Varlı ailəyə gəlin köçən model 6 cı uşağa hamilədir
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Dünyanın ən zəngin ailələrindən birinin gəlini olan rusiyalı model Nataliya Vodyanova 44 yaşında altıncı dəfə ana olmağa hazırlaşır.
Demokrat.az xəbər verir ki, model hamilə olduğunu “Vogue France” jurnalına verdiyi fotosessiya zamanı açıqlayıb. Vodyanova qısa libası ilə obyektiv qarşısına keçərək böyüyən qarnını nümayiş etdirib.
Qeyd edək ki, Nataliya məşhur iş adamı, “Christian Dior”un rəhbəri Anton Arnault ilə ailəlidir. Arnault ailəsi “Louis Vuitton”, “Dior”, “Tiffany & Co”, “Sephora” və “Moët & Chandon” daxil olmaqla bir çox lüks brendin sahibidir. “Forbes” jurnalının məlumatına görə, ailənin sərvəti 2025-ci ildə 190 milyard dollar qiymətləndirilib.
Model ilk dəfə 2001-ci ildə britaniyalı biznesmen Castin Portmanla evlənib. Bu nikahdan onun üç övladı dünyaya gəlib. Cütlük 2011-ci ildə ayrılıb. Nataliya həmin ilin sonunda Anton Arnault ilə ailə qurub və bu evlilikdən iki oğlu var.
İsmayıl
Demokrat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 29 May 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















