Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Vardanyanın arvadı Bakıdan əl çəkmir XİN dən qəribə təklif

Vardanyanın arvadı Bakıdan əl çəkmir XİN dən qəribə təklif

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda həbsdə yatan milyarder Ruben Vardanyanın arvadı Veronika Zonabend qadın nümayəndə heyətinin Azərbaycana “humanitar səfəri” üçün addımları müzakirə etməyi planlaşdırır. Bu haqda erməni mediası yazıb. Bildirilir ki, bu məqsədlə artıq Xarici İşlər Nazirliyi ona görüş də təklif edib.

XİN sözçüsü Ani Badalyan bildirib ki, görüş təklifi əvvəllər nazirlikdə müzakirə olunub və onun son açıqlamasından sonra birbaşa Zonabendə edilib. Görüşün vaxtı və tarixi hələ müəyyən edilməyib.

Yada salaq ki, Vardanyanın yəhudi əsilli arvadı Azərbaycan həbsxanasında saxlanılan və layiqli cəzalar alan Ermənistan vətəndaşları ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırır. İyulun 8-də o, Baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayaraq, beynəlxalq qadın humanitar nümayəndə heyətinin tərkibində Bakıya səfər etmək istədiyini bildirmişdi. Təşəbbüsün məqsədi guya humanitar xarakter daşıyır: “erməni dustaqları ziyarət etmək, ailələrindən məktublar, fotoşəkillər və icazə verilən şəxsi əşyaları çatdırmaq və onların yaxınları ilə əlaqə saxlamasını asanlaşdırmaq”.

Bəs gerçək hədəf nədir, erməni canilərini dünyaya siyasi məhbus, əzabkeş kimi təqdim eləməkmi? Ermənistan XİN bu məqsədlə Bakıya ağızmı açacaq? O halda hansı cavabı alacaq?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə əmindir ki, yaxınları Vardanyanın həbsdə olduğunu gündəmdə saxlamaq üçün belə təbliğat aparır. Hüquq müdafiəçisi ehtimal edir ki, burada müxtəlif xarici mərkəzlərin də rolu və propoqandası yer var: "Vardanyanın həbsini siyasi hadisəyə çevirmək cəhdi göz qarşısındadır. Ən müxtəlif səviyyələrdə kampaniya başladılıb. Onun bir milyarder olduğu nəzərə alınmalıdır. Çünki vaxtında çevrəsi fərqli statuslu adamlardan ibarət olub. Onlar da Vardanyanın həbsini diqqətdə saxlamağa can atır. Bununla Azərbaycana beynəlxalq təzyiqlərin artacağına ümid bəsləyirlər. Açığı, mötəbər dövlətlərin rəsmi münasibətinə rast gəlinmir. Biz bəzi qərəzli təşkilatların, ələ alınmış avropalı deputatların və ya amerikalı konqresmenlərin, müəyyən anti-Azərbaycan mərkəzlərin reaksiyalarını görə bilərik. Onlar Vardanyanı ayırmır, həbsdəki canilərin işini bütövlükdə götürür".

Çingiz Qənizadə inanmır ki, bu hücumlar nəticə verəcək. Hüquqşünas Vardanyanın həyat yoldaşının Azərbaycana gəlmək istəyini də kampaniyanın tərkib hissəsi sayır: "Əgər onun belə bir arzusu varsa, Azərbaycan rəhbərliyinə müraciət etməlidir. Amma başqa ünvanlara ağız açır. Buyursun, müraciət etsin, sonra xahişinə baxıla bilər. Təbii ki, ona görüş şəraitinin yaradılması mümkün ola bilər. Ancaq görüşü də bir kampaniyaya çevirəcəklər. Odur ki, bu məsələdə daha çox kampaniyaçılıq niyyəti açıq hiss olunur. Hər halda, onun müraciəti Azərbaycana olmalıdır. İkincisi, Vardanyanın müdafiəçiləri ədalətsizliyə yol verir. Onlar bu məsələni diqqətdə saxlamaq istəyə bilər, lakin heç biri demir ki, Ruben Rusiya pasportunu atıb Qarabağa niyə gəlmişdi... "

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Avqust 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri