Icma.az
close
up
RU
Vardanyanın xeyriyyəçi adı ilə separatçı fəaliyyətindən bəhs edən film hazırlanıb FOTO

Vardanyanın xeyriyyəçi adı ilə separatçı fəaliyyətindən bəhs edən film hazırlanıb FOTO

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün “AnewZ” beynəlxalq xəbər və analitika kanalının "AnewZ Investigations" adlı yeni redaksiya istiqaməti çərçivəsində hazırlanmış "The Oligarch's Design" sənədli film ilə bağlı mətbuat konfransı keçirilib.

APA xəbər verir ki, mətbuat konfransında filmin xeyriyyəçilik, maliyyə arxitekturası və dəqiqliklə qurulmuş narrativlər vasitəsilə siyasi təsirin necə formalaşdırıla biləcəyini araşdırdığı bildirilib.

Qeyd edilib ki, "The Oligarch's Design" açıq mənbə məlumatlarına və milyardlarla dolların ofşor strukturlar vasitəsilə hərəkət etdirildiyi "Troika Laundromat" maliyyə şəbəkəsini aşkara çıxaran beynəlxalq tədqiqatlara əsaslanır.

Sənədli filmin əsas bölmələrindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib bölgəyə köçməsi və tanınmamış separatçı rejimin siyasi müstəvisində fəaliyyətə başlaması prosesinə həsr olunub.

“AnewZ” televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev sənədli filmin 8 ölkədə, 10-11 ay zaman ərzində çəkildiyini və bu proyektdə 100-yaxın insanın əmək sərf etdiyini bildirib.

O qeyd edib ki, filmin Ermənistanda çəkilən hissələrində Ruben Vardanyanla müxtəlif təşkilatlar daxilində birgə fəaliyyət göstərən şəxslərdən müsahibələr götürülüb ki, bura qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəsmi” şəxsi də daxildir.

Rüfət Həmzəyev sözügedən sənədli filmlə “AnewZ” telekanalında yeni bir redaksiya istiqamətinin yarandığını əlavə edib.

“AnewZ” TV kanalının baş redaktoru Qay Şoun isə çıxışında vurğulayıb ki, sənədli filmin çəkilişlərində jurnalistikanın bütün etik prinsiplərinə, qərəzsizliyə və faktların yoxlanılmasına tam riayət olunub.

Bildirilib ki, beynəlxalq araşdırma təşkilatları tərəfindən dərc edilmiş materiallar filmin faktoloji bazasının bir hissəsini təşkil edir.

Qeyd edilib ki, bu proseslər Azərbaycan, Ermənistan və Ukraynada aparılmış araşdırmalar və müsahibələr, həmçinin deputatlar, prokurorlar, regional ekspertlər və jurnalistlərin təhlilləri əsasında təqdim olunur.

"The Oligarch's Design" filminin İtaliya, Litva, Böyük Britaniya, ABŞ, Ermənistan, İsrail, Ukrayna va Azərbaycan ərazilərində çəkildiyi vurğulanıb.
Layihənin hazırlanmasında 100-ə yaxın jurnalist, prodüser, operator, montajçı və tədqiqatçı iştirak edib. Onların bir qismi aktiv müharibə zonaları da daxil olmaqla çətin və yüksək riskli şəraitdə çalışıb.

"ANEWZ Investigations" platforması vasitəsilə kanal uzunmüddətli araşdırma jurnalistikasını dərinləşdirməni, yoxlanılmış, məlumatlara əsaslanan yanaşmanı, hesabatlılığı və güc mexanizmlərinin ictimai diqqətdən kənarda necə fəaliyyət göstərdiyinin daha dərindən anlaşılmasını prioritet kimi müəyyənləşdirir.

"The Oligarch's Design" sənədli filminin premyerasının bu gün axşam baş tutacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, hazırda Bakı Hərbi Məhkəməsində Ruben Vardanyanın məhkəməsi keçirilir, prokuror onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Dekabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see236

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see217

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see150

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri