Icma.az
close
up
RU
Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir

Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İrəvanda “ARAR” Fondunun ictimai-siyasi məsələlərlə bağlı keçirdiyi sosioloji sorğunun nəticələri açıqlanıb.

“Cebheinfo.az”-ın məlumatına görə, sorğu Ermənistanın bütün ərazisindən təsadüfi seçilmiş abunəçilərin iştirakı ilə telefon müsahibəsi üsulunda aparılıb. İyulun 17-dən avqustun 5-dək aparılan rəy sorğusunda müxtəlif yaş və təhsil səviyyəsinə malik 1015 respondent iştirak edib. 

 Sorğunun nəticələri yaşa, (ali və aşağı) təhsil və yaşayış yeri (İrəvan, şəhər və kənd yerləri) üzrə qruplaşdırılıb. 

Ümumilikdə respondentlərin əksəriyyəti, yəni 58 faizi parlamentin işindən narazıdır. Silahlı qüvvələr  və kilsə ənənəvi olaraq yüksək reytinqə malikdir: 62 faiz Müdafiə Nazirliyinin, təxminən 60 faiz kilsənin, 49 faiz polisin işinə yüksək, 24 faiz isə aşağı qiymət verib. Hökumətdən razı olan respondentlərin sayı 28 faiz təşkil edib. 46 faiz isə hökumətdən narazıdır.

Maraqlıdır ki, İrəvana  yaxın olan respondentlər hökumətin işindən daha çox narazılığını bildirib. Eyni yanaşma polisdənn arazılığa da aiddir.

Respondentlərin 60 faizi hökumətin daxili siyasətini yanlış və yalnız 33 faizi düzgün hesab edir, 3,6 faizi cavab verməkdə çətinlik çəkib və ya imtina edib.

Respondentlərin 54 faizi hökumətin xarici siyasətini yanlış hesab edir, 38,5 faizi  onu dəstəklədiyini bildirib. 7,1 faizi isə cavab verməkdə çətinlik çətib.

Artıq üçüncü ildir keçirilən sorğunun müəllifləri hesab edirlər ki, hər bir uğursuz müxalifət hərəkatı hakimiyyətə dəstəyin artmasına səbəb olur. 

Danışıqlar yolu ilə Azərbaycanla uzunmüddətli sülh əldə etməyin mümkün olub-olmaması ilə bağlı suala 73 faiz “yox” cavabını verib. Rəyi soruşulanların yalnız 26 faiz müsbət nəticəyə ümid edib. Sorğunun müəllifləri sorğunun Vaşinqton görüşündən əvvəl aparıldığını qeyd ediblər. 

Üstəlik, yaşlı nəsil və maddi cəhətdən təmin olunmuş insanlar Azərbaycanla sülhə nikbin baxırlar. Həmçinin diqqətəlayiq haldır ki, respondentlərin yalnız 5 faizi maliyyə cəhətdən təminatlıdır və ardıcıl olaraq hökumətyönlü mövqe nümayiş etdirir.

“Sünikdən keçən yolun beynəlxalq sülhməramlılar tərəfindən mühafizə olunması ilə razısınızmı?” sualına sorğuya qatılanların yalnız 34 faiz müsbət cavab verib. Respondentlərin 60 faizdən çoxu isə bununla razılaşmayıb. 

“Azərbaycanla danışıqlar və sülh sənədinin imzalanması əsl sülhə gətirib çıxaracaqmı?” sualına gəlincə, eespondentlərin 74 faizi buna inanmır, cəmi 25 faizi inanır. Eyni zamanda, gənclərin 80 faizi buna inanmır. Əksəriyyət də kilsəni qorumaq üçün birləşməyə hazır olduqlarını deyib.

Rusiya bazasının Ermənistan Respublikasından çıxarılması məsələsinə gəlincə, 58 faiz buna mənfi, yalnız 38 faiz müsbət cavab verib.

“Ermənistanın kiminlə müttəfiqlik əlaqələri qurmalıdır?” sualına 30 faiz Rusiya, daha sonra İran, ABŞ, Hindistan, təxminən 22 faiz isə Avropa İttifaqı ölkələrini qeyd edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Avqust 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri