Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Tikinti sektorunda yeni dələduzluq (Video)

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

Türkiyə böyük hesabla məğlub oldu

“Varlı ev”in bədbəxtləri

“Varlı ev”in bədbəxtləri

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıt Dövlət Dram Teatrının repertuar siyasətində, bir qayda olaraq, müxtəlif kontingentdən olan tamaşaçıların zövqünə uyğun, çeşidli mövzulara toxunulan tamaşalar yer tutur. Yaradıcı kollektivin təqdim etdiyi növbəti səhnə əsəri – məşhur osetin dramaturqu Georgi Xuqayevin Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan “Varlı ev” pyesi isə xoşbəxtliyin heç də var-dövlətdə olmadığını göstərən bir ailə faciəsi kimi hər kəs üçün nəzərdə tutulub. 

Yaşlı teatrsevərlərin yadında olar ki, 1970-ci ildə yeni yaradılmış Sumqayıt səhnəsində oynanılan ilk əsərlərdən biri də elə Georgi Xuqayevə aid olub. O tamaşa bu sətirlərin müəllifinin də baxdığı “Arvadımın əri” əsəri idi. “Varlı ev” isə ilk dəfə hələ 90-cı illərin əvvəllərində Ağalar İdrisoğlunun quruluşunda uğurla oynanılıb. Və bir qərinə sonra tam yeni formatda, yeni yaradıcı heyətlə günün tələblərinə uyğun “inşa” edilərək təqdim olundu. 
Maraqlıdır ki, o zaman tamaşada yer almış aktyorlardan Məzahir Süleymanov, Sabir Qurbansoy, Rüstəm Rüstəmov, Firəngiz Babayeva və başqaları da premyeraya tamaşaçı qismində dəvətli idilər və həm yeni nəslin oyununa maraqla baxdılar, həm də 30 il əvvəllə bağlı kövrək, həzin xatirələrə daldılar. Bunu onlar tamaşadan sonra səhnəyə çağrılanda üzlərindən oxumaq çətin deyildi.
İki hissəli “Varlı ev”ə 2-ci həyat yazıçı-dramaturq, rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun rus dilindən tərcüməsində teatrın hazırkı baş rejissoru, Xalq artisti, Prezident mükafatçısı, “Qızıl Dərviş” mükafatı laureatı Firudin Məhərrəmovun quruluşunda bəxş olunub. Yeri gəlmişkən, bir vaxtlar Sumqayıt teatrına rəhbərlik etmiş Ağalar İdrisoğlu bu səhnədə neçə-neçə məşhur dünya dramaturqunun əsərləri ilə bərabər, elə Georgi Xuqayevin digər pyeslərinə də quruluş verib. 
Qeyd edək ki, tamaşada ata, ana və övladları, quda, gəlin, mamaça obrazları üçün aktyor seçimini Firudin Məhərrəmov əsl zərgər zövqü ilə edib. Rolları Əməkdar artistlər Rauf Atakişiyev (Beçir), Xatirə Süleymanova (İrma), Sədaqət Nuriyeva (Mamaça), eləcə də aktyorlar Oqtay Mehdiyev (Sərmət), Məryəm Hüseynli (Saniyyət), Habil Xanlarov (Nəbi) və Şəmistan Süleymanlı (Uari) ifa edirlər. Hər biri istedad yiyəsidir. Onların çıxışlarına baxdıqca Sumqayıt teatrının necə böyük imkan və potensiala malik olduğu bir daha aşkar görünür. Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi tərtibatçısı Şəmistan Muradxanlıdır.
Georgi Xuqayevin bu əsəri onun öz vətənində də dəfələrlə səhnəyə qoyulub. Rusiya Federasiyasının Əməkdar artisti Tamerlan Sabanovun quruluşunda canlandırılıb və mövsümlər boyunca repertuarı bəzəyib. Hadisələr Birinci Dünya müharibəsi dövrünə aiddir. Əsər davanın fəsadlarını, habelə insan talelərinə zərbə vuran konservativ adətləri, bu adətlər üzündən dağılan varlı evlərin faciəsini özündə ehtiva edir. Xoşbəxtlik duyğusuz insanların sərvəti üzərində deyil, sevginin, insan münasibətinin üzərində sabitdir, – ideyası tamaşaçıya, necə deyərlər, gözgörəti çatdırılır. Firudin Məhərrəmov Tamerlan Sabanovun tamaşasına baxıb-baxmayıb – bilmirəm, amma bildiyim budur ki, bir rejissor incəliyi ilə səhnə variantına yerli milli kolorit, dad-duz verməsi ilə də uğuru təmin edə bilib.
