Icma.az
close
up
RU
“Vardanyan özündən Nelson Mandella “düzəltmək” istəyir”

“Vardanyan özündən Nelson Mandella “düzəltmək” istəyir”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Ruben Vardanyan həbsxanadan ailə üzvləri ilə telefonla əlaqəsi saxladıqda erməni cəmiyyətinə və beynəlxalq aləmə ünvanlanan bəyanatlar göndərir. Erməni saytları Vardanyanın həyat yoldaşı ilə son danışığından sonra onun xatirəsini yayıb. O, 39 il əvvəl SSRİ dövründə hərbi xidmətə çağrıldığını və xidmət üçün Bakıya göndərildiyini bildirib. Bu zaman guya zabitlərdən biri ona yaxınlaşıb 300 rubl qarşılığında Vardanyanı xidmət üçün Ermənistana göndərəcəyini vəd edib. Vardanyan zabitə bildirib ki, onun bu qədər pulu yoxdur. Vardanyanın sözlərinə görə, guya sonda əsgər yoldaşlarının köməyi ilə 50 manata Bakıdan Ermənistana köçürülüb. Vardanyan həyat yoldaşına danışdığı xatirəsində 39 il əvvəl ona pul verən əsgər yoldaşlarına minnətdar olduğunu vurğulayıb. Vardanyan bunu danışdıqdan sonra illər sonra guya qazandığı pulları xeyriyyə işlərinə xərclədiyini bildirib. Həmin “xeyriyyə işləri” içərisində erməni separatçılarını silahla təhcizat etməsi barədə heç nə yoxdur”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, bu bəyanatlar və xatirələr həcmcə böyük olduğundan, böyük ehtimalla Vardanyan fikirlərinin ailə üzvlərinin telefonlarının yaddaşında saxlanılmasını və daha sonra mediaya ötürülməsini istəyir:

“Vardanyanın həyat yoldaşı və oğlu onun müraciətlərini geniş auditoriyaya yaymaqla məşğuldurlar. Maraqlıdır ki, Vardanyandan başqa məhkəməsi davam edən digər separatçıların bəyanatları erməni saytlarında yayımlanmır. Özünü separatçı dostlarından fərqləndirmək istəyən Vardanyanın məqsədi aydındır.

O, bu yolla özündən Nelson Mandella “düzəltmək” istəyir. Ancaq Nelson Mandella Cənubi Afrika Respublikasının həbsxanasında daha ağır şərtlər altında saxlanılırdı və ailə üzvlərinə bəyanatlar və uzun mətnlər göndərə bilmirdi”.

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Mart 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see335

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see247

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see228

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see224

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see209

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see208

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see207

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see204

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see193

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see176

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see175

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see174

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see172

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see170

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see169

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see169

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see168

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see166

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see161

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri