıb. Amma bu üstünlük hələ heç nəyi həll etmir". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.
Məşqçilər Komitəsinin sədri "Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə "KuPS"a qarşı keçirəcəyi oyundan gözləntilərini bölüşüb:
"Finlandiyada komandanı daha çətin və gərgin qarşılaşma gözləyir. Düşünürəm ki, "Sabah" bu oyuna ağıllı taktika ilə yanaşsa və ilk matçdakı intizamını qorusa, növbəti mərhələyə yüksələcək. KuPS doğma meydanda daha aqressiv oynayacaq, buna görə də futbolçular sona qədər diqqətli olmalıdırlar. Hesabı qorumaq məqsədilə tam müdafiəyə çəkilmək düzgün olmaz. Komanda müdafiədə etibarlı oynamaqla yanaşı, əks-hücumlarda da təhlükə yaratmalıdır. Erkən buraxılacaq qol vəziyyəti çətinləşdirə bilər. Buna görə də topa nəzarəti itirmədən, soyuqqanlı və intizamlı futbol sərgiləmək vacibdir. "Sabah" müdafiə ilə hücum arasında balansı qoruya bilsə, bu üstünlüyü sona qədər saxlamaq və mərhələ adlamaq üçün real imkanı olacaq".
Qeyd edək ki, "Sabah" ilk oyunda KuPS-a 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması sabah Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) – "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
Baxış sayı:67
Bu xəbər 27 İyul 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