Baş qəhrəman Beçir yaşlı və imkanlı birisidir. Xeyli var-dövləti var. Səadəti elə böyük at ilxısının, mal-qaranın, möhtəşəm imarətin olmasında görür. Amma faciə göstərir ki, heç də belə deyilmuş. Ailənin kiçik oğlu Uari müharibədən qayıtmadığına görə, ili çıxandan sonra, dağlı adətinə görə, onun gənc arvadı Saniyyəti zorla ailənin digər oğluna – şikəst, amma təmizürəkli Sərmətə ərə verirlər. Onların övladı olur və bununla da sanki ailənin həyatı qaydasına düşür. Ancaq ölmüş hesab edilən Uari bir gün sağ-salamat qürbətdən geri qayıdır və ailədə vəziyyət dramatik olaraq gərginləşir, qəhrəmanların hər biri öz faciəsi ilə üzbəüz qalır. 
Varlı evdə hamı bədbəxtdir. Tezliklə ev sahibinin uzun müddət hər kəsdən gizli saxladığı sirləri də açılır. Beçiri özünün sərvət hərisliyi ilə haqsızlıq və alçaqlıqlar törətdiyi keçmişi təqib edir. Məlum olur ki, onun arvadı İrma da götürmə uşaqları öz doğma balaları kimi camaatın beyninə sırıyan sonsuz bədbəxtdir. Mamaça isə uşaqlardan birinin – Sərmətin əsl anası imiş. Qardaşlar acı talelərinin əlində girinc qalırlar. Beləcə, ailə də, topdağıtmaz ev də uçulub dağılır. Hamı çıxıb gedəndən sonra bütün bunlara əsas baiskar olan sahibin yana-yana od vurduğu ev külə dönür...
Elə buradaca qeyd edək ki, son dövrlərdə paytaxt teatrlarında belə heç də tez-tez müşahidə edilməyən böyük anşlaqla keçən bu tamaşada rejissor işi, aktyor heyətinin çıxışları təqdirəlayiq olduğu üçün premyera boyu dönə-dönə seyrçilərin gurultulu alqışlarını qazandı. İlk baxışdan bəyənilən səhnə tərtibatı, mizanların dəqiqliyi, ideyanın ifadəsi üçün istifadə edilən bütün vasitələrin – musiqilərin, geyimlərin, işıq effektlərinin yerli-yerində, keçidlərin rəvan olması diqqət çəkirdi. Uzun pauzalar yox idi deyə, tamaşada dinamizmə yetərincə nail olunmuşdu. Seyrçilər anbaan hadisələrin gedişatını intizarla izləyir, replikaların, monoloqların, dialoqların sonluq həllərini həyəcanla gözləyirdilər. Bir sözlə, rejissor fikri və onun aktyor ifalarındakı təcəssümü bir bütövdə birləşərək, ümumi uğuru təmin etdi.
Müəyyən mənada eyforik olan təəssüratlarla bərabər, fikrimcə, tamaşada bəzi xırda çatışmazlıqlar da var. Məsələn, cıdır yarışından danışılanda bunun mərhumun şərəfinə təşkil edildiyi söylənir. Əslində isə mərhumun “şərəfinə” yox, “xatirəsinə” deyilməlidir. Bir də əvvəldən sonadək səhnədə kötük üstə görünən baltanın nə üçün qoyulduğu bilinmir, çünki ondan istifadə edilmir. Uarinin anasının kimliyi də tamaşaçı üçün qaranlıq qalır. Bu kəm-kəsirlər aradan qaldırılsa, tamaşanın tam ideal alındığını qətiyyətlə təsdiqləmək olar.
Son olaraq, 55 yaşlı Sumqayıt teatrının lap əvvəlindən fəal izləyicisi kimi deyim ki, “Varlı ev”ə bir daha məmnuniyyətlə gedib baxa və özüm üçün yeni mənalar əxz edə bilərəm. 

Əli NƏCƏFXANLI 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri