Icma.az
close
up
RU

Varlılar artıq 5 ölkədən torpaq almağa başlayıblar: Dünyanın sonunda gizli sığınacaq olacaqlar

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya əhalisinin sürətlə artması, epidemiyalar, iqlim dəyişikliyi və qlobal istiləşmə kimi təhlükələr bəşər sivilizasiyası üçün ciddi risklər yaradır. Elm adamları illərdir bu təhlükələrə qarşı hazırlaşır və mümkün çöküş ssenarisində ən təhlükəsiz ölkələri müəyyənləşdirməyə çalışırlar. Ən son araşdırma qlobal fəlakət zamanı belə sağ qala biləcək beş ölkəni vurğulayır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, araşdırmalara görə, Yeni Zelandiya, İslandiya, İngiltərə, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti mümkün qlobal dağılma zamanı ən təhlükəsiz sığınacaq kimi seçilir. Bu ölkələr əhalinin aşağı sıxlığı, güclü kənd təsərrüfatı infrastrukturu və dayanıqlı enerji resurslarından faydalanır. Xüsusilə Yeni Zelandiya geotermal və hidroelektrik enerji ehtiyatları, geniş əkinçilik sahələri və təcrid vəziyyətinə görə siyahının başındadır.

Tədqiqatçılar bildirirlər ki, milyarderlər qiyamətə hazırlıq məqsədilə Yeni Zelandiyada torpaq alırlar. Sustainability jurnalında dərc edilən araşdırmada, bu bölgəyə asanlıqla baxıla bilən sərhədləri və mülayim iqlimi səbəbiylə üstünlük verildiyi bildirilir.

İngiltərənin də siyahıda olması təəccüblü nəticə kimi qiymətləndirilir. Əhali sıxlığına və xarici istehsaldan asılı olmasına baxmayaraq, Böyük Britaniyanın şoklara davamlı olmaq potensialına malik olduğu bildirilir.

Tədqiqatçılar bu təhlükəsiz zonaları “xilasedici qayıqlar” kimi təsvir edirlər. Proqnozlaşdırılır ki, böyük bir fəlakət baş verərsə, bu ölkələr öz əhalisini qoruya və sivilizasiyanın davamını təmin edə bilərlər.

Bununla belə ekspertlər vurğulayırlar ki, ölkələr dayanıqlıqlarını artırmalıdırlar. Qida təhlükəsizliyi, enerji şəbəkələrinin davamlılığı və ehtiyat potensialın yaradılması qlobal çöküş ssenarilərinə qarşı görülə biləcək əsas tədbirlərdəndir.

Tədqiqatçılar deyirlər ki, qlobal iqtisadiyyatın ətraf mühitə vurduğu zərər, ağır maliyyə böhranları, pandemiyalar və iqlim dəyişikliyinin birləşməsi qlobal çöküşə səbəb ola bilər.

Prof. Dr. Aled Jones: “Son illərdə kütləvi ərzaq itkiləri, maliyyə böhranları və pandemiyalar bir-birinin ardınca gəlir. Bəxtimiz gətirdi ki, onlar eyni vaxtda baş vermədilər.

Lakin o, “Bütün bu fəlakətlərin eyni anda baş verməməsinin əsl səbəbi yoxdur” deyərək vəziyyətin ciddiliyinə diqqət çəkir.

Dünyanın gələcəyi ətraf mühitin məhv edilməsi, resursların tükənməsi və sürətlə artan əhali kimi təhlükələrlə böyük risk altındadır. Tədqiqatçılar deyirlər ki, bu faktlar qlobal dayanıqlığın artırılmasının vacibliyini bir daha nümayiş etdirir.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Dekabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri