Varlı olmaq üçün ağıllı olmaq kifayət etmir
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Ağıllı olmaq insanın daha çox pul qazanmasına kömək etsə də, varlı olmaq üçün təkcə yüksək zəka kifayət etmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Intelligence” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Tədqiqatda 40 yaşlarının ortalarında olan 7403 amerikalı iştirak edib. İştirakçılar uzun illər ərzində bir neçə dəfə sorğuya cəlb olunub və alimlər onların zəka səviyyəsini xüsusi qabiliyyət testi vasitəsilə qiymətləndiriblər. Eyni zamanda, onların gəlirləri, topladıqları sərvət, kredit kartı borcları, ödənişləri gecikdirib-gecikdirmədikləri və müflis olub-olmadıqları da araşdırılıb.
Nəticələr göstərib ki, yüksək IQ-yə malik şəxslər orta hesabla daha çox maaş alsalar da, bu, onların daha çox sərvət toplaması anlamına gəlmir. Məsələn, yüksək IQ göstəricisinə sahib bəzi insanlarda kredit kartı borcları, gecikmiş ödənişlər və digər maliyyə problemləri müşahidə olunub.
Araşdırmada diqqət çəkən məqamlardan biri də orta səviyyədə zəka göstəricisinə malik şəxslərin bəzi hallarda maliyyələrini daha düzgün idarə etmələri olub.
Tədqiqatın müəllifi Cey Zaqorski bildirib ki, yüksək gəlir əldə etmək və sərvət toplamaq eyni şey deyil. Onun sözlərinə görə, bəzi ağıllı insanlar daha çox qazansalar da, qazandıqları pulu yığa bilmirlər.
Bu mövzuda digər xəbərlər:Varlı olmaq üçün ağıllı olmaq kifayət etmir
09 İyun 2026 13:08
5 bürc varlı olmaq üçün doğulub
20 Mart 2025 10:09
Varlı olmaq üçün doğulanlar Onların taleyinə yazılıb
08 İyul 2026 12:14
“İş həyatında uğurlu olmaq üçün çox çalışmaq kifayət etmir” Ahmed Kandemir
31 Yanvar 2025 12:07
Daha ağıllı olmaq üçün bizi yetişdirəcək vərdişlər
01 İyul 2025 10:14
Baxış sayı:84
Bu xəbər 14 May 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















