Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Varşava Üsyanı Muzeyində Azərbaycan dilində audio bələdçinin təqdimatı keçirilib

Varşava Üsyanı Muzeyində Azərbaycan dilində audio bələdçinin təqdimatı keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vyana, 25 sentyabr, AZƏRTAC

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sentyabrın 24-də Varşava Üsyanı Muzeyində Azərbaycan dilində audio-bələdçinin təqdimatı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Varşava Muzeyinin direktoru Yan Oldakovski və direktor müavini Pavel Ukielski, Polşa-Azərbaycan parlament qrupunun həmsədri və üzvləri, Xarici İşlər Nazirliyinin əməkdaşları, Polşada akkreditə olunan diplomatik korpusun rəhbər və əməkdaşları, müsəlman və xristian icmalarının nümayəndələri, elm və incəsənət, media nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Varşava Üsyanı Muzeyinin direktoru Yan Oldakovski qonaqlara rəhbərlik etdiyi muzeylə səfirlik arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu gecənin təşkilinin ikitərəfli səmərəli əməkdaşlığın bariz nümunəsi olduğunu söyləyib.

Səfir N.Qurbanov Varşava Üsyan Muzeyi ilə əməkdaşlıq çərçivəsində irəli sürülən bu layihənin təsadüfi olmadığını, cari ildə II Dünya müharibəsi illərində Varşava şəhərinin tarixində ən dramatik hadisələrdən biri olan Varşava üsyanının 81-ci ildönümünün qeyd edildiyini diqqətə çatdırıb. 1944-cü il Varşava üsyanı varşavalıların öz paytaxtlarını nasist işğalından azad etmək uğrunda faciəli, lakin qəhrəmancasına mübarizəsidir. Varşava üsyanı təkcə Polşa tarixində həlledici bir səhifə deyil, həm də cəsarət, möhkəmlik və sarsılmaz insan ruhunun simvoludur. Bu sərhədləri, millətləri və nəsilləri aşan bir hekayənin bir çox dillərdə, o cümlədən Azərbaycan dilində danışılmağa və eşidilməyə layiq bir hekayə olduğunu bildirən səfir audio-bələdçinin sadəcə tərcümədən çox, mədəniyyətləri birləşdirən və xalqlar arasında anlaşmanı təşviq edən ümumbəşəri azadlıq və ləyaqət dəyərlərini paylaşan bir körpü olduğunu bildirib.

Səfir N.Qurbanova ölkələrimiz arasında körpülərdən danışarkən, polkovnik Vəli bəy Yadigar və general-leytenant Maçey Sulkeviçi xatırlayıb. O qeyd edib ki, 1920-ci ildə bolşeviklərin Azərbaycanı işğalından sonra Polşaya gələn Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki Vəli bəy Yadigar faşist işğalı zamanı Polşa müqavimətinə qoşulub, 7-ci Lüblin Uhlan alayını yaradıb və 1940-cı ilin avqustundan 1944-cü ilin iyuluna qədər həmin alayın komandiri olub. N.Qurbanova general-leytenant M.Sulkeviçin 1919-cu ilin martından 1920-ci ilin fevralına qədər Azərbaycan Xalq Cümhuriyyətinin Baş Qərargah rəisi vəzifəsində Azərbaycanda milli ordu quruculuğunda mühüm rol oynadığından, 1920-ci ilin aprelində bolşeviklərin Azərbaycanı işğalından sonra generalın həbs edilərək qətlə yetirildiyindən bəhs edib. O diqqətə çatdırıb ki, xatirələri həm Azərbaycanda, həm də Polşada əziz olan bu iki qəhrəman hər il Varşavanın Polinski parkında yerləşən abidələrinin önündə yad edilir.

Bugünkü təqdimatın həmçinin Azərbaycanın nasizm üzərində qələbəyə verdiyi töhfəni yad etmək üçün münasib məqam olduğunu vurğulayıb, lakin bu əvəzolunmaz töhfənin çox vaxt diqqətdən kənarda qaldığına diqqət çəkib. Ölkəmizin II Dünya müharibəsindəki itkiləri barədə danışan səfir müharibədə Azərbaycandan 700 minə yaxın insanın iştirak etdiyi və 400 min nəfərin, yəni hər altı azərbaycanlıdan birinin həlak olduğu, ümumilikdə 123 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyü, 170 min nəfərin müxtəlif orden və medallarla təltif edildiyi barədə məlumat verib.

