Vasilyev: İrəvan bu hüquqdan məhrum edilə bilər
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın KTMT orqanlarında səsvermə hüquqlarından məhrum edilməsi qərarı konsensus tələb edəcək.
"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib,
O deyib: "KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası noyabrın 11-dəa Moskvada keçiriləcək və liderlər, çox güman ki, bu məsələni müzakirə edəcəklər". pizza sifarişi
Daimi nümayəndə vurğulayıb ki, KTMT Nizamnaməsinin 25-ci maddəsində üzvlərin 2 il ərzində büdcə borclarını ödəməməsi halında Təşkilat orqanlarında səsvermə hüquqlarının, eləcə də kvota vəzifələrini irəli sürmək hüquqlarının dayandırılması ehtimalı nəzərdə tutulur.
Ermənistan 2024-cü ildə KTMT-dəki iştirakını dondurub. Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistanla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi 2021-2022-ci illərdə müttəfiqləri tərəfindən həyata keçirilməyib.
Quruma Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Avqust 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