Səfir N.Qurbanova müharibə illərində azərbaycanlıların cəbhədə göstərdikləri igidlik və qəhrəmanlılarla yanaşı, nasizm üzərində qələbədə Azərbaycan neftinin rolundan da söz açıb. O qeyd edib ki, müharibə illərində Azərbaycan mühüm enerji təchizatçısı idi və Sovet İttifaqında xam neftin, aviasiya yanacağının dörddə üç hissəsini və yüksək keyfiyyətli sürtkü yağlarının təxminən 90 faizini istehsal edirdi, neftçilərin gərgin əməyi sayəsində müharibənin ilk ilində Azərbaycan 25,4 milyon tona yaxın neft hasil etmişdir ki, bu da ölkənin neft sənayesinin bütün tarixində rekord göstərici olub. Bu, Sovet İttifaqında ümumi neft hasilatının təxminən 72 faizini təşkil edirdi.

Bu kontekstdə səfir bu il 120 illik yubileyi qeyd olunan görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevi yad edərək onun II Dünya müharibəsi illərində yanacaq istehsalının keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində yeniliklərindən bəhs edib. Müharibə illərində Y.Məmmədəliyev 9 növ təyyarə üçün 38 növ yanacaq, 8 növ dizel, müxtəlif benzin birləşmələrinin istehsalını təşkil etmişdir. Onun elm və texnologiyaya verdiyi töhfələr təkcə vətəni Azərbaycanda deyil, bütün elm aləmində əbədi miras qoyub. Polşanın Qlivitse şəhərindəki Sileziya Texnologiya Universitetində fəaliyyət göstərən professor həmçinin polşalı alimlərin dünya neft-kimya elminin inkişafına verdiyi töhfələrdən bəhs edən kitabın müəllifidir. Krakov şəhərində yerləşən AGH Universitetində onun şərəfinə xatirə lövhəsi qoyulmuşdur.

Varşava üsyanı iştirakçılarının cəsarəti, fədakarlığı və dözümlülüyünün müstəqillik və suverenlik yolunda mühüm bir xatırlatma olduğunu vurğulayan səfir 27 sentyabr - Anım Gününə toxunub. O, qeyd edib ki, həmin gün Azərbaycanda Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş İkinci Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsini anma günü kimi qeyd edilir. Bu qələbə nəticəsində Cənubi Qafqazın sabitlik, firavanlıq və əməkdaşlıq regionuna çevrilməsi üçün tarixi imkan yaranıb.

Bu gün Azərbaycan dilində təqdimatı keçirilən audio-bələdçinin daha dərin məna daşıdığını bildirən səfir bunun yalnız Varşava üsyanının tarixini azərbaycanlı ziyarətçilərə çatdırmadığını, eyni zamanda ümumi mübarizənin yad edilməsi və II Dünya müharibəsində qələbəyə aparan yolun bir çox xalqların, o cümlədən polyakların, azərbaycanlıların və saysız-hesabsız başqa xalqların cəsarəti ilə açıldığını söyləyib.

Daha sonra muzeyin direktor müavini Pavel Ukielski Varşava Üsyanı Muzeyi barədə məlumat verərək 1944-cü il Varşava üsyanına həsr edilmiş Muzeyin 1983-cü ildən etibarən fəaliyyət göstərdiyini, onun kolleksiyasının üsyançıların istifadə etdiyi silahlardan tutmuş sevgi məktublarına qədər yüzlərlə artefaktı əhatə etdiyini bildirib. Muzeydə ingilis, fransız, yunan, ispan, alman, slovak, Ukrayna və italyan dillərində audio-bələdçilərin olduğunu qeyd edən P.Ukielski bu gün həmin siyahıya Azərbaycan dilinin də əlavə olunduğunu məmnunluqla söyləyib.

Təqdimat çərçivəsində Azərbaycan dilində audio-bələdçidən bir hissə qonaqlar tərəfindən dinlənilib.

Sonda qonaqlara Azərbaycan milli mətbəxindən ləziz təamlar təqdim olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see252

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see231

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see209

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see208

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see207

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see190

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see188

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see183

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see160

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see157

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see151

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see150

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri